Ələkbər Əli oğlu Eminov (1908, Göyçay) — Azərbaycan Kommunist Partiyası Ağdam Rayon Komitəsinin birinci katibi.
Həyatı
Ələkbər Əli oğlu Eminov 1908-ci ildə Göyçay rayonunda bənna ailəsində anadan olmuşdur[1]. O, 1922-ci ildə birinci dərəcəli məktəbi bitirmiş, 1924-cü ildə isə Göyçay da olan ikinci dərəcəli məktəbə daxil olsa da təhsili yarımçıq qalmışdı.
Siyasi fəaliyyəti
Ələkbər Eminov gənc yaşlarına komsomol üzvü olmuş, əvvəlcə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Göyçay okruq komitəsinin təlimatçısı, sonra pioner şöbəsinin müdiri, təbliğat və təşviqat şöbəsinin müdiri vəzifələrində işləmişdir.
Ələkbər Eminov 1932-ci ildə Sovet İttifaqı Kommunist Partiyası sıralarına qəbul edilmiş və Stalin adına pedrabfakda (altı aylıq kurs) təhsil almışdı. 1932-1936-cı illərdə Göyçayda komsomol təşkilatında müxtəlif vəzifələrdə işləmişdir. O, 1936-1938-ci illərdə Naxçıvan vilayət komsomol komitəsinin birinci katibi kimi çalışmışdır.
1938-ci ilin mayında Ələkbər Eminov Azərbaycan Kommunist Partiyası Ağdam Rayon Komitəsinin birinci katibi seçilmişdir. O, həmin ildə Ali Sovetə keçirilən seçkilərdə deputat mandatı da qazanmışdır.
1941-ci il yanvarın 6-da Stalin adına pedaqoji məktəbin akt zalında müəllimlərin yanvar müşavirəsi keçirilir. Müşavirədə rayon təhsil şöbəsindəki problemlər müzakirə olunur və onun həlli yolları tədbir iştirakçılarının diqqətinə çatdırılır. Qeyd edilən tədbirdə RPK-nın birinci katibi Ələkbər Eminovda iştirak etmişdi. Ələkbər Eminob bu iclasda vəzifəsindən uzaqlaşdırılaraq Moskva Lenin kurslarına göndərilir.
İkinci Dünya müharibəsində cəbhəyə siyasi işçi kimi göndərilən Ələkbər Eminov Moskvanın müdafiəsində və bir sıra döyüşlərdə iştirak edir.
Ordudan tərxis edildikdən sonra Ələkbər Eminov sıra ilə Azərbaycan Kommunist Partiyası Yevlax Rayon, Qasım İsmayılov Rayon komitələrinin birinci katibi, Şamxor Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində işləmişdir. O, 1954-cü ildən Azərbaycan Kommunist Partiyası Ağstafa Rayon Komitəsinin birinci katibi vəzifəsində işləmişdir.
Mənbə
İstinadlar
|
---|
Azərbaycan SSR | Rayon Partiya Komitəsinin birinci katibləri | |
---|
Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri | |
---|
|
---|
Azərbaycan Respublikası | Rayon İcra Hakimiyyəti başçıları | |
---|
|
---|
Qeyd 1: Ağstafa rayonu 24 yanvar 1939-cu ildə təşkil olunmuşdur. 4 dekabr 1959 tarixində Qazax rayonuna birləşdirilmişdir. 1990-cı ilin aprel ayında isə yenidən yaradılmışdır. Qeyd 2: Xalq Deputatları Soveti 1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti adlanmışdır. |
|
---|
Azərbaycan SSR | Rayon Partiya Komitəsinin birinci katibləri | |
---|
Kolxoz-Sovxoz İstehsalat İdarəsi Partiya Komitəsinin katibləri | |
---|
Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri | |
---|
|
---|
Azərbaycan Respublikası | Rayon İcra Hakimiyyəti başçıları | |
---|
|
---|
Qeyd 1: Şəmkir rayonu 8 avqust 1930-cu ildə Şamxor rayonu adı ilə təşkil olunmuşdur. 7 fevral 1991-ci ildə Şamxor rayonunun adı Şəmkir rayonu olaraq dəyişdirilmişdir. Qeyd 2: Xalq Deputatları Soveti 1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti adlanmışdır. |
|
---|
Azərbaycan SSR | Rayon Partiya Komitəsinin birinci katibləri | |
---|
Kolxoz-Sovxoz İstehsalat İdarəsi Partiya Komitəsinin katibləri | |
---|
Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri | |
---|
|
---|
Azərbaycan Respublikası | Rayon Sovetinin sədrləri | |
---|
Rayon İcra Hakimiyyəti başçıları | |
---|
|
---|
Qeyd 1: Goranboy rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. 8 sentyabr 1938-ci ildə Goranboy rayonunun adı dəyişdirilərək Qasım İsmayılovun şərəfinə Qasım İsmayılov rayonu adlanmışdır. 12 fevral 1991-ci ildə Şaumyan rayonu ləğv olunaraq Qasım İsmayılov rayonu ilə birləşdirilmiş və birləşmiş rayon Goranboy rayonu adlandırılmışdır. Qeyd 2: Xalq Deputatları Soveti 1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti adlanmışdır. |
|
---|
Azərbaycan SSR | Rayon Partiya Komitəsinin birinci katibləri | |
---|
Şəhər Partiya Komitəsi birinci katibləri | |
---|
Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri | |
---|
Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri | |
---|
|
---|
Azərbaycan Respublikası | Şəhər İcra Hakimiyyəti başçıları | |
---|
|
---|
Qeyd 1: Yevlax rayonu 20 fevral 1935-ci ildə təşkil edilmişdir. 1 fevral 1939-cu ildə Yevlaxa şəhər statusu verilmişdir. 4 yanvar 1963-cü ildə Yevlax rayonu ləğv edilərək Qasım İsmayılov rayonuna birləşdirilmişdir. Həmçinin Yevlax şəhəri mərkəz olmaqla Yevlax Şəhər Soveti və Naftalan Qəsəbə Sovetinin daxil olduğu Yevlax sənaye rayonu da təşkil edilmişdir. Eyni tarixdə Yevlax şəhəri respublika tabeli şəhərə çevrilmişdir. 6 yanvar 1965-ci ildə Yevlax sənaye rayonu ləğv edilmiş, əvəzinə yenidən Yevlax rayonu təşkil edilmişdir. Qeyd 2: 9 mart 1966-ci ildə Yevlax sənaye rayonuna xidmət etmiş Yevlax Şəhər Soveti və Yevlax Rayon Soveti vahid Yevlax Şəhər Soveti adı altında birləşdirilmişdir. Bu tarixdən Yevlax rayonu və Yevlax şəhərinə Yevlax Şəhər Soveti xidmət göstərmişdir. 1991-ci ildən etibarən isə Yevlax Şəhər İcra Hakimiyyəti həm Yevlax rayonuna, həm də Yevlax şəhərinə xidmət göstərir. Qeyd 3: Xalq Deputatları Soveti 1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti adlanmışdır. 29 noyabr 1991-ci ildə Yevlax rayon və Yevlax şəhər xalq deputatları sovetləri vahid Yevlax Şəhər Xalq Deputatları Soveti adı altında birləşdirilmişdir. |
|
---|
Azərbaycan SSR | Rayon Partiya Komitəsinin birinci katibləri | |
---|
Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri | |
---|
|
---|
Azərbaycan Respublikası | Rayon Sovetinin sədrləri | |
---|
Rayon İcra Hakimiyyəti başçıları | |
---|
Prezidentin xüsusi nümayəndəsi | |
---|
|
---|
Qeyd 1: Ağdam rayonu 1930-cu ildə təsis olunmuşdur. Ağcabədi rayonu 4 yanvar 1963-cü ildə Ağdam rayonuna birləşdirilmişdir. 1965-ci ildə yenidən müstəqil rayon olmuşdur. Qeyd 2: Xalq Deputatları Soveti 1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti adlanmışdır. Qeyd 3: Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi vəzifəsi 24 may 2021 tarixində təsis edilsə də, 1 dekabr 2021 tarixində ləğv edilmişdir. |