Nizami Yəhya oğlu Sadıqov (12 aprel 1950, Ağdam rayonu) — Ağdam Rayon İcra Hakimiyyətinin sabiq başçısı (2009–2014-cü illər).
Həyatı
1950-ci il aprel ayının 12-də Ağdam rayonunda anadan olmuşdur. 1957–1967-ci illərdə Ağdam İnternat məktəbində oxumuşdur.1967-ci ildə Ağdam Kənd Təsərrüfatı Texnikumuna daxil olmuş, 1969-cu ildə oranı bitirmişdir.
1969–1971-ci illərdə Moskvada Kantimirovski Tank Diviziyasında hərbi xidmətdə olmuşdur.Hərbidən kiçik leytenant kimi tərxis olunmuşdur.
1973-cü ildən 1978-ci ilə kimi Lenin adına Azərbaycan Pedaqoji İnistutunun tarix fakültəsində oxumuşdur. 1980-cı ildən 1985-ci ilə kimi Moskva Polis Akademiyasında oxumuşdur.
Əmək fəaliyyətinə 1971-ci ildə Ağdam Kənd Təsərrüfatı Texnikumunda başlayıb. Belə ki, 1971-ci ildən 1974-cü ilə kimi Ağdam Kənd Təsərrüfatı Texnikumunda hərbi rəhbər vəzifəsində işləmişdir. 1974-cü ildən 1990-cı ilə qədər azadlıqdan məhrum olunma müəssisələrində inspektor, baş inspektor, müavin və rəis vəzifələrində işləmişdir.
1990-cı ildən 1992-ci ilə kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cinayət Axtarış İdarəsinin ölüm şöbəsində xüsusilə mühüm işlər üzrə baş inspektor vəzifəsində işləmişdir.1992–2008-ci illərdə Ağdaş, Dəvəçi, İmişli, Masallı, Quba rayonlarında polis rəisi vəzifələrində işləmişdir.Qarabağ müharibəsi veteranıdır.
2009–2014-cü illərdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 4 övladı, 7 nəvəsi var.
Mükafatları
|
---|
Azərbaycan SSR | Rayon Partiya Komitəsinin birinci katibləri | |
---|
Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri | |
---|
|
---|
Azərbaycan Respublikası | Rayon Sovetinin sədrləri | |
---|
Rayon İcra Hakimiyyəti başçıları | |
---|
Prezidentin xüsusi nümayəndəsi | |
---|
|
---|
Qeyd 1: Ağdam rayonu 1930-cu ildə təsis olunmuşdur. Ağcabədi rayonu 4 yanvar 1963-cü ildə Ağdam rayonuna birləşdirilmişdir. 1965-ci ildə yenidən müstəqil rayon olmuşdur. Qeyd 2: Xalq Deputatları Soveti 1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti adlanmışdır. Qeyd 3: Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi vəzifəsi 24 may 2021 tarixində təsis edilsə də, 1 dekabr 2021 tarixində ləğv edilmişdir. |