Asif Məmmədov (1962, Rəzgov, Lerik rayonu) — Balakən Rayon İcra Hakimiyyətinin başçısı (2006–2011-ci illər), Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı (2011–2013-cü illər).
Həyatı
Asif Salman oğlu Məmmədov 1962-ci ildə Lerik rayonunda anadan olmuşdur. 1984-cü ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunu mühəndis-mexanik ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə 1979-cu ildə Lerik rayon Mərkəzi kitabxanasında salon müdiri kimi başlamışdır. Sonralar "Əzizbəyovneft" və H. Z. Tağıyev adına NQÇİ-lərində iş icraçısı, rəis müavini, rəis vəzifələrində çalışmış, Kaspi-Yıldız" Azər-Türk MM-də baş direktor, idarə heyətinin sədri olmuşdur.
Evlidir, 4 övladı var. Azərbaycan Respublikasının Milli Məclisinin deputatı İqbal Məmmədovun qardaşıdır.[1]
Siyasi fəaliyyəti
Asif Məmmədov Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının müavini, 2006–2011-ci illərdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı, 2011-ci il aprel ayının 21-dən 2013-cü il fevral ayının 15-dək isə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır[2].
Yeni Azərbaycan Partiyasının üzvüdür.
İstinadlar
|
---|
Azərbaycan SSR | Rayon Partiya Komitəsinin birinci katibləri | |
---|
Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri | |
---|
|
---|
Azərbaycan Respublikası | Rayon İcra Hakimiyyəti başçıları | |
---|
|
---|
Qeyd 1: Şamaxı rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. 4 dekabr 1959-cu ildə Mərəzə rayonu ləğv edilmiş, ərazisi isə Şamaxı rayonuna birləşdirilmişdir. 24 aprel 1990-cı ildə müstəqil Qobustan rayonu təşkil edilmişdir. Qeyd 2: Xalq Deputatları Soveti 1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti adlanmışdır. |
|
---|
Azərbaycan SSR | Rayon Partiya Komitəsinin birinci katibləri | |
---|
Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri | |
---|
|
---|
Azərbaycan Respublikası | Rayon İcra Hakimiyyəti başçıları | |
---|
|
---|
Qeyd 1: Balakən rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. 4 yanvar 1963-cü ildə Balakən və Qax rayonları ləğv edilərək Zaqatala rayonuna birləşdirilmişdir. 6 yanvar 1965-ci ildə yenidən müstəqil Balakən rayonu təşkil olunmuşdur. Qeyd 2: Xalq Deputatları Soveti 1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti adlanmışdır. |