Safbulaq (əvvəlki adı: Çistı Klyuç) — Azərbaycan RespublikasınınXızı rayonunun Altıağac qəsəbə inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun faktiki mövcud olan Çistı Klyuç kəndi dəqiqləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş və Altıağac qəsəbə Sovetinin tərkibinə verilmişdir.[2] Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Xızı rayonunun Altıağac qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Çistı Klyuç kəndi Safbulaq kəndi adlandırılmışdır.[3]
Toponimikası
Kəndin keçmiş rusca adı olan Çistı Klyuç "təmiz, saf" mənasındakı "çistı / çistıy" və "bulaq, çeşmə" mənasındakı "klyuç" sözlərindən ibarət idi. Bu ad hərfi tərcümə yoluyla Safbulaq olaraq rəsmiləşdirilmişdir.[4]