Qars — Azərbaycan RespublikasınınXızı rayonunun Tıxlı kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun Altıağaç kənd Sovetinin Qars kəndi Tıxlı kənd Sovetinin tərkibinə verilmişdir.[2]
Kənd meşə sahəsi ilə əhatəlidir. Kənddə Seyidbulaq, Qasımxan, Soyuqbulaq kimi bulaqlar mövcuddur.
Əhalisi
Oğuzların bayat və ya əfşar qoluna aid olan qədirli-türk tayfaları bu əraziyə II Şah Abbasın təşəbbüsü ilə Cənubi AzərbaycanınƏrdəbil şəhərindən gəlmişlər. Qədirli tayfası şahsevənlərin bir qolu olmuşdur. Bu tayfa (qədirli) isə türk boylarından olan əfşarlara aiddir.
Hazırda kəndin daimi əhalisi azlıq təşkil edir.
İqtisadiyyatı
Kənd əhalisi arıçılıq, heyvandarlıq, əkinçilik və s. ilə məşğul olur.