Baxışlı (Xızı)

Baxışlı
40°53′59″ şm. e. 48°58′57″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 782 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Baxışlı xəritədə
Baxışlı
Baxışlı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

BaxışlıAzərbaycan Respublikasının Xızı rayonunun Baxışlı kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun Baxışlı kəndi Xızı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Baxışlı kənd Soveti yaradılmışdır.[2]

Toponimikası

Kənd müxtəlif illərdə Baxşalı (1933), Baxşılı (1961) variantlarında da qeydə alınmışdır. Baxışlı toponimi etnotoponimdir. Kəndin əvvəlki adı Baxışlı qazmaları olmuşdur. XIX əsrin əvvəllərində Ataçay sahilindəki Zarat kəndinə məxsus qışlaqda həmin kənddən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Deyilənlərə görə, kəndin əsasını baxışlı nəsli qoymuşdur.[3]

Tarixi

Bu kənd ötən əsr ərzındə 3 dəfə yerinin dəyişməsinə məruz qalmışdır. İlk olaraq Baxşılı Tıxlıdan Beşbarmaq (Baş Bərmək) istiqamətində gedən yolun üstündə səfalı bır yerdə yerləşmiş, ətrafinda Zərgərli, Findığan (köhnə, bu kəndin də yeri dəyişmişdir) Gücöyrə kəndlərı olmuşdur. Zəlzələdən sonra baş vermiş sürüşmədən sonra əhali kəndin indiki yeri ilə üzbəüz, Ataçayın o biri sahilində məskunlaşmışdır.

Coğrafiyası və iqlimi

Kənd Ataçayın sahilində, dağ ətəyində, Bakı şəhəridən 113 km məsafədə Bakı-Altıağac yolunda yerləşir.

Əhalisi

Baxşılı kəndinin köklü əhalisi digər ətraf kəndlərdən fərqli olaraq türkdillidir. Qonşu kəndlərdən - Güneyqışlaq, Bəyəhmədyurd, Ərisküş kəndlərindən köçub Baxşılıda yaşayan bir neçə ailə dağlı dilini bilir. 1988-ci illərdə baş vermiş hadisələr nəticəsində öz doğma yurd-yuvalarını məcburi köçkünlər üçun kəndin aşağı girişində dövlət tərəfindən evlər tikilmiş, onlar orada yaşamağa başlamışlar. Hazırda Baxşılı bələdiyyəsində 315 nəfər yaşayır.

Qalereya

İstinadlar

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. "Azərbaycan Respublikasının Abşeron, Ağstafa, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Qobustan, Qubadlı, Zaqatala, İsmayıllı, Yevlax, Kəlbəcər, Masallı, Xızı, Şamaxı rayonlarının və DQMV Hadrut rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı". 27 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 August 2022.
  3. Baxışlı (Xızı) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!