SSRİ (rus.СССР),[q 2] və ya rəsmi adı ilə Sovet Sosialist Respublikaları İttifaqı (rus.Союз Советских Социалистических Республик),[q 3] yaxud qısaca Sovet İttifaqı (rus.Советский Союз) — 1922–1991-ci illərdə əsasən indiki MDB dövlətləri ərazisində mövcud olmuş dövlət. SSRİ dünya tarixində rəsmi ideologiyası marksizm-leninizm – sol radikal sosialist ideologiyası olan dövlət olmuşdur. Rusiya İmperiyasının varisi olmuşdur.
Ümumilikdə dünyanın quru hissəsinin 1/6 hissəsi məhz SSRİ-nin payına düşmüşdür – 22 402 min km2. Əhalisinin sayına görə isə dünyada 3-cü yerdə olmuşdur (1989, 1 yanvar – 293 mln).
Ərazisinin sahəsi 22 400 000 km2-dir.[6], Həmin dövrdə ərazisinə görə dünyanın ən böyük dövləti olmuşdur[7]. Dünyanın altıda birini əhatə etmişdi.[7] Ərazisinə görə Şimali Amerika ilə müqayisə edilirdi. Avropa hissəsi ölkə ərazisinin dörddə biri idi və onun mədəni və iqtisadi mərkəzi idi. Asiya hissəsində (şərqdəki Sakit okean və cənubdakı Əfqanıstan sərhədi)
daha az əhali yaşayırdı.[7] Sovet İttifaqının uzunluğu şərqdənqərbə 10 min km-dən çox, şimaldancənuba isə təxminən 7 200 km idi.[8] Ölkə ərazisində 5 iqlim qurşağı var idi.
XX əsrin əvvəllərində Rusiyada kapitalizmin inkişafı sürətlənmişdi, lakin 1900–1903-cü illər dünya iqtisadi böhranı Rusiyadan da yan keçmədi. İctimai siyasi proseslərin dərinləşməsi ilə ilk siyası partiyalar yaranmağa başladı. Sonralar Rusiyanın tarixində əhəmiyyətli rol oynamış Sosialist İnqilabçılar Partiyası 1902-ci ildə yarandı. Həmçinin 1903-cü ildə Rusiya Sosial-Demokrat Fəhlə Partiyası (RSDFP) yaradıldı.
Birinci Dünya müharibəsi bir çox dövlətlərin, həmçinin Rusiya İmperiyasının da zəifləməsi ilə nəticələndi. Nəticədə daxildə olan ziddiyyətlər daha da qabardı. Bütün bu proseslərin nəticəsi kimi Rusiyada 1917-ci ilin fevralında inqilab nəticəsində 1613-cü ildən hakimiyyətdə olan Romanovlar sülaləsi taxtdan məhrum edildi (1917-ci il martın 2-si).
Hakimiyyət Müvəqqəti hökumətə (Eser-menşeviklərə) keçdi, lakin bolşeviklər bu cür "hakimiyyət bölgüsündən" razı qalmadılar. 25 oktyabrda (7 noyabr) baş vermiş növbəti inqilab nəticəsində Müvəqqəti Hökumət hakimiyyətdən getdi. Nəticədə hakimiyyət Vladimir İliç Lenin başda olmaqla kommunistlərin əlinə keçdi.
Hakimiyyətə gəlmiş bolşeviklər ilk addım olaraq özlərinə "hərbi arxa" yaratmağa başladılar. Nəticədə təcili olaraq Qırmızı Ordunun quruculuğu başlandı, proletar milisi, hərbi-inqilabi tribunallar, əksinqilabi mübarizə üçün fövqəladə komissiya yaradıldı. Bolşeviklər öz ideoloji təbliğatını daha da genişləndirmək üçün yalnız öz mətbuat qurumlarının çıxmasına icazə verdilər.
1918-ci il yanvarın 5-də Rusiyada Müəssislər Məclisinə seçkilər keçirildi. Müəssislər Məclisi elə fəaliyyətinin ilk günündəcə buraxıldı. III Sovetlər Qurultayı Rusiya Federativ Sosialist Respublikasının yaradıldığını elan etdi. Tezliklə 1918-ci iyununda ilk Sovet Konstitusiyası qəbul edildi.
Az sonra ölkədə vətəndaş müharibəsi başlandı. Qırmızılara qarşı Ağlar formalaşdılar. Şərqdə Admiral Kolçak Ağlara rəhbərlik etməyə başladı. O hətta "Rusiyanın Ali hökmdarı" elan edildi. Şimalda əksinqilabi qüvvələrə Miller, cənubda isə general Denikin rəhbərlik edirdi, lakin bu müharibə tezliklə daxili müharibə kimi qalmayıb xaricdən hərbi müdaxiləyə məruz qaldı. ingilislərlə fransızlar Cənubi Qafqaza, Arxangelskə və Odessaya, almanlar Ukraynaya və Gürcüstana ordu yeritdilər, lakin tezliklə qırmızı ordu üstünlüyü əlinə aldı və ardıcıl olaraq Kolçakı, Denikini, Vrangeli məğlub etdi. Sovetlərin bu qələbələri xarici qoşunları tezliklə öz ilkin mövqelərinə qayıtmağa məcbur etdi.
29 dekabr, 1922-ci ildə RSFSR, USSR, BSSR və ZSFSR arasında SSRİ-nin qurulması barədə saziş imzalandı. Bu saziş 30 dekabr, 1922-ci ildə Sovetlərin Birinci Birlik Konqresi tərəfindən qəbul edilmiş və nümayəndə heyətlərinin rəhbərləri tərəfindən imzalanmışdır. SSRİ Xalq Komissarları Şurası (Hökumət) və Xalq Komissarları (nazirliklər) 6 iyul, 1923-cü ildə yaradılmış olsa da, bu tarix SSRİ-nin formalaşması tarixidir.
SSRİ İkinci dünya müharibəsindən əvvəlki dövrdə, beşillik planlar
1924-cü ilin əvvəllərindən, əsasən Leninin ölümündən sonra ölkə rəhbərliyində hakimiyyət uğrunda ciddi siyasi mübarizə başladı. İosif Stalin tərəfindən təkbaşına idarə üçün tətbiq olunmuş avtoritar idarə metodu möhkəmləndi. Stalin və digər rəhbərlər SSRİ-nin digər Avropa ölkələrindən iqtisadi baxımdan çox geri qaldığını çox gözəl başa düşürdülər. 1924-cü ildən başlayaraq, ABŞ istisna olmaqla, bir sıra qərb ölkələri SSRİ-ni tanımağa başladılar, lakin bu əlaqələrdə qeyri-bərabərlik mövcud idi. SSRİ dünya birliyinin üzvü kimi tanınsa da, bu illərdə Millətlər Cəmiyyətinə qəbul edilməmişdi.
XX əsrin 20-ci illərinin ortalarından başlayaraq Yeni İqtisadi Siyasət (YİS) tətbiq olunmağa başladı. Onun ardınca sənayeləşmə və kollektivləşmə kimi tədbirlər görüldü. 1928–1932-ci illərdə ilk beşillik plan qəbul olundu. 1932–1933-cü illərdə ölkədə kütləvi aclıq baş verdi. Kommunist partiyası ölkənin bütün idarəetmə strukturlarını özünə tabe etməyə müvəffəq oldu. Ölkədə çox güclü mərkəzləşmiş, hərbi-totalitar rejim yaradıldı. 1934-cü ildən başlayaraq ölkədəki kütləvi represiyalar cəmiyyətin əksər təbəqələrindən yan keçmədi. Ölkədə QULAQ sistemi bütün gücü ilə fəaliyyət göstərirdi.
XX əsrin 20–30-cu illərində yaranmış Beynəlxalq münasibətlər yeni bir dünya müharibəsini qaçılmaz etdi. Almaniya, İtaliya və Yaponiya dünyanın "qeyri-bərabər" nüfuz dairələrinə bölünməsi ilə razı deyildilər. SSRİ öz nüfuz dairəsini Avropaya doğru genişləndirmək istəyir, dünyanın nüfuz dairələrinə bölünməsi onu da tam qane etmirdi. Buna görə də 1939-cu ilin martında Fransa, İngiltərə və SSRİ arasında başlanan danışıqlar uğursuz oldu. SSRİ kimi müttəfiqin olmasını arzulayan Almaniya 1939-cu il avqustun 23-də (İkinci dünya müharibəsinin başlanmasından 8 gün əvvəl) "Molotov-Ribbentrop paktı" imzaladılar. Bu pakta görə hər iki dövlət bir-birinin üzərinə 10 il müddətinə hücum etməmək haqqında öhdəlik götürürdülər. Müqavilənin məxfi hissəsində isə Polşanın və digər Şərqi Avropa ölkələrinin bölüşdürülməsinə dair saziş var idi.
Beləliklə 1939-cu il sentyabrın 1-i müharibə başladı. "23 avqust" sazişinə əsasən SSRİ həmçinin Polşaya şərqdən hücum etdi. Polşa zəbt edildi və bölüşdürüldü.
SSRİ-nin hərbi gücünə bələd olduqdan sonra Almaniya SSRİ torpaqlarını tutmaq qərarına gəldi. Almanlar bunun üçün yeni plan "Barbarossa"adlı "İldırım sürətli müharibə" (Blitz kriq) planı hazırladılar. Həmin plan SSRİ-nin çox sürətli işğalına imkan verəcəkdi. Bu planın yerinə yetirilməsində Yaponiyanın şərqdən hücumu vacib idi. Almaniya ilə Yaponiya arasında 70-ci meridian sərhəd kimi şərtləşdirilmişdi.
1941-ci il iyun ayının 22-də səhər saat 4-də (R. Zorgenin dediyi vaxtda) Almaniya qəfildən SSRİ-yə hücum etdi. SSRİ tarixinə "Böyük Vətən Müharibəsi" kimi daxil olmuş müharibə başladı.
Stalinin hakimiyyəti illərində SSRİ-də təcrübəli hərbi kadrların böyük hissəsi "Stalinə sədaqətsiz" olduqları üçün məhv edilmişdilər. Bu da müharibənin ilk aylarında kəskin şəkildə özünü göstərdi.
Almanlar çox tez zamanda – ilk həftədə Smolenski tutdular. Sentyabr ayında Kiyev almanların əlinə keçdi, Leninqrad mühasirəyə alındı və noyabrda Moskvaya hücum başladı. Moskva ətrafında dekabrın 5–6-da baş verən Moskva döyüşündə almanlar məğlub oldular. Bu hadisə müharibənin gedişində əsaslı dönüşün başlanması kimi qəbul edilir. Məhz həmin döyüşdən sonra almanların "məğlubedilməzliyi" haqqında mif yox oldu. "Barbarossa" planı səmərəsiz çıxdı. Almanlar çox qısa zamanda uzun məsafəyə geri atıldı.
Müharibə dövründə İran özünü bitərəf elan etsə də bu ölkədə alman kəşfiyyatı çox güclü idi. İranla SSRİ arasındakı əvvəlki müqavilələrə əsasən (Həmin müqavilələrdə bir dövlətin ərazisinin zəbt edilməsi təhlükəsi yarandığı zaman digər dövlətin ərazisinə qoşun yeridilə biləcəyini nəzərdə tuturdu) 1941-ci il avqust ayında Sovet ordusu İran ərazisinə (Cənubi Azərbaycana) daxil oldu.
Almanlar bu dövrdə SSRİ-nin daxilinə doğru irəliləməkdə idilər. Kerçin müdafiəsi yarıldı, Sevastopol, Xarkov almanlar tərəfindən tutuldu. Stalinqrad və Qafqaz təhlükəyə düşdü. 1942-ci il noyabrın 19-da başlanan əks hücum almanları mühasirəyə saldı. Stalinqradda Sovet qoşunları qalib gəldi. Qafqazdan əks hücum başladı. Strateji üstünlük Sovetlərin əlinə keçdi.
1943-cü ilin iyul-avqust aylarında baş vermiş Kursk döyüşü tarixə ən böyük tank və texnika döyüşü kimi düşdü. Burada hər iki tərəfdən külli miqdarda tank və ağır zirehli hərbi maşınlar toplanmışdı. Sovetlər yenə qalib gəldi.
Tehran konfransında həmçinin İranın ərazi bütövlüyünün qorunub saxlanılmasına dair saziş də imzalandı.
1944-cü ilin yanvar-fevral aylarında SSRİ Leninqrad altından və Ukraynadan əks hücuma başladı. Tezliklə Finlandiya SSRİ-yə təslim oldu və ərazisinin bir hissəsini SSRİ-yə verməli oldu.
1944-cü il iyunun 6-da general Dvayt Eyzenhaverin komandanlığı altında Normandiyada 2-ci cəbhə nəhayət ki, açıldı və Sovetlər Georgi Konstantinoviç Jukovun rəhbərliyi ilə "Baqration əməliyyatı"na başladılar. "Baqration əməliyyatı" nəticəsində SSRİ öz ərazisindən Almaniyanı qovub çıxara bildi.
1944-cü ilin avqustunda Fransa almanlardan təmizləndi. Yaponiya bir neçə adasını itirdi.
1945-ci il fevralın 4-də "Böyük üçlük" – Stalin, Çörçill və RuzveltYaltada görüşdülər. Onlar Almaniyanın qeyd-şərtsiz təslim edilməsi haqqında qərar qəbul etdilər. Stalin şərqə əlavə ərazi iddisı ilə çıxış etdi. Bu ərazilər içərisində vaxtilə Rusiya imperiyasının yaponlarla müharibədə uduzduğu Port-Arturda var idi.
1944-cü ilin dekabrında almanlar son əks-hücuma keçdilər, lakin Sovetlərin başladığı "Visla-Oder" əməliyyatı almanları geri oturtdu.
1945-ci il aprel ayının 16-da Sovet marşalı Georgi Jukovun rəhbərliyi ilə "Berlin" əməliyyatı başladı və aprelin 30-da Reyxstaq üzərində SSRİ-nin bayrağı dalğalanmağa başladı.
Mayın 8-də alman hökuməti adından feldmarşal Vilhelm fon Keytel təslim olma haqqında müqavilə imzaladı.
SSRİ İkinci dünya müharibəsindən sonra
İkinci dünya müharibəsi qurtardıqdan sonra SSRİ müharibədən 27 milyonluq insan və çoxlu miqdara təbii sərvət itkisi ilə çıxdı, lakin SSRİ müharibədən qalib və qat-qat güclü hərbi-iqtisadi potensialla çıxmağı bacardı. Müharibədən sonrakı dövrdə dünyada supergüc kimi tanınmağa başladı. 1950-ci illərdə 6200 sənaye müəssisəsi bərpa olundu və ya yenidən quruldu. 1950-ci ilin əvvəli üçün kənd təsərrüfatı istehsalı da müharibədən əvvəlki səviyyəyə çatdırıldı. Buna baxmayaraq, ölkədə kənd təsərrüfatı məhsullarına tələbatın ödənilməsi səviyyəsi çox aşağı idi. 1948-ci ildə kolxozların ancaq 44,2%-i taxıl tədarükü planını ödəyirdi. 1946–1948-ci illərdə ölkədə baş vermiş aclıq nəticəsində bir milyona qədər insan ölmüşdü. Müharibədən sonra əmək ehtiyatları qıtlığı yaranmışdı. Ölkənin maliyyə sistemində də çətinliklər var idi. Onları aradan qaldırmaq məqsədilə 1947-ci ildə pul islahatı keçirildi. İslahat nəticəsində pulun dəyəri 10 qat artırıldı. 1947-ci ilin dekabrında məhsulun bölgüsündə talon sistemi ləğv olundu.
SSRİ-nin İkinci Dünya müharibəsindən sonra ki siyasi vəziyyəti
Mövcud olan fövqəladə vəziyyət aradan qaldırıldı.
Müharibə şəraitinə görə yaradılmış dövlət Müdafiə Komitəsi ləğv olundu.
Yerli sovetlərə, respublikaların ali sovetlərinə və ssri ali sovetinə seçkilər keçirildi.
Müharibədən əvvəl ki totalitar rejim daha da gücləndirildi.
Siyasi hakimiyyətdə köklü dəyişikliklər etmək üçün çoxpartiyalılıq ləğv edildi.
İ. Stalinin şəxsiyyətinə pərəstiş daha da artdı.
Dövlət islah düşərgələr sistemi daha da genişləndi.
Müharibədən sonra kütləvi represiyaların yeni dalğası başladı.
1945-ci ilin iyununda "Böyük üçlük" Potsdam konfransında yenidən görüşdü. Franklin Ruzvelt vəfat etdiyindən onu Harri Trumen, Vinston Çörçili isə yeni seçilmiş baş nazir Klement Ettli əvəz etmişdi. Burada Almaniyanın sonrakı taleyi həll edildi və onun ərazisi 4 işğal zonasına bölündü. SSRİ-nin payına şərik çıxmaq üçün ingilis və amerkalılar Fransanı da müttəfiqlərin sırasına qatdılar.
Müharibədən sonra, 1946-cı il martın 5-də ABŞ-də səfərdə olan Vinston Çörçil, Missuri ştatının Fulton şəhərindəki Vestminster kollecində özünün məşhur "Sülhün əzələləri" adlı çıxışını etdi. Tarixçilər məhz həmin çıxışı Çörçillin kommunizmə qarşı birgə mübarizəyə çağırışı — Soyuq müharibənin başlanması üçün siqnal hesab edirlər. Amerika Birləşmiş Ştatlarının qəbul etdiyi "Marşal planı" və "Trumen doktorinası" isə müharibəni "rəsmiləşdirdi".
Müharibədən sonra iqtisadiyyatı dinc məqsədlər üçün istiqamətləndirmək xətti götürüldü. Yaranmış işçi qüvvəsi qıtlığını isə məhbusların, əsirlərin və sürgün olanlanların əməyi ilə əvəz etdilər.
1947-ci ildə pul islahatı keçirildi. Ölkəni yeni represiya dalğası bürüdü. 1953-cü ildə İosif Stalin vəfat etdi. Onun yerinə hakimiyyətə Nikita Xruşşov, Gennadi Malenkov və Lavrenti Beriya ittifaqa gəldi, lakin 1953-cü ilin yayında Beriya tutuldu və güllələndi. 1955-ci ildə Malenkov rəhbərlikdən uzaqlaşdırıldı. 1957-ci ildə Georgi Jukov MK Rəyasət heyətinin üzvü və müdafiə naziri vəzifəsindən uzaqlaşdırıldılar. Hakimiyyət tək Xruşşovun əlində cəmləndi. 1958-ci ildə o, hakimiyyətə tam sahib oldu.
Onun dövründə "Şəxsiyyətə pərəstiş"(Stalinə) tənqid olundu. Minlərlə represiyaya məruz qalmış insanlar bəraət qazandılar. 1964-cü ilin oktyabrında Xruşşov tutduğu vəzifədən azad edildi. Leonid Brejnev Sov. İKP MK birinci katibi, Aleksey Kosıgin isə SSRİ Nazirlər Sovetinin Sədri seçildi. 1961-ci ildə Kommunist partiyasının XXII qurultayında 20 il müddətində ölkədə kommunist cəmiyyəti qurma proqramı qəbul olundu.
Nikita Xruşşovun və Leonid Brejnevin dövründə keçirilən iqtisadi islahatlar ölkəni iqtisadi cəhətdən dirçəltdi. Əkin sahələri artırıldı. Buna baxmayaraq 1963–1965-ci illərdə ölkədə taxıl çatışmazlığı yarandı.
1982-ci ildə Leonid Brejnev vəfat etdi. Yeni rəhbər DTK-nın (КГБ) keçmiş rəhbəri Yuri Andropov (1982–1984) oldu. Onun ölümündən sonra isə Konstantin Çernenko (1984–1985) hakimiyyətə gəldi. Hər iki Sovet rəhbəri səhhəti ucbatından hakimiyyətdə çox qalmadan vəfat etdi. 1985-ci ildə Mixail Sergeyeviç QorbaçovSov. İKP MK-nın birinci katibi seçildi. Qorbaçov 1985-ci ilin aprelində MK-nın plenumunda sosial-iqtisadi inkişafı artırmaq üçün sürətləndirmə xətti irəli sürüldü.
1987-ci ildə ictimai qurluşu – sosializmi yenidən qurmaq vəzifəsi irəli sürüldü. Buna əsasən 2 məqsəd müəyyən olundu:
Demokratik sosializm qurmaq;
"Lenin normalarına" qayıtmaq.
1990-cı ildə SSRİ-də prezident vəzifəsi təsis olunurdu. Qorbaçov SSRİ-ni birinci prezidenti oldu. Stalin yenidən tənqid olundu, Xruşşov dövründə bərəat ala bilməyənlər bərəat qazandılar.
Regionlarda etnik münaqişələr Sovetlərin vəziyyətini gərginləşdirdi. Azərbaycan SSR-in tərkibində olan Dağlıq Qarabağ Muxtar Vilayətində ermənilər tərəfindən başlanan separatçılıq hərəkatı "Böyük dağılmanın" başlanğıcı oldu. 1990-cı ilin martında Estoniya, Litva, may ayında isə Latviya müstəqilliklərini bərpa etmək haqqında qərar qəbul etdilər. Gürcüstanda suverenlik haqqında dekret qəbul olundu.
İyun ayında RSFSR dövlət suverenliyi barədə Bəyənnammə qəbul etdi. 1991-ci ilin iyununda Boris Yeltsin RSFSR-in prezidenti seçildi. 1991-ci ilin avqustunda Sovet İttifaqını qoruyub saxlamaq istəyən yüksək çinli məmurlar ölkədə Fövqəladə vəziyyət elan etdilər. Qorbaçovun "səhhəti ağır olduğu üçün" onun səlahiyyətləri Gennadi Yanayevə verildi. Yanayev Moskvaya hərbi qüvvə yeritdi, lakin bu cəhd uğursuz alındı. "Avqust qiyamı" puç oldu. Bu hadisədən sonra Kommunist partiyasının fəaliyyəti dayandırıldı.
1991-ci il dekabrın 8-də SSRİ-ni təşkil etmiş – Rusiya SFSR, Ukrayna SSR və Belorusiya SSR SSRİ-nin parçalanması haqqında istəklərini bildirdilər. 1991-ci il dekabrın 25-də Mixail Qorbaçov istefa verdi. Dekabrın 26-da Kreml üzərindən SSRİ-nin qırmızı bayrağı endirildi və beləliklə 1922-ci il dekabr ayının 30-da yaranmış və 69 il mövcud olmuş SSRİ dağıldı.
Sovet simvolizmi Sovet dövlətini, Oktyabr İnqilabını,[9] Kommunistləri təsvir edən[9] fərqli işarələr və təsvirlərdir. Kəndlilər, işçilər, çəkic, oraq və beşbucaqlı qırmızı ulduz Sovet hakimiyyətinin ən başlıca simvollarıdır.[9]
عزلة بني حفيظ والمكارمة - عزلة - تقسيم إداري البلد اليمن المحافظة محافظة حجة المديرية مديرية افلح الشام السكان التعداد السكاني 2004 السكان 12٬458 • الذكور 6٬288 • الإناث 6٬170 • عدد الأسر 1٬562 معلومات أخرى التوقيت توقيت اليمن (+3 غرينيتش) تعديل مصدري - تعدي...
رأس المال: المجلد الثاني غلاف المجلد الثاني من رأس المال معلومات الكتاب المؤلف كارل ماركس البلد ألمانيا اللغة الألمانية تاريخ النشر 1885 النوع الأدبي مقالة الموضوع اقتصاد سياسي ترجمة المترجم فالح عبد الجبار الناشر دار الفارابي رأس المال: المجلد الأول رأس المال: المجل...
У Вікіпедії є статті про інші значення цього терміна: Санта-Ана. Департамент Санта-Ана ісп. Santa Ana Герб Прапор Столиця Санта-Ана Країна Сальвадор Країна Сальвадор Межує з: сусідні адмінодиниці Муніципалітет Ла-Лібертад, Регіон Ауачапан, Регіон Сонсонате, Чалате
سيسيليا غليشر معلومات شخصية الميلاد 20 أبريل 1828 غرينتش تاريخ الوفاة 28 ديسمبر 1892 (64 سنة) مواطنة المملكة المتحدة لبريطانيا العظمى وأيرلندا عضوة في الجمعية الملكية الميكروسكوبية [لغات أخرى] الأولاد جيمس يتبريد لي جلايشر[1] الحياة العملية المه...
Building in Manhattan, New York Tower 270Tower 270 from the east on Chambers Street. The Tweed Courthouse is in the foreground.Alternative namesArthur Levitt State Office Building, 80 Chambers Street, 86 Chambers StreetGeneral informationLocation270 BroadwayManhattan, New York City, New YorkCoordinates40°42′51″N 74°00′24″W / 40.714281°N 74.006765°W / 40.714281; -74.006765Construction started1929Completed1930OwnerRAL CompaniesHeight370 feet (110 m)Techn...
LatimeriidaeRentang fosil: Zaman trias awal–sekarang PreЄ Є O S D C P T J K Pg N Latimeria chalumnae Fosil Undina penicillata Klasifikasi ilmiah Domain: Eukaryota Kerajaan: Animalia Filum: Chordata Kelas: Actinistia Ordo: Coelacanthiformes Subordo: Latimerioidei Famili: LatimeriidaeBerg, 1940 Genus Tanpa subfamili Macropomoides (punah) Subfamili Ticinepomiinae Ticinepomis (punah) Foreyia (punah) Rieppelia (punah)[1] Subfamili Latimeriinae Holophagus (punah) Latimeria Libys (punah)...
Het ketelhuis van Stoomgemaal De Tuut bij Appeltern Een ketelhuis is een gebouw waarin door verbranding van kolen, olie, gas of andere brandstoffen stoom wordt opgewekt om te dienen voor de aandrijving van machines en/of om warmte te leveren voor een bedrijfsproces, dan wel voor warmtedistributie, zoals stadsverwarming. De benaming ketelhuis is ontleend aan de stoomketels die gebruikt werden om water tot stoom te verhitten. Een andere aanduiding is stookhuis, maar dat heeft meerdere betekenis...
Politics of Yugoslavia Constitution 1921 1931 1946 1953 1963 1974 ExecutiveLegislative Head of StateDeputy Head of State President (1953–80) Vice President (1963–67) Presidency (1971–91) President of the Presidency (1980–91) Vice President of the Presidency (1971–91) Members Government (1918–53) Prime MinisterDeputy Prime Minister Assembly (list) President Federal Executive Council (1953–92) President (1963–92) Federal Council for Protection of the Constitutional Order (1975...
Artikel ini sedang dalam perbaikan.Untuk menghindari konflik penyuntingan, mohon jangan melakukan penyuntingan selama pesan ini ditampilkan.Halaman ini terakhir disunting oleh 118.137.181.93 (Kontrib • Log) 334 hari 476 menit lalu. kurva kupu-kupu dapat didefinisikan dengan persamaan parametrik x dan y. Dalam matematika, Persamaan Parametrik mendefinisikan sekelompok kuantitas sebagai fungsi dari satu atau lebih variabel independen yang disebut parameter.[1] Persamaan Parametrik bia...
Miss USA 2010Rima Fakih, Miss USA 2010DateMay 16, 2010[1]PresentersNatalie MoralesCurtis StoneJoan RiversMelissa RiversEntertainmentBoys Like GirlsTrace AdkinsVenuePlanet Hollywood Theatre for the Performing Arts, Las Vegas, NevadaBroadcasterNBC (KVBC-DT)Telemundo (KBLR)Entrants51Placements15WinnerRima Fakih MichiganCongenialityBelinda Wright NebraskaPhotogenicAudrey Moore Alabama← 20092011 → Miss USA 2010 was the 59th Miss USA pageant, held at the Planet Hollywo...
Fantasy novel The Changeling Sea Cover of first editionAuthorPatricia A. McKillipCountryUnited StatesLanguageEnglishGenreFantasyPublisherAtheneum/MacmillanPublication date1988Media typePrint (hardcover)Pages137ISBN0-689-31436-1 The Changeling Sea is a fantasy novel for juvenile readers by Patricia A. McKillip. It was first published in hardcover by Atheneum/Macmillan in October 1988, with a paperback edition issued by Del Rey/Ballantine in December 1989. It was subsequently reissued in p...
Schooner wrecked in Darwin, Australia Booya as Argosy Lemal, c. 1940 History Name De Lauwers (1917–20) Argosy Lemal (1920–49) Ametco (1949–52) Clair Crouch (1952–64) Booya (1964–74) Owner Argosy Shipping & Coal Co Ltd, Newcastle upon Tyne (1920–23) Yorke Shipping Pty Ltd, Port Adelaide (1923–42) Australian Government (1942–49) Australian Middle East Trading Co (1949–52) M B Crouch & Co Ltd (1952–64) Mornington Island Fishing Co (1964–68) Denham Island Transport C...
Village/Town in South Constituency, IcelandSkógarVillage/TownChurch of the museum at Skógar, behind it the mountain range EyjafjöllLocation of the Municipality of Rangárþing eystraSkógarLocation of Skógar in IcelandCoordinates: 63°31′N 19°30′W / 63.517°N 19.500°W / 63.517; -19.500CountryIcelandConstituencySouth ConstituencyRegionSouthern RegionMunicipalityRangárþing eystraPopulation • Total25Time zoneUTC+0 (GMT) Skógar museum Skógar (pron...
У этого топонима есть и другие значения, см. Десагуадеро.Десагуадероисп. Río Desaguadero Водоток Исток (Т) (B) • Местоположение Прекордильеры • Высота 497 м • Координаты 32°21′52″ ю. ш. 67°19′44″ з. д.HGЯO Устье (Т) (B) Рио-Колорад...
American talk show host, actress, producer, and author (born 1954) Oprah redirects here. Not to be confused with Orpah or Opera. For the talk show, see The Oprah Winfrey Show. Oprah WinfreyWinfrey in 2023BornOrpah Gail Winfrey (1954-01-29) January 29, 1954 (age 69)Kosciusko, Mississippi, U.S.Alma materTennessee State University (BA)OccupationsTelevision presenteractresstelevision producermedia proprietorphilanthropistauthorYears active1973–presentWorksMedia projectsTitle Chai...
22nd race of the 1996 NASCAR Winston Cup Series 1996 Goody's Headache Powder 500 Race details Race 22 of 31 in the 1996 NASCAR Winston Cup Series The 1996 Goody's Headache Powder 500 program cover, featuring Dale Earnhardt and Terry Labonte.Date August 24, 1996Official name 36th Annual Goody's Headache Powder 500Location Bristol, Tennessee, Bristol Motor SpeedwayCourse Permanent racing facility0.533 mi (0.858 km)Distance 500 laps, 266.5 mi (428.89 km)Scheduled Distance 500 laps, 266.5 mi (428...
Church in London Borough of Bromley, United KingdomSt Botolph'sSt Botolph's ChurchThe north face of St Botolph's Church51°24′42″N 0°08′04″E / 51.41175°N 0.13435°E / 51.41175; 0.13435LocationRuxley, London Borough of Bromley, DA14CountryUnited KingdomHistoryStatusDeconsecrated (1557)ArchitectureHeritage designationGrade II listed building Scheduled ancient monumentYears built13th centuryClosed1557AdministrationParishRuxley (before 1557 deconsecration), Hundr...
This article needs more reliable medical references for verification or relies too heavily on primary sources. Please review the contents of the article and add the appropriate references if you can. Unsourced or poorly sourced material may be challenged and removed.Find sources: Vestibulocerebellar syndrome – news · newspapers · books · scholar · JSTOR (January 2019) Medical conditionVestibulocerebellar syndromeBasal view of the human brain including ...
Canadian bookstore chain ColesTypeSubsidiaryIndustryRetailFounded1940; 83 years ago (1940) in Toronto, Ontario, CanadaFoundersJack ColeCarl ColeHeadquartersCanada Number of locations63 (Coles)17 (IndigoSpirit)Area servedmost of CanadaProductsBooksParentIndigo Books and MusicSubsidiariesColes NotesWorld's Biggest Bookstore Coles is a Canadian bookstore chain owned by Indigo Books and Music. Coles currently serves as Indigo's brand for small-scale bookstores in locations ...