Rüfət İsmayıl

Rüfət İsmayıl
Doğum tarixi 2 fevral 1981(1981-02-02) (43 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
Təhsili Azərbaycan Ali Diplomatiya Kolleci
Höte Universiteti
Esmod Vakko Tasarım Okulu
Fəaliyyəti dəb dizayneri, iş adamı
afffair.com/site

Rüfət Əli oğlu İsmayılov, daha çox Rüfət İsmayıl olaraq tanınır (2 fevral 1981, Bakı) — Azərbaycan modelyeri, modeli,[1][2] sahibkarı, biznesmeni. Beynəlxalq arenada Türkiyə və Azərbaycanın rəsmi moda elçisi olan Rüfət İsmayıl "AFFFAİR" tekstil şirkətinin qurucusu, "AFFFAİR" brendinin yaradıcısıdır. O, ilk və Azərbaycan dizayneridir ki, kolleksiyaları Dubay, İstanbul, Tehran, Beyrut, Nyu-York, FlorensiyaBuxarest moda həftələrində nümayiş etdirilmişdir.[3][4]

Erkən illəri və təhsili

Rüfət Əli oğlu İsmayılov 2 fevral 1981-ci ildə Azərbaycan SSR-nin paytaxtı Bakı şəhərində, Əli İsmayılov və Dilbər Topçubaşovanın ailəsində anadan olmuşdur.[5] Nigar Topçubaşovanın qardaşıdır. Rüfət İsmayıl 1986–1996-cı illərdə Bakı şəhəri Nərimanov rayonu 20 saylı orta ümumtəhsil məktəbinin 10 sinfini bitirmiş, eyni zamanda 1987–1995-ci illərdə Nərimanov rayonu 16 saylı Musiqi Məktəbində musiqi təhsili almış, fortepiano üzrə 8-ci sinfini bitirmişdir. O, 1994-cü ildə Osman Mirzəyev adına Jurnalistika kursuna da yazılaraq, oranı da fərqlənmə diplomu ilə bitirmişdir. 1996–2001-ci illərdə Azərbaycan Ali Diplomatiya Kollecinin Beynəlxalq Əlaqələr fakutəsindən məzun olmuş, 2002–2007-ci illərdə Almaniyanın Höte Universitetinin Beynəlxalq Əlaqələr fakültəsini bitirmişdir. Rüfət İsmayıl həmçinin, 2013–2014-cü illərdə Türkiyənin Esmod Vakko Tasarım Okulunda Tasarım və Modelist ixtisası üzrə təhsil almışdır. Azərbaycan, türk, rus, alman, flamaningilis dillərini bilir.

Fəaliyyəti

Moda

Rüfət İsmayıl 19 yaşında Niderlandın Amsterdam şəhərinə köçmüş, gənc yaşlarında Valentin Yudaşkin, Pako Raban və bir çox məşhur dizaynerlərlə çalışmağa başlamışdır.[5] O, yeniyetməlik illərində moda evlərində modellik etməyə başlamış, 2000-ci ildə Azərbaycanın "Ən Yaxşı Modeli" adına layiq görülmüşdür.[6] Rüfət İsmayıl 2014-cü ildə öz brendini yaratmaq qərarına gəlmiş, Milanda "Afffair.fff" kişi kolleksiyasını hazırlamışdır.[5] O, "AFFFAİR" tekstil şirkətinin qurucusu, "AFFFAİR" brendinin yaradıcısıdır.[7][8] Rüfət İsmayıl Türkiyənin İstanbul şəhərində yaşayır,[6][9] Türkiyənin "ən yaxşı dizayneri" adına layiq görülmüşdür.[5] Rüfət İsmayılın kolleksiyası "Pitti Uomo" sərgisində də təqdim olunmuşdur. 2019-cu ildə Rumıniyanın "Fashion TV" kanalı onu Avropanın ən yaxşı dizayneri hesab etmişdir.[3] Onun yaratdığı moda kolleksiyaları dünyanın aparıcı moda nəşrlərində, o cümlədən İtaliyanın "Vogue" jurnalında yer almışdır.[10] 2019-cu ildə "Men's Health" kişi jurnalının siması olan ilk azərbaycanlı kimi tarixə düşmüşdür.[11] Həmin ilin fevralında dizaynerin "Kəpənək Effekti" adlı kolleksiyası Nyu-Yorkda nümayiş olunmuş,[12] həmçinin Nyu York Moda Həftəsində özünün "Afffair Khari Bulbul flower" kolleksiyasını təqdim etmişdir.[13]

Rüfət İsmayıl həmin ilin sentyabrında türkiyəli aktrisa Nəbahat Çehrə ilə yeni kolleksiyasını təqdim etmişdir.[10] Həmçinin o, eyni il Türkiyənin "Star TV" telekanalında yayımlanan "Menajerimi Ara" serialında yer almışdır.[14] Onun "AFFFAİR" brendinin 2020–2021-ci il payız/qış mövsümünə aid kolleksiyası Parisdə moda həftəsində təqdim edilmişdir. Koronavirus təhlükəsinə görə Dubayda "Fashion Forward" moda həftəsində Rüfət İsmayılın kolleksiyası rəqəmsal formatda təqdim edilmişdir. 10–15 aprel tarixlərində isə Londonda təqdimatı olmuşdur.[15] 2021-ci ilin oktyabrında onun Azərbaycan xalçalarına, mədəniyyətiİkinci Qarabağ müharibəsində qələbəsinə həsr etdiyi "Sumax" adlanan "Haute Couture" kolleksiyası Parisdə təqdim edilmişdir.[6] Heydər Əliyev FondununDiasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən "Sumax" kolleksiyasına Çələbi, Xanlıq, Nəlbəki-gül naxışları və Azərbaycan xalçalarının zəngin motivləri əsasında hazırlanan 21 geyim daxildir.[16]

Rüfət İsmayılovun ulduz alıcıları arasında Beyons, Cennifer Lopez, Paris Hilton, Ariana Qrande, Lil Kim, Cordana Hyuston, Alan Tapiqliana, Aşanti, Dua Lipa, Loren Xureqi, Kristina Agilera və başqalarını var.[17][18] O, Azərbaycanda əsasən Aygün Kazımova ilə əməkdaşlıq edərək onun üçün libaslar hazırlayır.[3][19] Bundan ələvə olaraq, Rüfət İsmayıl Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva üçün geyimlər dizayn etmişdir.[20] Aşanti və "Inas X" LXI "Qremmi" mükafatlarında Rüfət İsmayılın dizayn etdiyi libasda iştirak etmişlər.[21] Azərbaycan təmsilçisi Samirə Əfəndinin 2021 Avroviziya Mahnı Müsabiqəsi səhnəsində çıxışı üçün nəzərdə tutulan geyiminin dizayneri olmuşdur.[19]

Digər

Rüfət İsmayıl 2020-ci ildə Azərbaycanda koronavirus pandemiyasına qarşı olan mübarizəyə qoşulmaq məqsədilə "LoveLife" adlı aksiyaya start vermişdir.[22]

İstinadlar

  1. "Afffair's glamorous spring '19 styles". amsterdamnews.com. amsterdamnews.com. 2019-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyul 2019.
  2. ""Эффект бабочки" азербайджанского дизайнера произвел фурор в Нью-Йорке". sputniknews.ru. sputniknews.ru. 2019-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyul 2019.
  3. 1 2 3 "Modelyer Rüfət İsmayıl yenə fərqlənməyi bacardı". Operativ 24 (az.). 25 iyun 2019. 2022-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2022.
  4. "RÜFƏT İSMAYIL EFENDİ İLƏ ÇALIŞACAQ – QİYMƏTLİ DAŞLARDAN GEYİM". 12Xal (az.). 5 may 2021. 10 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2022.
  5. 1 2 3 4 Zəhra, Aytən. "Xaricdə yaşayan məşhur azərbaycanlılar - FOTOLAR (II HİSSƏ)". AzVision (az.). 25 noyabr 2019. 2022-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2022.
  6. 1 2 3 Ağalarova, Şəhla. "Rüfət İsmayıl: "Sumax" kolleksiyasını ölkəmizin qələbəsinə həsr edirəm VİDEO". Azərbaycan Dövlət İnformasiya Agentliyi (az.). 4 oktyabr 2021. 2022-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2022.
  7. "Dünya şöhrətli azərbaycanlı dizayner çılpaq xanımlarla - FOTO". Baku WS İnformasiya Agentliyi (az.). 2022-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2022.
  8. "Afffair Runway New York Fashion Week:". Nargis Magazine (ingilis). 8 sentyabr 2018. 2022-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2022.
  9. "Xaricdə yaşayan azərbaycanlılar ordumuza dəstək nümayiş etdirirlər". Ədalət (az.). 29 sentyabr 2020. 2022-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2022.
  10. 1 2 İsmayılova, Ləman. "Rufat Ismayil presents new collection [PHOTO]". AzerNews (ingilis). 8 sentyabr 2020. 2022-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2022.
  11. "Rüfət İsmayıl məşhur jurnalın siması oldu". Qafqazinfo (az.). 2022-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2022.
  12. "Günay Musayeva Rüfət İsmayıl üçün ARIQLADI". Ölkə.az (az.). 6 fevral 2019. 2022-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2022.
  13. "Rufat Ismayil Kicks Off NYFW With The Khari Bulbul Flower Of Karabakh, Azerbaijan". Turkish Journal (ingilis). 6 sentyabr 2019. 2022-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 mart 2022.
  14. Həsənova, Rəqsanə. "Rüfət İsmayıl "Menejaremi ara" serialında... - Video". Teleqraf (az.). 15 dekabr 2020. 2022-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2022.
  15. "Rüfət İsmayıl Paris Moda Həftəsində". Kreativ Azərbaycan (az.). 10 mart 2020. 2022-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2022.
  16. Gülməmmədova, Ülviyyə. "Azərbaycanlı modelyer Parisdə "Sumax"la parladı". Sputnik (az.). 3 oktyabr 2021. 2022-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2022.
  17. Doğan, Dilara. "Modacı Rufat İsmayil: Dünya starları tasarımcıların hakkını veriyor. Türk starları bedava giyinmenin derdinde". Posta (türk). 3 oktyabr 2020. 2022-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 mart 2022.
  18. Vişnevetski, Feliks. "Кристина Агилера снялась для Vogue в платье от азербайджанского дизайнера - ФОТО". 1News (az.). 14 mart 2022. 2022-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 mart 2022.
  19. 1 2 ""Avroviziya-2021"dəki təmsilçimizin geyimi məşhur modelyerə həvalə olundu". Modern.az (az.). 5 may 2021. 10 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2022.
  20. "Mehriban Əliyeva Rüfət İsmayılın kolleksiyasından geyindi - Foto". Xalq Xəbər (az.). 26 may 2017. 10 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2022.
  21. "Grammy'de Türk Modacı Rufat İsmayil İmzası". Türkiye Haber Ajansı (türk). 11 fevral 2019. 2022-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 mart 2022.
  22. ""Həyatı sev" beynəlxalq xeyriyyə layihəsi başladı". Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi (az.). 15 aprel 2020. 2022-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2022.

Xarici keçidlər

Read other articles:

Pietà HotspursDatos generalesNombre Pietà Hotspurs Football ClubApodo(s) EspuelasFundación 1968 (55 años)[1]​[2]​Presidente Joseph SammutEntrenador Paul GattInstalacionesEstadio Pietà GroundCapacidad 1,000Ubicación Pietà, MaltaUniforme Titular Alternativo Última temporadaLiga Primera División de Malta(2022-23) 14º Copa Copa Maltesa(2018-19) Primera ronda Página web oficial[editar datos en Wikidata] Pietà Hotspurs ante el Floriana en la Maltese Premier Le...

 

Human settlement in EnglandLanivetCornish: LannevesLanivet villageLanivetLocation within CornwallPopulation1,959 (Civil Parish, 2011)OS grid referenceSX039642Civil parishLanivetUnitary authorityCornwallCeremonial countyCornwallRegionSouth WestCountryEnglandSovereign stateUnited KingdomPost townBODMINPostcode districtPL30Dialling code01208PoliceDevon and CornwallFireCornwallAmbulanceSouth Western UK ParliamentNorth Cornwall List of places UK England...

 

Lokasi County Roscommon Jangan dikelirukan dengan Roscommon County, Michigan, Amerika Serikat County Roscommon (bahasa Irlandia: Contae Ros Comáin) ialah sebuah county yang terletak di Provinsi Connacht, Republik Irlandia. County Roscommon meliputi daerah seluas 2.547 km² dan berpenduduk 58.700 jiwa (2006). Pusat administratif kota ini ada di Roscommon. Kota dan desa Arigna, Athleague, Athlone Ballaghaderreen, Ballintober, Ballinlough, Bellanagare, Bellanamullia, Boyle, Ballyfarnan, Ba...

American general-interest trade book publisher Random HouseFounded1927; 96 years ago (1927)FoundersBennett Cerf, Donald KlopferHeadquartersRandom House Tower, New York City, New York, United StatesArea servedWorldwideKey peopleNihar Malaviya (Interim CEO, Penguin Random House)Núria Cabutí (CEO, Penguin Random House Grupo Editorial)Gina Centrello (President & Publisher, The Random House Publishing Group)Anthony Chirico (President, Knopf Publishing Group)Barbara Marcus (...

 

维基百科中的醫學内容仅供参考,並不能視作專業意見。如需獲取醫療幫助或意見,请咨询专业人士。詳見醫學聲明。 2型糖尿病同义词非胰島素依賴型糖尿病(Noninsulin-dependent diabetes mellitus,NIDDM)成人糖尿病(adult-onset diabetes)[1]空心蓝圈為糖尿病的國際象徵符號[2]读音/daɪəbiːtiːs/ 症状煩渴、多尿症、不明原因體重下降、多食症[3]併發症高渗性高血糖

 

Смідовицький район Смидовичский район Герб Смідовицького району Основні дані Суб'єкт Російської Федерації: Єврейська автономна область Утворений: 1934 Населення (2010): ▲ 27 766 осіб Площа: 5900 км² Телефонний код: 7-42632 Населені пункти та поселення Адміністративний цент...

Грозненський російський драматичний театр імені М. Ю. Лермонтова 43°19′09″ пн. ш. 45°43′17″ сх. д. / 43.319200000027777264° пн. ш. 45.7214000000277778° сх. д. / 43.319200000027777264; 45.7214000000277778Координати: 43°19′09″ пн. ш. 45°43′17″ сх. д. / 43.319200000027777264° пн. ...

 

أسكولا نورماليه سوبريوريه "المدرسة الثانوية العادية"   معلومات المؤسس نابليون بونابرت  التأسيس 18 أكتوبر 1810  الموقع الجغرافي إحداثيات 43°43′11″N 10°24′01″E / 43.719611°N 10.400225°E / 43.719611; 10.400225  [1] البلد إيطاليا  إحصاءات عضوية أورسيد  [لغات أخرى]̴...

 

Spanish actress This article includes a list of general references, but it lacks sufficient corresponding inline citations. Please help to improve this article by introducing more precise citations. (January 2013) (Learn how and when to remove this template message) In this Catalan name, the first or paternal surname is Gil and the second or maternal family name is Giner; both are generally joined by the conjunction i. Ariadna GilBornAriadna Gil i Giner (1969-01-23) 23 January 1969 (a...

Battle in 1919 This article has multiple issues. Please help improve it or discuss these issues on the talk page. (Learn how and when to remove these template messages) This article does not cite any sources. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: Capture of Kiev by the White Army – news · newspapers · books · scholar · JSTOR (May 2016) (Learn how and when...

 

Gliceraldehído-3-fosfato deshidrogenasaEstructuras disponiblesPDB Buscar ortólogos: PDBe, RCSB  Estructuras enzimáticasRCSB PDB, PDBe, PDBsum IdentificadoresSímbolos GAPDH (HGNC: 4141) GAPDIdentificadoresexternos OMIM: 138400 EBI: GAPDHGeneCards: Gen GAPDHUniProt: GAPDH  Bases de datos de enzimasIntEnz: entrada en IntEnz BRENDA: entrada en BRENDA ExPASy: NiceZime view KEGG: entrada en KEEG PRIAM: perfil PRIAM ExplorEnz: entrada en ExplorEnz MetaCyc: vía metabólica N...

 

Yashwant StadiumFull nameYashwant StadiumLocationNagpur, IndiaCoordinates21°08′20.9″N 79°04′53.8″E / 21.139139°N 79.081611°E / 21.139139; 79.081611Capacity50,000[1]ConstructionRenovated2012 Yashwant Stadium is a football stadium in Nagpur, India. It has a maximum standing capacity of 50,000 for football matches. It hosted Nagpur Premier League football matches in front of capacity crowds. References ^ World Stadiums - Stadiums in India. vteNagpur to...

2004 novel by Richard Morgan This article is about the science fiction novel. For the economic principle, see Market. For the fourth episode of The Spectacular Spider-Man, see Market Forces (The Spectacular Spider-Man). Market Forces UK hardback edition coverAuthorRichard MorganCountryUnited KingdomLanguageEnglishGenreScience fictionPublisherVictor Gollancz LtdPublication date2004Media typePrint (hardback & paperback)Pages386 (Hardback), 464 (Paperback)ISBN0-345-45774-9 (Hardback), I...

 

The Spear First edition (publ. New English Library)AuthorJames HerbertLanguageEnglishPublication dateJanuary 1, 1978 1978 novel by James Herbert The Spear is a 1978 novel by British author James Herbert dealing with Nazi occultism and the Holy Lance. Plot summary The book deals with a neo-Nazi cult in Britain and an international conspiracy which includes a right-wing US general and a sinister arms dealer, and their obsession with resurrecting Heinrich Himmler through the occult. Reception Ra...

 

American politician (born 1960) For other people named Mike Turner, see Mike Turner (disambiguation). Mike TurnerOfficial portrait, 2023Chair of the House Intelligence CommitteeIncumbentAssumed office January 9, 2023Preceded byAdam SchiffRanking Member of the House Intelligence CommitteeIn officeJanuary 1, 2022 – January 3, 2023Preceded byDevin NunesSucceeded byJim HimesMember of theU.S. House of Representativesfrom OhioIncumbentAssumed office January 3, 2003Preceded byTony...

Stereotypical belief A painting by Abdulmejid II of the Ottoman Empire depicting his own Circassian imperial consort, Şehsuvar Kadın. Part of a series on theCircassiansАдыгэхэр Circassia Adyghe Xabze Circassians List of notable CircassiansCircassian genocide Circassian diaspora Turkey Jordan Israel Syria Germany United States Saudi Arabia Libya Iraq Iran Egypt Bulgaria (historical) Kosovo (historical) Romania (historical) Circassian tribes Surviving Abadzekh Besleney Bzhedug Chemirg...

 

Adam DriverAdam Driver pada tahun 2017LahirAdam Douglas Driver19 November 1983 (umur 40)Fontana, California, USATempat tinggalBrooklyn, New York, USAAlmamaterJuilliard SchoolPekerjaanPemeranTahun aktif2010–sekarangSuami/istriJoanne Tucker ​(m. 2013)​ Adam Douglas Driver[1] (lahir 19 November 1983) adalah aktor Amerika Serikat. Ia mengawali karier panggungnya di Broadway dalam Mrs. Warren's Profession (2010). Ia juga terlibat dalam pementasan M...

 

Kawakami-mura川上村 Kawakami Geographische Lage in Japan Kawakami (Nagano) (Japan) Region: Chūbu Präfektur: Nagano Koordinaten: 35° 59′ N, 138° 35′ O35.975555555556138.57833333333Koordinaten: 35° 58′ 32″ N, 138° 34′ 42″ O Basisdaten Fläche: 210 km² Einwohner: 3830(1. März 2021) Bevölkerungsdichte: 18 Einwohner je km² Gemeindeschlüssel: 20304-1 Symbole Flagge/Wappen: Baum: Larix Blume: Rhododendron Vogel: H...

Questa voce o sezione sugli argomenti personaggi letterari e personaggi cinematografici non cita le fonti necessarie o quelle presenti sono insufficienti. Puoi migliorare questa voce aggiungendo citazioni da fonti attendibili secondo le linee guida sull'uso delle fonti. Segui i suggerimenti del progetto di riferimento. UrsusUrsus salva la schiava Licia destinata al sacrificio nell'arena sotto gli occhi dell'imperatore Nerone. Sagaomonima AutoreHenryk Sienkiewicz 1ª app.1894 1ª...

 

Monica Tedestam Berglöw Ledamot av Sveriges riksdag Mandatperiod2015 (ersättare) Valkrets Stockholms län[1] Uppdrag i riksdagen Tidigare uppdrag[1] ersättare extra suppleant i socialutskottet Född 1962 (61–62 år) Politiskt parti Sverigedemokraterna Barn William Hahne Monica Helen Tedestam Berglöw, född Tedestam 27 mars 1962 i Malmbergets församling, Norrbottens län,[2] är en svensk politiker (sverigedemokrat), som var riksdagsledamot (tjänstgörande ers...

 

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!