Qərbi Sayan[2] — Sibirin cənub hissəsində 650 km uzunluğa malik dağ sistemi. Qərbdən Şərqi Altayın Şapşal silsiləsi və Abakan silsiləsinin Kuznetsk Alatausu ilə məhdudlaşır. Şərqi Sayan silsilələri ilə qovşağa qədər 200-dən 80 km-ə qədər zolaqla eninə istiqamətdə uzanır. Minusinsk çökəkliyi şimaldan Qərbi Sayana, cənubdan isə Tuva çökəkliyinə bitişikdir.
Bölgənin iqlimi kontinentaldır. Kontinentallıq ərazinin dənizlərdən uzaqlığı və hündürlük zonallığı ilə əlaqədardır. Burada hər 150 m yüksəlişdə 1 ° temperatur azalır. Silsilələr və dağətəyi rayonlar arasında ilin isti dövrünün uzunluğudakı fərq təxminən 40 gündür.
Qış uzun və şaxtalı keçir. Yaz gec gəlir. May ayının sonunda gündəlik orta temperatur sıfırdan yuxarı qalxır və intensiv qar əriməsi başlayır. Əsas qar kütləri yalnız iyun ayında əriyir. Yay qısa və sərin keçir. İyul-avqustun əvvəllərində təkrar qar (30 sm-ə qədər) yağıntıları müşahidə olunuur. Sentyabr ayında dağlarda qar fırtınaları adi haldır. Oktyabr ayından etibarən gündəlik orta temperatur mənfiyə düşür.
Qərb Sayanın ətəkləri olduqca qurudur. Minusinsk çökəkliyində və Tuvada qarsız qışlar nadir deyil. Dağlarda yağış çoxdur. İldə 1200 mm-ə qədər düşə bilir. Ən yağışlı aylar iyul və avqust, ən quraq ay fevraldır.
Dağlarda qış hövzələrə nisbətən isti olur. Temperaturun dalğalanması, soyuq hava dağlardan hövzələrə enərkən, yüksək təzyiqlə durğun sahələr yaradır. Bəzən dağlarda və yamaclarda temperatur fərqi 20 °-ə çatır. Yanvar ayının orta temperaturu −29,2 °, yəni Podkamennaya Tunquskadan 1 ° aşağı, iyul ayının orta temperaturu + 16 °olur. Dağlarda bir gün içərisində temperatur fərqi 30 ° -ə çatır.
Sular
Çaylar
Qərb Sayanın bütün çayları dağ xarakteri daşıyır. Çaylar Yenisey hövzəsinə aiddir. Ən böyük qolları: solda - Xemçik, Böyük Uras, Qolaya, Paşkin, Qolovan, Kanteqir, Coy, Abakan, sağda - Us, Kazırsuq, Birc, Şuş, Oya, Amıl və Kazır[3].
Çaylar bir qayda olaraq, aprelin ikinci yarısında dardan azad olmağa başlayır. Qarlar aşağı vadilər boyunca günəşli yamaclarda intensiv əriyir. Buz sürüşməsi tez-tez tıxanma ilə müşayiət olunur və sonra su tıxanma səviyyəsindən bir neçə metr yuxarı qalxır.
May ayının sonu - iyun aylarında alp zonasında aktiv qar əriməsi başlayır. Çaylarda su sürətlə axır. Leysan yağışları ilə bu proses güclənirr. 1940-cı ilin iyul ayında Kanteqirin Taslip astanasında suyun səviyyəsinin 15 m artması müşahidə edilmişdir. Yay boyunca daşqın və sel düzənlik adalarının daşması ilə çaylarda suyun artması mümkündür. Çayların əksəriyyətində suyun istiliyi bütün yayda 10 °C-dən aşağı olur, yalnız Abakanda su daha isti olur (20 °C-yə qədər). Noyabr ayında donma başlanır.
Qışda güclü şaxtalar tez-tez olur.
Gölləri
Böyük göllər yoxdur, lakin demək olar ki, bütün çayların mənbəyindəki alp və dağ tayqa zonalarında əsasən buzlaq mənşəli göllər vardır. Ən böyükləri: Alaş hövzəsində Qara-Xol, Böyük Abakan hövzəsində Beduy (Taimennoye), Karatoş çayında Pazırım, Usanın qollarında Arqadanski və Buybinski, Usa qaynaqlarında Çornaya, Oya çayında Oyskoye, Çavaş mənbəyində Qara-Xol, Tulber-Xol. Göllərin çoxu balıqlarla zəngindir.
Tuva və Minusinsk hövzələrində isanlar 20-25 min il əvvəl meydana gəlmişlər. Fərziyyələrə görə Sayanda bir insanlar əvvəlcə maralı əhəliləşdirmişlər.
Xakasların əcdadları dəmir, mis, gümüş, qızıl emal edir, əkinçiliklə mə.qul olurduıar. Hətta öz yazılarınıda foprmalaşdırmışdılar.
Sayan çöllərində Qədim Çin, Ərəb dünyası və Roman imperiyasının Qara dəniz bölgəsində buraxılan sikkələrin tapılması ticarət münasibətlərindən xəbər verir.