Şərqi Sayan əsasən qneysdən ibarətdir. Mərmər, ambifilit və kvarsit kimi suxurlar səthə çıxır.
Faydalı qazıntılardan Qızıl, Qrafit, Boksit, Asbest və Fosforitə rast gəlinir.
Oroqrafiya
Mərkəzi və cənub-şərq hissədə Yüksək dağlıq massivlər vardır: Böyük Sayan, Tunkin, Kitoy, Botoqol və s.
Şərqi Sayan dağlarının daxilində sönmüş Kropotkina vulkanı ətrafı ərazilərdə vulkanık suxurlar geniş yayılmışdır. Şərq hissədə çox illik buzlar hakim olduğundan relyefə belə öz təsirini göstərmişdir. Şərqi sayan dağlarından axan çayların böyük əksəriyyəti kanyon, astana və şəlalə əmələ gətirir.
Bitkilər aləmi
Ərazinin böyük qismi yüksək dağlıqdır. Burada Tayqa meşələri geniş yayılmışdır. Əsasən iynə yarpaqlı ağaclar üstünlük təşkil edir. 1500–2000 metr yükəkliklərdə dağ tundurası yayılmışdır. Burada daş üzərində yayılmış mamırlar üstünlük təşkil edir.
İqlimi
İqlimi sərt və soyuq olur. Dağlarda qış uzun şaxtalı, yay isə qısa və mülayim keçir. 900–1300 m yüksəklikdə orta temperatur yanvar ayında −17 , −25 °S, iyulda isə 12 , 14 °S təşkil edir.
Yağıntının miqdarı yüksəklikdən asılı olaraq dəyişiir. Cənub-şərq hissəsində yağıntı 300 mm, qərb və cənub-qərbdə isə 800 mm, orta hissədə 400 mm təşkil edir. .
Suları
Şərqi Tyanşan ərazisində 100-ə qədər Buzlaq mövcuddur ki, onlarında ümumi sahəsi 30 km² təşkil edir. Xüsusi ilə mağaralarda sırsıralarla zəngin olan buzlaqlar vardır.
Göllərin böyük əksəriyyəti buzun ekzarasiya fəsliyyəti nəticəsində əmələ gəlmişdir (Aqul gölü[3]).
Bölgə zəngin miniral suları ilə məşhurdur ( Arşan, Nılova Pustın və Şumak).
Təbiətin qorunması
Şərqi Sayan dağlarının şimal-qərbində Yenisey çayının şərq sahillərindən başlayaraq Slobı qoruğu yerləşir. Silsilənin cənub-şərqində isə Tunqus milli parkı yerləşir. Bu qoruğun ərazisi Buryatiyanın Tuksin rayonu ərazisinə daxildir.
İstinadlar
↑Artikel Ostsajan in der Großen Sowjetischen Enzyklopädie (BSE), 3. Auflage 1969–1978
↑Геологический словарь: в 2-х томах. — М.: Недра. Под редакцией К. Н. Паффенгольца и др. 1978.