Vasili Radlova görə rus dilindəki Кабарга sözü Teleüt, Şor və Sağay dillərindəki Tabırğa sözündən gəlib.[3]. Bu türk mənşəli sözdür.
Təsnifatı
Qabarğa növünün 4-6 yarımnövü var. Bəzi təsnifatlarda bu yarımnövlər ayrıca növ kimi göstərilir.
Qabarğanın bədəninin uzunluğu 1 m, quyruğunun uzunluğu 4—6 sm, süysününün hündürlüyü 70 sm-ə qədər, kütləsi isə 11—18 kq olur.
Qabarğanın buynuzları olmur.
Coğrafiyası
Qabarğa Himalay və Tibet dağlarının şərqindən Şərqi Sibir, Koreya və Saxalinə kimi olan sıldırım qayalıqları və iynəyarpaqlı meşələr olan ərazılərdə yayılmışdır. Təqribən dəniz səviyyəsindən 600–900 m, nadir hallarda 1600 m yüksəklikdə yaşayır. Tibet və Himalay dağlarında isə 3000 m-ə qədər yüksəkliklərdə rast gəlinir.
Qabarğa müşkü
Qabarğanın qarnında müşk vəziləri var. Bu vəzilərdə kəskin iyli qəhvəyi-qonur rəngli müşklə dolu olur. Yetkin erkək qabarğaların bir vəzisində 10-20 q müşk olur.