Bu məqalə Makedoniya çarlığının sakinləri haqqındadır. Digər mənalar üçün üçün Makedoniya (dəqiqləşdirmə) səhifəsinə baxın.
Makedoniyalılar (yun.Μακεδόνες, Makedónes) — vaxtilə Yunanıstanın şimal-şərq hissəsində Alyakmon və aşağı Vardar çayları arasındakı allüvial düzənlikdə yaşamış qədim tayfa. Qədim yunanlardan olan bu tayfa[1] yunan ərazisinin şimal ucundakı Alyakmon dərəsi boyunca yerləşən ərazilərindən başlayaraq ərazilərini genişlətmiş, fraklar və illiryalılar başda olmaqla bir çox qeyri-yunan qəbilələrini özünə tabe etmiş və ya ərazisindən çıxartmışdır.[2][3] Makedoniyalılar yunan dilinin şimal-qərb dialektini (Qədim Makedoniya dili) danışsalar da, regionun linqva frankası əvvəl attik yunan, sonra isə koyni yunan idi. Onlar yunan mifologiyasının tanrılarına sitayiş etsələr də, eramızdan əvvəl 6-cı əsrdən başlayaraq Yunanıstanın digər hissələrində sona çatmış arxaik yunan dəfnetmə adətlərini saxlayırdılar. Makedoniya cəmiyyətinin nüvəsi monarxiya və zadəganlar idi. Makedoniyalı aristokratları qonşuları fessaliyalar kimi öz var-dövlətlərini at və mal-qara saxlamaqdan qazanmışdılar.
Təqribən eramızdan əvvəl 8-ci əsrdə yaranmış Makedoniya çarlığı müxtəlif klanlardan ibarət olsa da Argeadlar sülaləsi və qəbiləsi bu dövlətdə vacib rol oynamışdır. Sülalənin əsasını qoyan I Perdikki Arqosdan Temenin nəslindən idi. Makedoniyanın adının isə yunan tanrısı Makedondan törədiyi ehtimal edilir. Müstəqil ailələr tərəfindən idarə edilən makedoniyalılar I İsgəndərin vaxtında (eramızdan əvvəl 498–454) artıq Argeadlar sülaləsinin hakimiyyətinin qəbul etmişdir. II Filipin dövründə (eramızdan əvvəl 359–336) makedoniyalılar bir neçə hərbi yeniliyə imza atdılar və bunların sayəsində öz ərazilərini genişləndirdilər və Frakiyaya qədər uzanan ərazilərdəki nəzarətlərini gücləndirdilər. Makedoniyanın güclənməsiBöyük İsgəndərin (eramızdan əvvəl 336–323) Əhəmənilər imperiyasını işğal etməsi, diadoxiya dövlətlərinin yaradılması və Qərbi Asiyada, Yunanıstanda və Aralıq dənizi sahilləri boyunca ellinizmin yayılmasına səbəb oldu. Axırda Roma Respublikası Makedoniyanı işğal edərək buranı Roma vilayəti elan etdilər.
Antik dövr müəllifləri, tarixçiləri və dövlət adamları makedoniyalıların etnik mənşəyini yunan, yarı-yunan və ya barbar olaraq qeyd etmişdir. Bu, müasir dövr akademikləri arasında qədim yunan mədəniyyətinin dini ayinlər və atletik oyunlar (Qədim Olimpiya oyunları) kimi bir çox aspektini qəbul etmiş makedoniyalıların dəqiq etnik mənşəyi ilə bağlı müzakirələrə səbəb olub. Qədim Makedoniya dilinin yunan dilinin bir dialekti olması, yoxsa yunan dillərinin bir bölməsi kimi klassfikasiya edilməsi ayrı bir müzakirə mövzusudur. Tapıntıların məhdudluğuna görə frigiya, frakiya və illirya dillərinin makedoniya dili üzərində təsiri qaranlıq qalır.
Qədim makedoniyalılar antik dövr və ellinizm dövrü Yunanıstan mədəniyyətində vacib rol oynayıblar, təsviri incəsənət sahəsində freskolar, mozaikalar, heykəllər və dekorativ metal işi ilə məşhurdurlar. Makedoniyalılar antik yunan musiqi və teatrını çox sevirdilər və Evripid kimi məşhur dramaturqlar Makedoniyaya yaşamağa gəlirdi. Aristotel kimi məşhur filosoflar Makedoniya çarlığında fəaliyyət göstəriblər və makedoniyalılar antik yunan ədəbiyyatına, xüsusilə yunan tarixşünaşlığına böyük töhfə veriblər. Onlar idman etmək və asudə vaxtlarını keçirmək üçün ovçuluq, qaçış və döyüş arabaları yarışması keçirir və simpozium adlanan aristokrat banketlərində içki içib əylənirdilər.
Makedoniyalılar Krit və Epir ittifaqları (bundan əvvəl Epir çarlığı) ilə birlikdə Yunanıstanın böyük bir hissəsini idarə etməyə davam etdilər.[10] Ancaq onların Axey və Etol ittifaqları, Sparta şəhər-dövlətləri və Misirin Ptolemeylər sülaləsi ilə konflikti Egey regionu və Yunanıstanın əsas ərazisində müharibələrə səbəb oldu.[11] Eramızdan əvvəl 215-ci ildə Makedoniyanın Karfagen dövləti sərkərdəsi Hanniballa ittifaqa girməsi rəqib Roma respublikasınınPerqam və Rodos kimi yunan müttəfiqləri ilə birlikdə Makedoniyaya qarşı müharibələr aparmasına səbəb oldu.[12] Üçüncü Makedoniya müharibəsindən (e.ə. 171–168) sonra romalılar bu ərazidə dörd asılı dövlət qurdular.[13] Adriskin Makedoniya taxtına yiyələnmək istəməsi Dördüncü Makedoniya müharibəsinə (e.ə. 150–148) səbəb oldu. Bundan sonra Roma Makedoniyanı öz vilayətinə çevirdi və makedoniyalıları özünə tabe etdi.[14]
Tarixdən əvvəlki vətənləri
Yunan mifologiyasında Makedon adını verdiyi Makedoniyanın qəhrəmanıdır və Hesiodun "Qadınların kataloqu" əsərində adı çəkilir. Makedoniyalıların adı ilk dəfə eramızdan əvvəl 5-ci əsrin ortalarında Herodotun əsərlərində çəkilir.[15]Homerin "Gəmilərin kataloqu" əsərində makedoniyalılardan bəhs edilmir və "Makedoniya" termini ilkin dövr mənbələrində çəkilmir. "İliada"da qeyd edilir ki, Hera Olimp dağını tərk etdikdən sonra və Afona çatana qədər Pieriya və Ematiyanı ziyarət edir.[16] Bu Strabonun "Coğrafiya" əsərində yenidən təkrarlanır.[17] Ancaq arxeoloji sübutlar deməyə imkan verir ki, Mikena mədəniyyəti ilə əlaqə və ya bu mədəniyyətin Makedoniya ərazisinə daxil olması eramızdan əvvəl 14-cü əsrin əvvəllərindən başlamışdır.[18][19]
Nikolas Hammond "Makedoniyanın tarixi" əsərində sonrakı dövr ədəbi mənbələri və Makedoniya regionundakı arxeoloji qazıntılarını aydınlaşdıraraq Makedoniya tarixinin erkən mərhələlərini yenidən tərtib etmişdir.[20] Hammonda görə makedoniyalılar Yunan qaranlıq əsrlərindən əvvəldən bəri Orestida dağlıq ərazisində yaşadıqları üçün erkən Makedoniya tarixi mənbələrində yoxdurlar və digər yunan tayfaları kimi eyni (proto-yunan) əhalidən törəmiş ola bilərlər.[21][22] Makedoniya tayfaları Pelagoniyadan Orestidaya köçən molosların təzyiqi nəticəsində yuxarı Alyakmondakı Orestidaya aşağı Alyakmondakı Pieriya dağlıq ərazisinə köçürlər.[23] Yeni evlərində makedoniya tayfaları proto-dorilərlə qaynayıb-qarışdılar. Bu, qurucu Makedonu Pieriya və Olimp yaxınlığına aid edən əfsanələri açıqlayır.[24] Bəzi əfsanələr dorilərin vətənini qərbi Fessaliyadakı Pin dağ silsiləsi hesab edir, Herodot isə dorilərin vətənini şimala, Makedoniya Pindinə qədər aparır və iddia edir ki, dorilər "Makednon" (yun.Mακεδνόν) adlandırılırdı.[25][26] Fərqli, cənubi vətən nəzəriyyəsi də ənənəvi tarixşünaslıqda mövcuddur. Arnold Cozef Toynbi fikirləşir ki, makedoniyalılar mərkəzi Yunanıstandan şimala, Makedoniyaya köçmüşdür, dorilərin vətəni Ftiodidadır və Makedon və Maqnet arasındakı dostluq əfsanələrinə istinad edir.[27]
Temenidlər və Argeadlar
Nüvədən yayılma
Etnogenez ssenarisi
Mədəniyyət və cəmiyyət
Makedoniyanın maddi mədəniyyəti Erkən Dəmir dövründən başlayaraq fərqlənib.[28] Balkan dəfn mərasimi, ornamental və keramik formalar Dəmir dövrünün böyük bir hissəsində istifadə edilib.[29] Bu xüsusiyyətlər Frakiya, Epir və İllirya regionlarına oxşar təşkilat quruluşları və mədəniyyət baxımından geniş yaxınlığı göstərir.[30][31] Ancaq bu, regionların eyni kimliyə malik olması və ya onların arasında siyasi bağlılığın olması demək deyil.[32] Eramızdan əvvəl 6-cı əsrin sonlarında Makedoniya Cənubi Yunanıstanın təsirinə məruz qalmağa başlasa da, cənubla əlaqələr Mikena mədəniyyəti dövründən bəri idi.[33] Eramızdan əvvəl 5-ci əsrdə Makedoniya "yunan mədəni mühiti"nin bir hissəsi idilər və cənubdakı yunan şəhər-dövlətlərininkinə bənzər mədəni cizgilərə malik idilər.[34] Klassik yunan obyektləri və adətləri xüsusən bəyənilir və qəribə Makedoniya üsulları ilə istifadə edilirdi.[35] Bundan əlavə Əhəmənilər imperiyasının mədəniyyətə və iqtisadiyyata təsiri eramızdan əvvəl 5-ci əsrdən başlayaraq özünün göstərirdi. Bunlara misal olaraq Makedoniya dəfn yerlərinə fars dəfn əşyalarının əlavə edilməsi və Makedoniyalı II Filipin dövründə fars üslubunda taxtın istifadə edilməsi misal göstərilə bilər.[36]
↑Harle, 1998, p. 24: "The idea of the city-state was first challenged by the ideal of pan-Hellenic unity supported by some writers and orators, among which the Athenian Isocrates became a leading proponent with his Panegyrics of 380 suggesting a Greek holy war against Persia. However, only the rise of Macedonia made the realization of pan-Hellenic unity possible.".
↑Hanson, 2012, Ian Worthington, "5. Alexander the Great, Nation Building, and the Creation and Maintenance of Empire", p. 119: "Afterward he [Alexander] revived his father's League of Corinth, and with it his plan for a pan-Hellenic invasion of Asia to punish the Persians for the suffering of the Greeks, especially the Athenians, in the Greco-Persian Wars and to liberate the Greek cities of Asia Minor.".
↑Kristinsson, 2010. səh. 79: "Both these empires [Macedonian and Roman] originated on the edges of the Greek world and were heavily influenced by Greek civilization even to the point of copying the Greek phalanx but developing it according to their own preferences … As the Macedonians became infused with Greek civilization they developed a larger and stronger state than any in Greece proper … The Macedonians only became important players in the Greek system after they had used what they had learned from the Greeks to expand into barbarian Europe."
↑Kinzl, 2010, p. 553: "He [Philip] also recognized the power of pan-hellenic sentiment when arranging Greek affairs after his victory at Chaironeia: a pan-hellenic expedition against Persia ostensibly was one of the main goals of the League of Corinth.".
↑Adams, 2010. səh. 208–211, 216–217; Errington, 1990. səh. 117–120, 129, 145–147; Bringmann, 2007. səh. 61; for a discussion about the Hellenistic period in both the Eastern and Western Mediterranean regions in antiquity, see Prag, Quinn, 2013. səh. 1–13.
↑Strabo. Geography, Book 7 (Fragment 2): "What is now Macedonia was in earlier times called Emathia. Macedonia took its name from Macedon, an early ruler …"
↑Best, de Vries, 1989, R. F. Hoddinott, "Thracians, Mycenaeans and 'The Trojan Question'", p. 64.
↑Borza, 1992, p. 64: "The existence of a Late Bronze Age Mycenaean settlement in the Petra not only confirms its importance as a route from an early period, but also extends the limits of Mycenaean settlement to the Macedonian frontier.".
↑Borza, 1992. səh. 84: "The Macedonians themselves may have originated from the same population pool that produced other Greek peoples."
↑Vanderpool, 1982, Eugene N. Borza, "Athenians, Macedonians, and the Origins of the Macedonian Royal House", p. 7.
↑On pages 433–434 of "The Position of the Macedonian Dialect", A. Panayotou describes the geographical delimitations of ancient Macedon as encompassing the region from Mount Pindus to the Nestos River, and from Thessaly to Paeonia (the area occupied by the kingdom of Philip II, which preceded the much larger Roman province of the same name).
↑This was but one of several traditions regarding the "Dorian homeland" variously placing it in Phthiotis, Dryopis, Erineos, etc. For the formation of Dorian ethnicity, and its traditions, see chapters 3 and 4 of Johnathan Hall's Ethnic Identity in Greek Antiquity.
↑Toynbee, 1969, Chapter 3: "What was the Ancestral Language of the Makedones?", pp. 66–77.
↑Whitley, 2007. səh. 253: "Ethnicity and culture are not the same, and however the ancient Macedonians viewed themselves, Macedonian material culture had little in common with that of central Greece. Differences are apparent from a very early date."
↑Whitley, 2007. səh. 253: "The inhabitants at these sites continued to use a style of 'Balkan' pottery that has little in common with Greek painted wares throughout the Archaic period …"
↑Brock, Hodkinson, 2000, Chapter 13: J. K. Davies, "A Wholly Non-Aristotelian Universe: The Molossians as Ethnos, State, and Monarchy", p. 251.
↑Brock, Hodkinson, 2000, Chapter 12: Zosia Halina Archibald, "Space, Hierarchy, and Community in Archaic and Classical Macedonia, Thessaly, and Thrace", p. 213.
↑Whitley, 2007. səh. 254: "But, if Macedonians were beginning to make use of some central Greek objects, they were otherwise sticking to their peculiar Macedonian ways."
Adams, Winthrop Lindsay. Alexander's Successors to 221 BC // Roisman, Joseph; Worthington, Ian (redaktorlar ). A Companion to Ancient Macedonia. Oxford, Chichester, & Malden: Wiley-Blackwell. 2010. 208–224. ISBN978-1-4051-7936-2.
Anson, Edward M. "The Meaning of the Term Macedones". Ancient World. 10. 1984: 67–68.
Anson, Edward M. Why Study Ancient Macedonia and What This Companion is About // Roisman, Joseph; Worthington, Ian (redaktorlar ). A Companion to Ancient Macedonia. Oxford, Chichester, & Malden: Wiley-Blackwell. 2010. 3–20. ISBN978-1-4051-7936-2. 2022-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
Asirvatham, Sulochana R. Perspectives on the Macedonians from Greece, Rome, and Beyond // Roisman, Joseph; Worthington, Ian (redaktorlar ). A Companion to Ancient Macedonia. Oxford, Chichester, & Malden: Wiley-Blackwell. 2010. 99–124. ISBN978-1-4051-7936-2.
Badian, Ernst. "Greeks and Macedonians". Studies in the History of Art. National Gallery of Art. 10, SYMPOSIUM SERIES I. 1982: 33–51. 2022-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
Christesen, Paul; Murray, Sarah C. Macedonian Religion // Roisman, Joseph; Worthington, Ian (redaktorlar ). A Companion to Ancient Macedonia. Oxford, Chichester, & Malden: Wiley-Blackwell. 2010. 428–445. ISBN978-1-4051-7936-2.
Daskalakis, A. "The Hellenism of Ancient Macedonia". Hidryma Meletōn Chersonēsou tou Haimou. Thessaloniki: Institute for Balkan Studies. 74. 1965. 2021-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
Eckstein, Arthur M. Macedonia and Rome, 221–146 BC // Roisman, Joseph; Worthington, Ian (redaktorlar ). A Companion to Ancient Macedonia. Oxford, Chichester, & Malden: Wiley-Blackwell. 2010. 225–250. ISBN978-1-4051-7936-2.
Engels, Johannes. Macedonians and Greeks // Roisman, Joseph; Worthington, Ian (redaktorlar ). A Companion to Ancient Macedonia. Oxford, Chichester, & Malden: Wiley-Blackwell. 2010. 81–98. ISBN978-1-4051-7936-2. 2022-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
Graninger, Denver. Macedonia and Thessaly // Roisman, Joseph; Worthington, Ian (redaktorlar ). A Companion to Ancient Macedonia. Oxford, Chichester, & Malden: Wiley-Blackwell. 2010. 306–325. ISBN978-1-4051-7936-2.
Greenwalt, William S. Macedonia, Illyria, and Epirus // Roisman, Joseph; Worthington, Ian (redaktorlar ). A Companion to Ancient Macedonia. Oxford, Chichester, & Malden: Wiley-Blackwell. 2010. 279–305. ISBN978-1-4051-7936-2.
Hardiman, Craig I. Classical Art to 221 BC // Roisman, Joseph; Worthington, Ian (redaktorlar ). A Companion to Ancient Macedonia. Oxford, Chichester, & Malden: Wiley-Blackwell. 2010. 505–521. ISBN978-1-4051-7936-2. 2022-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
Karamitrou-Mentessidi, Georgia. "The Late Bronze Age in Aiani". Aegeo-Balkan Prehistory. 16 March 2007. 8 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 May 2017.
King, Carol J. Macedonian Kingship and Other Political Institutions // Roisman, Joseph; Worthington, Ian (redaktorlar ). A Companion to Ancient Macedonia. Oxford, Chichester, & Malden: Wiley-Blackwell. 2010. 373–391. ISBN978-1-4051-7936-2.
Olbrycht, Marck Jan. Macedonia and Persia // Roisman, Joseph; Worthington, Ian (redaktorlar ). A Companion to Ancient Macedonia. Oxford, Chichester, & Malden: Wiley-Blackwell. 2010. 342–370. ISBN978-1-4051-7936-2.
Osborne, Robin. Greek History. New York, New York and London, United Kingdom: Routledge. 2004. ISBN0-415-31717-7. 2016-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
Rhodes, P. J. The Literary and Epigraphic Evidence to the Roman Conquest // Roisman, Joseph; Worthington, Ian (redaktorlar ). A Companion to Ancient Macedonia. Oxford, Chichester, & Malden: Wiley-Blackwell. 2010. 23–40. ISBN978-1-4051-7936-2. 2022-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
Roisman, Joseph. Classical Macedonia to Perdiccas III // Roisman, Joseph; Worthington, Ian (redaktorlar ). A Companion to Ancient Macedonia. Oxford, Chichester, & Malden: Wiley-Blackwell. 2010. 145–165. ISBN978-1-4051-7936-2.
Sawada, Noriko. Social Customs and Institutions: Aspects of Macedonian Elite Society // Roisman, Joseph; Worthington, Ian (redaktorlar ). A Companion to Ancient Macedonia. Oxford, Chichester, & Malden: Wiley-Blackwell. 2010. 392–408. ISBN978-1-4051-7936-2.
Sprawski, Slawomir. The Early Temenid Kings to Alexander I // Roisman, Joseph; Worthington, Ian (redaktorlar ). A Companion to Ancient Macedonia. Oxford, Chichester, & Malden: Wiley-Blackwell. 2010. 127–144. ISBN978-1-4051-7936-2.
Woodard, Roger D. Language in Ancient Europe: an Introduction // Woodard, Roger D. (redaktor). The Ancient Languages of Europe. Cambridge: Cambridge University Press. 2010 [2008]. 1–13. ISBN978-0-521-68495-8. 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.