Qədim rəvayətə görə bu oyunlar hələ Kronosun dövründə İdalı Heraklın (Zevsin oğlu Herakl ilə qarışdırılmamalıdır) şərəfinə yaranmışdır.
Belə ki, rəvayətə əsasən Reya yeni anadan olmuş Zevsi kahinləri kuretlərə verir. Onlardan beşi Krit adasında yerləşən İda şəhərindən Olimpiyaya gəlir. Həmin vaxt Olimpiyada artıq Kronosun şərəfinə ucaldılmış məbəd var idi. Hamını qaçış yarışlarında məğlub edən Herakl cır zeytun ağacının budağı ilə mükafatlandırılır. Herakl həm də yarışları Olimpiyaya gəlmiş idiyalı qardaşların sayına görə beş ildən bir (bütün illər sayılır) keçirilməsinin əsasını qoyur[1]. Lakin sonra oyunların keçirilməsinə son qoyulur. Oyunlar bir də e.ə. 776-ci ildə bərpa edilir[2].
HomerinİliadasındaElidanın (Olimpiya şəhərinin yerləşdiyi Peloponnes yarımadasında) sakinləri tərəfindən keçirilən kvadriqaların (dörd atlı döyüş arabası) yarışı haqqında məlumat verilir.
Qısa tarixi
Oyunlar Elidasın şahı İfit və Spartanın qanunvericisi Likurq tərəfindən bərpa edilir. İfit və Likurqun adları Olimpiyadakı Heranın məbədindəli diskin üzərində həkk olunub. Beləliklə e.ə. 776-cı ildən başlayaraq hər dörd ildən bir Olimpiya oyunları yenidən keçirilməyə başladı. Bu Olimpiya oyunları haqqında məlumat IV əsrin əvvəlində yaşamış Kesariyalı Yevseviy tərəfindən yazılmış Xronikada verilir. Qeyd etmək lazımdır ki, XIV Olimpiya oyunlarına qədər ancaq stadiy (192 m) məsafəsinə qaçışlar üzrə yarışlar keçirilirdi. Bu yarışlar üzrə ilk qalib Elidalı Koreb olub. Sonrakı illərdə oyunlara 2 stadiyaya qaçış, uzun qaçış (7 stadiya), güləş, beşnövçülük (pentatlon), boks, kvadriqaların (dörd atlı döyüş arabaları) yarışması, pankration, oğlanlar arasında (20 yaşa qədər) qaçış, güləş, boks və pankration, tam dəbilqəli qaçış (hoplitlərin qaçışı), iki atlı döyüş arabalarının yarışması, trubaçalanlar və carçıların yarışması, dörd və bir dayçalı döyüş arabaların yarışması kimi idman növləri əlavə olunur.
Oyunları bərpa edərkən İfit oyunlar zamanı müqəddəs sülh (q.yun.ἐκεχειρία) elan edir. Sülhü xüsusi carçılar (q.yun.σπονδοφόροι) əvvəlcə Elidada, sonra isə bütün Yunan şəhərlərində elan edirdilər. Sülhün davam etdiyi ay ἱερομηνία adlanırdı.
Oyunlarda yalnız təmiz yunanlar iştirak edə bilərdi. Barbar adlanan digər millətlər ancaq oyunları izləyə bilərdilər. İstisna romalılar üçün edilir. Belə ki, romalılar ölkənin sahibləri kimi, özləri qaydaları müəyyənləşdirə bilərdilər. Qadınlar isə, Demetranın kahinləri istisna olmaqla, yarışları heç izləyədə bilməzdilər. Ancaq qanılar öz döyüş arabalarını oyunlara göndərəkən, qiyabi olaraq yarışlarda iştirak edə bilədrdilər. Sparta şahının bacısı Kiniska hətta Olimpiya çempionu adını da qazana bilmişdir.
Oyunlar zamanı tamaşaçalın sayı çox olurdu. Çox adam oyunlarda istifadə edərək alış-veriş edirdi, şairlər və rəssamlar isə insanları fürsətdən istifadə edərək öz əsərləri ilə tanış edirdi. Oyunlar zamanı Yunanıstana bir sıra ölkədən səfirlər də göndərilirdi.
Bayram beş gün davam edirdi. Bunlarda bir hissəsi yarışlar, digər hissəsi isə dini qurbankəsmə mərasimləri, ainlər və qaliblərin şərəfinə verilən ziyafətlər üçün ayrılırdı. Pavsaniyin dediyinə görə e.ə. 472-ci ilə qədər bütün yarışlar bir gündə keçirilirdi, sonra isə bayramın bütün günləri keçirilməyə başladı[3].
293-cü Olimpiadanın 1-ci ilində (394-cü il) xristian olan bütöv Roma İmperiyasının sonuncu imperatoru Feodosi Olimpiya oyunlarını bütpərəstlərin (paqan) oyunu kimi qadağan edir. Olimpiya oyunları bir də 1896-cı ildə bərpa edilir (daha ətraflı Olimpiya oyunları məqaləsinə bax).
Yarışlar
Yeni əlavə olunan yarış növlərinin xronologiyası
e.ə. 724-cü ilə qədər ancaq stadiy (192 m) məsafəsinə qaçışlar üzrə yarışlar keçirilirdi.[4]
XIV Olimpiya oyunlarında (e.ə. 724-cü il), Yevseviyə görə, yarışlara ikili qaçış (iki stadiyaya qaçış) əlavə olunub. Bu idman növündə ilk qalib Elidalı Hipen olub. Növbəti, 15-ci oyunlarda (e.ə. 720-ci il) uzun qaçış (7 stadiya) əlavə olunub. Həmin yarışlarda qalib Lakonikalı Akanf olub. Qeyd etmək lazımdır ki, Akanf həm də ikili qaçış yarışlarının qalibi olub. Həmin ildən etibarən idmançılar Akanf kimi lüt iştirak etməyə başladılar[5]. 18-ci Olimpiya oyunlarında (e.ə. 708-ci il) yarışlara iki yeni idman növü, güləş və beşnövçülük əlavə olunur. Güləşdə ilk qalib Lakonikalı Yevribat, beşnövçülükdə isə Lakonikalı Lampis olurlar.[4]
23-cü Olimpiya oyunlarından (e.ə. 688-ci il) boks üzrə yarışlar keçirilməyə başlanılıb. Həmin il boks üzrə keçirilən yarışların qalibi Smirnalı Onomast olur. 25-ci oyunlar zamanı (e.ə. 680-ci il) kvadriqaların (dörd atlı döyüş arabaları) yarışması əlavə olunur. Bu yarışların birinci qalibi Fivdən olan Pagon olur.[4]
33-cü oyunlardan başlayaraq (e.ə. 648-ci il) pankration üzrə yarışlar (ilk qalib Sirakuzlu Liqdamis) və at çaparların yarışları (ilk qalib Fessaliyalı Kraksil) keçirilməyə başladı. E.ə. 632-ci ildə, 37-ci Olimpiya oyunlarında oğlanlar arasında (20 yaşa qədər) qaçış (alib Elidalı Polinik) və güləş yarışları keçirilməyə başladı. Bu güləş yarışlarında qalib olmuş lakonikalı Hipposfen sonralar 5 dəfə böyüklər arasında keçirilən güləş yarışlarının qalibi olur. 41-ci oyunlar zamanı (e.ə. 632-ci il) oğlanlar arasında boks yarışlara əlavə olunur. Burada qalib Sibarisli Filot olur.[4]
e.ə. 520-ci ildə 65-ci Olimpiya oyunları zamanı hoplitlərin qaçışı adlanan (tam dəbilqəli qaçış) yarış oyunlara əlavə olunur. Bu yarışın ilk qalibi Herai şəhərindən olan Damaret olur. E.ə. 408-ci ildə 93-cü Olimpiya oyunlarında iki atlı döyüş arabalarının yarışları əlavə olunur. Bu yarışların qalibi Elidalı Yevaqor olur.[4]
E.ə. 396-cı ildə 96-cı oyunlarda yeni və qeyri-adi bir yarışlar əlavə olunur. Bu zaman trubaçalanlar və carçılar da Olimpiya olyunlarında yarışmağa baəlayırlar. Trubaçalanların yarışmasında qalib Elidalı Timey, carçılarn yarışmasında isə Elidalı Kratey olur. 384-cü ildə 99-cu Olimpiya oyunları zamanı dörd dayçalı döyüş arabaların yarışması əlavə edilir. Bu yarışlarda Lakonikalı Yevribat qalib gəlir.[4]
131-ci Olimpiya oyunları zamanı (e.ə. 256-cı il) bir dayçalı döyüş arabaların yarışması əlavə edilir. Bu yarışlarda Fessliyalı Hippokrat qalib gəlir. E.ə. 200-cü ildə isə oğlanlar arasında pankration yarışları oyunlara daxil edilir. Bu yarışların qalibi İsgəndəriyyəli Fedim olur.[4]
Sonuncu tarixdə adı məlum olan Olimpiya oyunlarının qalibi İsgəndəriyyəli Heliodordur. O, e.ə. 217-ci (248-ci Olimpiada) və e.ə. 213-cü (249-ci Olimpiada) illərdə stadiya qaçışlarının qalibi olur. 249-cu Olimpiadadan sonra, Yevseviy, öz dediyinə görə, məlumat tapa bilməyib.[4]
Qaçış
Məsafəyə qaçış (q.yun.στάδιον, lat.stadium) — stadionun bir tayından o biri tayına qədər 1 olimpiya stadiyası məsafəsinə (192 m) qaçış. İlk və 1-ci Olimpiadadan 13-cüsünə qədər (e.ə. 724-cü il) oyunlarda yeganə idman yarlşması idi. Olimpiya oyunları ənənəyə gğrə məhz bu yarışların qaliblərinin adı ilə tanınırdı (sonralar isə oyunlar nömrələnməyə başladılar). Böyüklər arasında yarışlar məsafəyə qaçışdan başlayırdı, daha sonra isə iki stadiyaya qaçış yarışları keçirilirdi. İdmançılar lüt şəkildə yarışırdılar. Qədim dövrün ən güclü qaçanı isə Rodoslu Leonid sayılırdı. O, e.ə. II əsrdə 4 Olimpiya oyunlarında 12 qələbə qazanmışdır.[3] Qeyd etmək lazımdır ki, e.ə. 80-ci ildə (175-ci oyunlar) böyüklər arasında qaçış yarışları keçırılməmışdi, beləki Lutsi Korneli Sulla bütün idmançıları Romaya çağırmışdı.
İkili qaçış (q.yun.Δίαυλος, lat.diaulos) — 2 stadiya məsafəsinə (384 m) qaçış. İdmançılar stadionun axırına qədər qaçır, dirəyin ətrafından dönüb geri qayıdırlar.[6] Bu idman növü üzrə yarlşlar 14-cü Olimpiyadadan etibarən (e.ə. 724-cü il) keçirilməyə başladı.[3][4]
Uzun qaçış (q.yun.δόλιχος, lat.dolichos) — 7 stadiya məsafəsinə (1344 m) qaçış. İdmançılar stadionun axırına qədər qaçır, dirəyin ətrafından dönüb geri qayıdırlar, stadiyanı yenə qaçıb, digər dirəyin ətrafında fırlanıb geri dönürdülər. Bu idman növü üzrə yarlşlar 15-ci Olimpiyadadan etibarən (e.ə. 720-ci il) keçirilməyə başladı.[3][4] Onu da qeyd etmək lazımdır ki, qaçış məsafəsi müxtəlif illərdə dəyişirdi, 7 stadiyadan 24 stadiyaya qədər (4608 m qədər).
Tam dəbilqəli qaçış və ya hoplitlərin qaçışı (q.yun.ὁπλίτης, lat.hoplitodromos) — iki stadiya məsafəsinə əynində başı və ayaqları qoruyan dəbilqə, əlində qalxanla qaçış. Sonralar ancaq qalxanla qaçırdılar. Bu idman növü üzrə yarlşlar 65-ci Olimpiyadadan etibarən (e.ə. 520-ci il) keçirilməyə başladı. İdmançılar lüt şəkildə yarışırdılar. Hoplitlərin qaçışı ilə yarışlara son qoyulurdu.
Əlbəyaxa döyüşlər
Boks (q.yun.πυγμή, lat.pugilatus) yarışları Olimpiya oyunlarına 23-cü oyunlar zamanı (e.ə. 688-ci il) əlavə edilib. Rəqibdən bircə də olsun zərbə almayan idmançılar daha çox hörmət qazanırdılar. Qayadalar rəqibi tutmağ, badalağ vurmağ və ayaqla zərbə vurmağı qadağan edirdilər. Döyüşçülər əllərini dəri kəmərlər ilə sarıyırdılar. Buna baxmayaraq, bu idman növü ən təhlükəli idman növlərindən biri sayılırdı. Qədim müəlliflər sınmış burunları, çıxarılmıç dişləri, əzilmiş burunları qeyd edirlər. Həta idmançının ölümü istisna olunmurdu. II əsrdə yaşamış yunan tarixçisi Pavsaniy Krevq ilə Damoksenin döyüşündən bəhs edərkər, Damoksenin öz rəqibininin zərbəsi ilə içalatını çıxartdığından danışır. Qaydaları pozduğuna görə sakinlər Damokseni qovur, qələbəni isə artıq ölmüş Krevqə verirlər.[3]
Boksçular yorulanda onlara istirahət etməyə icazə verilirdi. Əgər istirahətdən sonra da qalib məlum olmurdursa, onda idmançılar qorunmadan danışılmış sayda zərbələr endirirdilər. Rəqiblərdən biri təslim olanadək (əlini qaldırırdı) yarışlar davam edirdi. Qədim alimlər boks yarışlarını baş ağrısının qarçəsənə alan vasitə adlandırırdılar.
72-ci Olimpiya oyunları zamanı (e.ə. 492-ci il) Astipaleyidən olan Kleomed döyüş vaxtı Epidavrdan olan İkkanı öldürmüş və qalib adından məhrum edilmişdir. Ən güclü boksçu isə Siciliya adasında yerləşən Naksos şəhərindən olan Tisandr sayılırdı. O, 4 Olimpiyadada qalib gəlmişdir.
Pankration (q.yun.παγκράτιον) — güləş texnikası, əl və ayaqlarla zərbələri özündə cəmləşdirən əlbəyaxa döyüş növüdür. “Pankration” sözü yunan sözləri “pan” və “kratos” sözlərinin törəməsidir və “tam güclə” mənasını bildirir. Rəqibi boğmaq olardı, dişləmək və gözlərini çıxarmaq isə qadağan idi. Bu idman növü oyunlara 33-cü Olimpiyadada (e.ə. 648-ci il) əlləri ilə nəhəng şiri boğmuş mifik Heraklın şərəfinə salınmışdır. Oğlanlar üçün isə pankration ancaq 145-ci Olimpiyadada (e.ə. 200-ci il) əlavə olunmuşdur.
Filostratın yazdığına görə ideal pankrationçu boksçüdan yaxçı güləşə bilən, və güləçidən yaxşı boks edə bilən idmançıdır[7].
54-cü Olimpiyadada maraqlı hadisə qeydə alınmışdır. Belə ki, Fiqaleidən olan Arixion pankration yarışını 3-cü dəfə udarkən boğulub ölmüşdür. Lakin onun rəqibi ayağında sinan baş barmağının ağrısına dözə bilməyib və Arixionun ölümündən qabaq təslim olduğu üçün qələbə artıq ölmüş Arixionun adına yazılır. Beləliklə Arixionun cəsədini tamaşıçıların alqışları altında çələng ilə taclandırırlar[3].
Sikionlu Sostrat Barmaqcıq ləqəbi ilə tanınırdı. O, 3 Olimpiya oyunlarında (104-cüdən başlayaraq) rəqiblərinin əllərini tutub barmaqlarını sındırarkən qələbə qazanırdı[3]. Trallı Artemidor oğlanların pankrationunda iştirak etməliydi, lakin yaşca böyük olan pankrationçunun təhqirindən sonra böyüklərin kateqoriyasına yazılır və 212-ci Olimpiyadanın qalibi olur[3].
93-cü Olimpiadanın qalibi Skotusslu Polidam olur. Onun haqqında danışırdılar ki, o şiri silahsız olarkən öldürüb və təkbaçəna üç Fars döyüşçüsünə qalib gəlib[3].
Güləş (q.yun.πάλη, lat.lucta) Olimpiya oyunlarına 18-ci Olimpiadada (e.ə. 708-ci il) əlavə edilmişdir. Qaydalara görə zərbələr qadağan edilmişdir, lakin bir-birini itələməyə icazə verilirdi. Yunan dilində müxtəlif fəndlərin adları mövcud idi. Güləşin iki növü var udu: ayaq üstə və yerdə (qumlu yunşaq torpağım üstündə).
Messeniyalı Leontisk rəqiblərinin barmaqlarını tutub əzdiyinə görə Barmaqcıq ləqəbi ilə məşhur idi[3]. Əfsanəvi güləşçilərdən biri Krotonlu Milon olub. O. 14 yaşında 20 yaşa qədər olan oğlanların yarıçında qalib gəlib, sonra isə növbəti 5 Olimpiadada böyüklərin yarışında qalib olub və 66-cı oyunlarda (e.ə. 516-ci il) məğlub olub. Pavsaniy Milon haqqında yazır ki, o başına ip dolayırdo, və nəsəsini saxlayaraq şişmiş damarları ilə ipi qırırdı[3].
Pentatlon
Pentatlon (q.yun.πενταθλον, lat.quinquertium, pentathlon) — özündə stadiyaya qaçışı, disk atmanı, nizə atmağı, uzunluğa tullanmanl və güləşi cəmləşdirən beşnövçülük. Olimpiya oyunlarına güləşlə yanaşı 18-ci Olimpiadada (e.ə. 708-ci il) əlavə edilmişdir.
Bütün növlər üzlə yrışlar bir gündə tullanmada başlayaraq müəyyən sıra üzrə keçirilirdi. İndiyənədək qalibin necə müəyyən olduğu dəqid məlum deyil. Bəzi tarixçilərin dediyinə görə idmançılar cütlüklərə ayrılır və bir-biri ilə yarışırdılar. Üç növdə qalib gələn ümumu qalib elan edilir və sonuncu cütlükdə yarışırdı[8].
Ərəstunun yazdığına görə beşnövçülük idmançının bədənini ahəngdar şəkildə inkişaf etdirir. Uzunluğa tullanma texnikası fərqki idi. Belə ki, idmançılar məsafəni uzatmaq məqsədi ilə əllərinə yük alıb tullanırdılar. Antik müəlliflərə görə tullanma məsafəsi 15 m qədər çatırdı. Müasir tədqiqdtçılar qədim yunan vazalarındakı şəkillərə əsaslanaraq idmançıların yerindən, yəni əvvəlcədən qaçmadan tullandığlarını iddia edirlət.
Elidalı Qorq yeganə idmançı idi ki, 4 Olimpiadada pentatlonda qalib olmuşdur. O, həmçinin ikili qaçışda və hoplitlərin qaçışında qələbə qazanmışdır[3]. Oğlanlar üçün beşnövçülük yarışları yalnız bir dəfə 38-ci Olimpiya oyunları zamanı keçirilmişdir.
Uzunluğa tullanan. Qədim yunan rəsmi
Uzunluğa tullanmaq üçün qədim daşlar. Afina muzeyi
Nizə atanın qədim yunan vazasındakı şəkli. Luvr muzeyi
Nizə atanın Lakonikada tapılmış qədim heykəli. e.ə. VI əsr
Qaçış yarışları. Qədim yunan vazası. e.ə. 500-cü il
Güləşçilərin Pamfiliyada tapılmış gümüş sikkədə şəkli. e.ə. 400-370 illər
At yarışları
At yarışları Olimpiya oyunlarında yeganə idman növü idi ki, burede qadınlarda qələbə qazana bilərdi. Belə ki, qalib adını çapar və ya arabaçı deyil birinci çatmış atın sahibi qazanırdı. Sparta şahının Kiniksa bu fürsətdən istidadə edərək ilk qadın Olimpiya çempionu olmuşdur.
Əvvəlcə 25-ci Olimpiya oyunlarında (e.ə. 680-ci il) kvadriqaların (dörd atlı döyüş arabaları) yarışması oyunlara daxil edildi. Daha sonra, 33-cü Olimpiya oyunlarında (e.ə. 648-ci il) atların üstündə yarışlar, 93-cü Olimpiya oyunlarında isə (e.ə. 408-ci il) iki atlı döyüş arabalarının yarışması oyunlara əlavə edilir. Böyüklərin və oğlanların yarışı kimi, burada da yarışlar yetkin atlar və dayçalar arasında keçirilirdi.
Kvadriqakarın yarışında iştirakçılar 12 dövrə vururdular. Çox vaxt arabalar aşaraq arabaçınl zədələyirdilər. Qaçış və ya əlbəyaxa döyüçlərdən fərqli olaraq at yarışlarında ancaq varlı yunanlar iştirak edə bilərdilər. Çünki məhz atların sahibləri Olimpiya çempionu adını qazana bilərdi. Kvadriqaların yarışında Makedoniyanın şahı II Filip və Roma imperatorları Olimpiya çempionu adını qazana bilmişlər. Belə ki, 17-ci ildə keçirilən 199-cu Olimpiadada kvadriqaların yarışmasında bu idman növünü yenidən bərpa edən qələbən imperator Tiberi Sezar qazanmışdır. 65-ci ildə isə 211-ci Olimpiya oyunlarında döyüş arabalarının yarışlarında imperator Neron qələbə qazanmışdır[4].
68-ci Olimpiadada (e.ə. 508-ci il) maraqlı hadisə qeydə alınmışdır. Belə ki, Korinfli Feydolun atı çaparı üzərindən atmış ancaq bütün məsafəni düzgün keçərək, dirəyin ətrafından dönüb finiş xəttindən sonra dayanmışdır və qələbə qazanmışdır[3].
Kavdriqaların yarışı. E.ə. 510-cu ilə aid qədim yunan qabı
At çaparlarının yarışı. E.ə. 500-480 illərə aid qədim yunan vazası
Trubaçalanların və carçıların yarışması
96-cı Olimpiya oyunları zamanı (e.ə. 396-cı il) Olimpiadaya trubaçalanların və carçıların da yarışması əlavə olunur. Bu, qədim yunanlara görə idmanla estetik həzzin birləşməsinin məntiqi nəticəsi idi[9]. Məlumdur ki, Olimpiya oyunları zamanı şairlər öz şerlərini oxuyur, rəssamlar çəkdiyi şəkilləri göstərirdilər. Oyunlar bitəndən sonra isə heykəltəraşlar qaliblərin heykəllərini ucaldırdılar, şairlər isə onların şərəfinə enkomiy adlanan mahnılar bəstələyirdilər[10].
Hakimlik
Yarışları izləyən və qaliblərə mükafat təqdim edən hakimlər ellanodon adlanırdılar. Onlar yerli yunanlardan püşk atma yolu ilə təyin edilirdi və bütün bayramın gedişinə nəzarət edirdilər. Ellanodiklər əvvəl iki nəfər, sonra isə onların sayı ona çatmışdı. 103-cü Olimpiya oyunlarından başlayarkən (e.ə. 368-ci ildən) ellanodonların sayı 12 olur. 104-cü Olimpiadada onların sayı 8-ə qədər azalır. Nəhayət, 108-ci Olimpiya oyunlarından Pavsaniyin dövrünə qədər hakimlərin sayı 10 nəfər olur. Onlar tünd qırmızı rəngdə paltar geyinirdilər və stadionda xüsusi yer tuturdular. Ellanodonlar başda aditarx olan alitaylarda ibarət polis dəstəsinə rəhbərlik edirdilər.
Tamaşaçıların qarşısında çıxış etməzdən əvvəl oyunlarda iştirak etmək istəyən hər kəs Zevsin heykəli qarşısında and içərək ellanodonlara sübut etməliydilər ki, onlar yarışlardan qabaq 10 ay ərzində məşq edirdilər. İştirak etmək istəyənlərin ataları, qardaşları və məşqçiləri and içməliyilər ki, onlar heç bir cinayətdə günahkar olmayacaqlar. Yarışlara 30 gün qalmış bütün iştirak etmək istəyənlər Olimpiya gimnaziyasında ellenodonların qarşısında öz məharətlərini göstərməliydilər.
İstinadlar
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir.
Artikel ini sebatang kara, artinya tidak ada artikel lain yang memiliki pranala balik ke halaman ini.Bantulah menambah pranala ke artikel ini dari artikel yang berhubungan atau coba peralatan pencari pranala.Tag ini diberikan pada Desember 2022. Recchia planaltina Klasifikasi ilmiah Kerajaan: Animalia Filum: Arthropoda Kelas: Insecta Ordo: Coleoptera Famili: Cerambycidae Genus: Recchia Spesies: Recchia planaltina Recchia planaltina adalah spesies kumbang tanduk panjang yang tergolong famili C...
2018 novel by Luke Jennings Killing Eve: No Tomorrow First edition coverAuthorLuke JenningsCountryUnited KingdomLanguageEnglishGenreThrillerSpyMysteryCrimePublisherJohn MurrayPublication date25 October 2018Media typePrint (hardback and paperback)AudiobookE-bookPages256ISBN978-1-473-67656-5Preceded byCodename Villanelle Followed byKilling Eve: Die for Me Killing Eve: No Tomorrow is a 2018 thriller novel by British author Luke Jennings and the second installment in the...
منظمة الأمن والاستخبارات الأسترالية تفاصيل الوكالة الحكومية البلد أستراليا مؤسس بين تشيفلي تأسست 16 مارس 1949 الإدارة منصب المدير مدير عام الأمن [لغات أخرى] موقع الويب الموقع الرسمي تعديل مصدري - تعديل منظمة الأمن والاستخبارات الأسترالية (ب...
Fuerza Armada Nacional Bolivariana Logo de la Fuerza Armada Nacional BolivarianaActiva 1810País VenezuelaRama/s Ejército Bolivariano Armada Bolivariana Aviación Militar Bolivariana Guardia Nacional Bolivariana Milicia Nacional Bolivariana Unidades conjuntas Guardia de Honor PresidencialTipo fuerzas armadasAcuartelamiento CaracasAlto mandoComandante en jefe Presidente Nicolás MaduroMinistro del Poder Popular para la Defensa General en jefe Vladimir Padrino López[1]Comandante del CE...
64e cérémonie du Deutscher Filmpreis Deutscher Filmpreis Organisé par la Deutsche Filmakademie Détails Date 9 mai 2014 Lieu Tempodrom, Berlin Allemagne Site web http://www.deutscher-filmpreis.de Résumé Meilleur film Heimat Meilleur réalisateur Katrin GebbeRésurrection Film le plus nommé The Dark Valley (9) Film le plus récompensé The Dark Valley (8) Chronologie 63e cérémonie du Deutscher Filmpreis 65e cérémonie du Deutscher Filmpreis modifier La 64e cér
1947 American filmThe Roosevelt StoryTheatrical release posterDirected byLawrence M. KleeScreenplay byLawrence M. KleeProduced byMartin LevineOliver A. UngerStarringEd BegleyGene BlakelyKelly FlintCanada LeeKenneth LynchEdited byWalter KleeMusic byEarl RobinsonProductioncompanyTola ProductionsDistributed byUnited ArtistsRelease date August 30, 1947 (1947-08-30) Running time80 minutesCountryUnited StatesLanguageEnglish The Roosevelt Story is a 1947 American documentary film writ...
This is a list of cemeteries (or graveyards) in Pakistan. Graveyards Gilgit-Baltistan Old British Cemetery, Gilgit Islamabad Capital Territory CDA Graveyard, Burma Town DHA II Graveyard, Jinnah Boulevard H-8 Graveyard[1] Islamabad Graveyard H-11[2] Khyber Pakhtunkhwa Abbottabad Old Christian Cemetery[3] Peshawar Arif Town Graveyard, Shakarpura Graveyard, University of Peshawar, Rahat Abad Old Christian Cemetery[4] Pajagi Graveyard, Pajagi[5] Punjab Gujr...
Logo Folli Follie is een Grieks horloge- en sieradenmerk. In 1982 hebben Dimitris Koutsolioutsos en zijn vrouw Ketty in Athene, Griekenland de eerste Folli Follie shop geopend. Zij verkochten betaalbare sieraden aan vrouwen van 20-40 jaar. In de jaren daarna zijn er accessoires zoals tassen, sjaals, etc. en horloges in het assortiment opgenomen.
For the California politician, see Byron Sher. Byron D. Shear17th Mayor of Oklahoma CityIn officeDecember 25, 1918 – April 7, 1919Preceded byEd OverholserSucceeded byJack C. Walton Personal detailsBorn(1869-05-12)May 12, 1869Hillsboro, WisconsinDiedJune 9, 1929(1929-06-09) (aged 60)Oklahoma City, U.S.Political partyRepublican Byron Delos Shear (May 12, 1869 – June 9, 1929) was an American politician who served as mayor of Oklahoma City, Oklahoma, in the 1910s. Biography ...
Coordenadas: 41° 19' 48 N 8° 15' 45 O Portugal Idães Freguesia Santuário do Bom Jesus - FelgueirasSantuário do Bom Jesus - Felgueiras Localização IdãesLocalização de Idães em Portugal Coordenadas 41° 19' 48 N 8° 15' 45 O Região Norte Sub-região Tâmega e Sousa Distrito Porto Município Felgueiras Código 130306 Administração Tipo Junta de freguesia Características geográficas Área total 7,11 km² Popu...
2021 single by Luísa Sonza with Mariah AngeliqAnacondaSingle by Luísa Sonza with Mariah Angeliqfrom the album Doce 22 LanguagePortugueseSpanishReleased9 December 2021 (2021-12-09)GenrePopLatin trapLength3:03LabelUniversalSongwriter(s) Luísa Sonza Mariah Angeliq Aisha Carol Biazin Day Jenni Mosello King Lucas Vaz Play-N-Skillz Reggi El Autentico Renato Frei Producer(s) Lucas Vaz Luísa Sonza singles chronology Fugitivos (2021) Anaconda (2021) Café da Manhã (2022) Mariah...
This article relies largely or entirely on a single source. Relevant discussion may be found on the talk page. Please help improve this article by introducing citations to additional sources.Find sources: Church of Saint Anthony of Lisbon – news · newspapers · books · scholar · JSTOR (May 2019) Church of Saint Anthony of LisbonView of the main façade of the church with the cathedral in the background.ReligionAffiliationRoman CatholicDistrictLisbon Dis...
This article relies excessively on references to primary sources. Please improve this article by adding secondary or tertiary sources. Find sources: Is Your Love Big Enough? – news · newspapers · books · scholar · JSTOR (July 2012) (Learn how and when to remove this template message) 2012 studio album by Lianne La HavasIs Your Love Big Enough?Studio album by Lianne La HavasReleasedJuly 6, 2012 (2012-07-06)GenreAlternative, folk, ...
Fictitious name assumed for a particular purpose Aliases redirects here. For other uses, see Alias (disambiguation). Pseud. redirects here. For the columnn in Private Eye, see List of regular mini-sections in Private Eye § Pseuds Corner. Allonym redirects here. For a definition of the term allonym, see the Wiktionary entry allonym. A pseudonym (/ˈsjuːdənɪm/; from Ancient Greek ψευδώνυμος (pseudṓnumos) 'falsely named') or alias (/ˈeɪli.əs/) is a fictitiou...
This article does not cite any sources. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: Super TV2 – news · newspapers · books · scholar · JSTOR (October 2012) (Learn how and when to remove this template message) Television channel Super TV2Country Hungary RomaniaHeadquarters Budapest, BucharestProgrammingLanguage(s)HungarianPicture format16:9OwnershipOwnerTV2 Group...
English artist Tracey EminCBE RAEmin at Lighthouse Gala auction in aid of Terrence Higgins Trust, 2007BornTracey Karima Emin (1963-07-03) 3 July 1963 (age 60)Croydon, EnglandEducation Medway College of Design (1980–82) Maidstone College of Art (1983–86) (BA Printmaking) Royal College of Art (1987–89) (MA Painting) Birkbeck University of London Notable workEveryone I Have Ever Slept With 1963–1995 (1995)My Bed (1998)StyleReadymadeInstallation artMovementYoung British ArtistsWe...
For other people named al-Hajjaj, see Hajjaj. Umayyad governor and viceroy (c.661-714) Al-Hajjaj ibn YusufSeal of al-Hajjaj ibn YusufUmayyad governor of the HejazIn office692–694MonarchAbd al-Malik (r. 685–705)Preceded byTariq ibn AmrSucceeded byYahya ibn al-HakamUmayyad governor of IraqIn office694–714MonarchsAbd al-Malik (r. 685–705) Al-Walid I (r. 705–715)Preceded byBishr ibn MarwanSucceeded byYazid ibn Abi Kabsha al-Saksaki Personal detailsBornc. 661 CETa...
Bibiana Steinhaus-Webb Bibiana Steinhaus arbitrando un partido en 2008Datos personalesNacimiento Bad Lauterberg24 de marzo de 1979 (44 años)País Alemania OccidentalNacionalidad(es) AlemanaAlemaniaAltura 1,81CarreraDeporte FútbolFunción ÁrbitraCategoría FIFA (2005 - 2020)Fecha debut 1999Otra ocupación Comisaria de policía[editar datos en Wikidata] Bibiana Steinhaus-Webb (Bad Lauterberg, Alemania Federal, 24 de marzo de 1979) es una árbitra de fútbol de Alemania, ...
Borough and non-metropolitan district in EnglandTest Valley Borough of Test ValleyBorough and non-metropolitan districtTest Valley shown within HampshireSovereign stateUnited KingdomConstituent countryEnglandRegionSouth East EnglandNon-metropolitan countyHampshireStatusNon-metropolitan districtAdmin HQAndoverIncorporated1 April 1974Government • TypeNon-metropolitan district council • BodyTest Valley Borough Council • MPsKit MalthouseCaroline NokesArea ...