Qırğızıstan azərbaycanlıları

Qırğızıstanda azərbaycanlılartarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun Qırğızıstanda yaşayan hissəsinin adı.

Say

  • Dünya Azərbaycanlıları Konqresinin (DAK-ın) bütün dünyada yaşayan azərbaycanlıların sayına dair 2006-cı ildə yayınladığı məlumatlara əsasən Qırğızıstanda 16,000 nəfər etnik azərbaycanlı yaşamaqda idi.[1]
  • Siyahıyaalmalara və rəsmi təxminlərə əsasən Qırğızıstan əhalisi və bu ölkədəki etnik azərbaycanlıların sayı:
    1999-cu il siyahıyaalmasına əsasən Qırğızıstan əhalisi: 4,822,938[2] nəfər, azərbaycanlıların sayı: 14,014[2] nəfər
    2009-cu il siyahıyaalmasına əsasən Qırğızıstan əhalisi: 5,362,793[2] nəfər, azərbaycanlıların sayı: 17,267[2] nəfər
    2010-cu ilə olan rəsmi təxminə əsasən Qırğızıstan əhalisi: 5,418,299[2] nəfər, azərbaycanlıların sayı: 17,498[2] nəfər
    2011-ci ilə olan rəsmi təxminə əsasən Qırğızıstan əhalisi: 5,477,620[2] nəfər, azərbaycanlıların sayı: 17,823[2] nəfər
    2012-ci ilə olan rəsmi təxminə əsasən Qırğızıstan əhalisi: 5,551,888[2] nəfər, azərbaycanlıların sayı: 18,046[2] nəfər

Məskunlaşma

Qırğızıstanda diaspora təşkilatları

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatlarına əsasən Qırğızıstanda azərbaycanlılara aid diaspora təşkilatları aşağıdakılardır[3]:

  • “Azəri” İctimai Birliyi: Bişkek şəhərində yerləşir.
  • Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu: Bişkek şəhərində yerləşir.
  • “Azərbaycan” Gənclər Təşkilatı: Bişkek şəhərində yerləşir.

İstinadlar

  1. Trend Analitik-informasiya agentliyi :Gələn ilin sonuna qədər dünyada yaşayan azərbaycanlıların sayı və məskunlaşma coğrafiyasına dair xəritə hazırlanacaq Arxivləşdirilib 2012-08-31 at the Wayback Machine---xəbərin yayınlanma tarixi: 2 Oktyabr 2007-ci il
  2. 1 2 3 4 5 6 7 8 9 10 Национальный статистический комитет Кыргызской Республики: 5.01.00.03 Национальный состав населения Arxivləşdirilib 2013-11-13 at the Wayback Machine (оценка на начало года, человек)---Данные за межпереписной период (1990-1998гг.) не пересчитывались, Данные за межпереписной период (2000-2008гг.) не пересчитывались, Данные приведены по итогам Первой национальной переписи населения (24 марта 1999г.), Данные приведены по итогам переписи населения и жилищного фонда (24 марта 2009г.).
  3. Azərbaycan Respublikası, Diasporla İş üzrə Dövlət Komitəsi: Xaricdəki təşkilatlar :Qırğızıstandakı təşkilatlar Arxivləşdirilib 2017-01-02 at the Wayback Machine

Həmçinin bax

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!