Macarıstan azərbaycanlıları (ing. Azerbaijani Hungarians) — tarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun Macarıstanda yaşayan hissəsinin adı. Əsasən Budapeşt, Debreçen, Peç, Györ, Dunauyvaroş, Mişkolç, Seqed şəhərlərində yaşayırlar.
Tarixi
Azərbaycanlıların Macarıstana miqrasiyası əsas etibarilə təhsil məqsədilə olmuşdur, lakin ailə birləşməsi, iş məqsədilə də miqrasiya da aparıcı faktorlardan biri olmuşdur.
Azərbaycanlıların Macarıstanda təhsili
Azərbaycanlılar Macarıstanda təhsil üçün daha çox 1990-cı illərdə maraqlanmağa başlayıblar və artıq 90-cı illərin ortalarından hər il bir neçə tələbə Mərkəzi Avropa Universitetində təhsil alıb. Daha sonralar azərbaycanlılar digər ali məktəblərdə də təhsil almağa başlayıblar və hazırda Macarıstanda 10-dan çox ali məktəbdə azərbaycanlı tələbələr təhsil almaqdadırlar. Macarıstan-Azərbaycan Gənclər Birliyi Macarıstanda təhsili Azərbaycanda təbliğ etməkdədir və bu layihə "Study in Hungary" adlanır.[1]
Budapeştdə Azərbaycan Evi
28 dekabr 2019-cu ildə Macarıstanın paytaxtı Budapeştdə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan Evinin açılışı olub.[2]
Macarıstanda Azərbaycan Kitab Guşəsi
3 May 2019-cu il tarixində Macarıstanın Dunauyvaroş Universitetinin kitabxanasında Azərbaycan universitet və institutlarından ianə edilən kitabların nəticəsində "Azərbaycan Kitab Guşəsi" açılmışdır.
Təşkilatlar
Macarıstandakı azərbaycanlılar 4 müxtəlif təşkilatlarda aktiv iştirak edirlər:
Aparıcı şəxslər
Həmçinin bax
İstinadlar
Xarici keçidlər