Qarmaqlı sümük (lat. os hamatum) — əlin bilək nahiyəsinə aid sümüklərdən biri. Onun aypara sümüyə məxsus yuxarı, İV və V daraq sümüklərinə məxsus aşağı, üçvəcli sümüyə məxsus basıq içəri və başlı sümüyə məxsus hamar bayır səthi vardır.[1]
İstinadlar
- ↑ Prof. K.Ə. Balakişiyev, İnsanın Normal Anatomiyası, I cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1971