Qalın mətn
Döş sümüyü (yun.στέρνον, lat.sternum )— uzunsov yastı sümük olub, döş qəfəsinin ön divarının mərkəzi hissəsində yerləşərək qığırdaq vasitəsilə qabırğalara birləşir. Döş qəfəsinin təşkilində iştirak etməklə daxili üzvlərdən ürəyi, ağciyərləri, aorta qövsünü və döş aortasını xarici təsirlərdən qorumuş olur.
Döş qəfəsi ürək cərrahiyyəsində döş qəfəsi məhz bu sümüyün mişarla tən boylama bölünməsi ilə yarılır. Bu əməliyyat sternotomiya adlanır.
Qurluşu
Döş sümüyü yuxarıdan sağ və soldan körpücük sümükləri, yanlardan 7 cüt qabırğa sümükləri ilə bitişmiş olur. Döş sümüyünə yuxarı hissədə döş-körpücük-məməyəbənzər əzələ (lat. musculus sternocleidomastoideus) bağlanmış olur. Döş sümüyü üç hissədən ibarətdir:
Döş sümüyünün ön səthi bir qədər önə qabarıqlı olub, yuxarıda enli, aşağıda ensizdir Uzunluğu 17 sm-ə çatır. Kişilərdə qadınlara nisbətən uzundur.