Oma sümüyü

Oma sümüyü
Oma sümüyü (çanaq səthi)
Oma sümüyü (çanaq səthi)
Çanaq, ortada oma sümüyü.
Çanaq, ortada oma sümüyü.
Bitişir
MeSH Sacrum
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Oma sümüyü (lat. Os sacrum) — qabırğa rudimentləri ilə birlikdə beş oma fəqərələrindən təşkil olunmuşdur. Oma sümüyünün enli ucu, əsası — lat. basis ossis sacri yuxarıda sonuncu bel fəqərəsi ilə birləşərək ınə doğru çıxmış burun — lat. promontorium təşkil edir. Oma sümüyünün ensiz ucu, zirvəsi — lat. apex ossis sacri aşağıda büzdüm fəqərəsi ilə birləşmişdir. I oma fəqərəsi cisminin arxasında fəqərə dəliyi — lat. foramen vertebrale vardır ki, bu dəlik aşağı doğru oma kanalı — lat. canalis sacralis ilə birləşir. Fəqərə dəliyinin yanlarından yuxarıya doğru bir cüt oynaq çıxıntıları — lat. processus articulares superiores çıxır. Bu oynaq çıxıntıları önündə fəqərənin yuxarı oymaları yerləşmişdir. Oma sümüyünün zirvəsini sonuncu oma fəqərəsinin cismi təşkil edir. Zirvənin arxasında bir deşik — lat. hiatus sacralis vardır. Yan tərəflərdən bir cüt rudiment halında qalmış aşağı oynaq çıxıntısı sayılan oma buynuzları — lat. cornua sacralia ilə əhatə olunmuş lat. hiatus sacralis yuxarıda oma kanalı ilə birləşir. Oma sümüyünün çanaq boşluğuna baxan çanaq səthi — lat. facies pelvina hamar və basıqdır. Oma sümüyünün çıxıq arxa səthi — lat. facies dorsalis isə arxaya baxır. Oma sümüyünün ön səthində oma fəqərələrinin bir-biri ilə bitişən hissələrini göstərən 4 köndələn xətt — lat. lineae transversae vardır. Bu xəttlərin uclarında yuxarıdan aşağıya doğru cərgə ilə sinir köklərinə məxsus 4 dəlik — lat. foramensacralia pelvina (foramina sacralia anteriora — BNA) düzülmüşdür. Oma sümüyünün arxa səthində arxa çıxıntıların birləşməsindən əmələ gələn bir orta daraq — lat. crista sacralis mediana (crista sacralis media — BNA) vardır. Orta darağın hər iki tərəfində oynaq çıxıntılarının birləşməsindən əmələ gəlmiş omanın ara daraqları — lat. cristae sacrales intermediae (cristae sacrales articulares — BNA) yerləşir. Ara daraqlardan kənara üçüncü cərgə bayır daraqlar — lat. cristae sacrales laterales vardır. Oynaq və bayır daraqların arasında 4 cüt omanın arxa dəlikləri — lat. foramina sacralia dorsalia (foramina sacralia posteriora — BNA) vardır. Bu dəliklər qısa kanallar vasitəsilə oma sümüyünün ön dəlikləri ilə birləşirlər. Oma sümüyünün iki fəqərə yarıma uyğun yuxarı hissəsinin başır şöbələrinə yan hissələr — lat. partes laterales deyilir. Bu hissələrinyan tərəflərində qalça sümüyü ilə calanmaya məxsus bir seyvanabənzər səth — lat. facies auricularis və həmin səthin arxasında bağlara məxsus qabarıqlar — lat. tuberositas sacralis vardır. Qadınlarda oma sümüyü bərabər dərəcədə basıq, enli və qısa olur. Kişilərdə isə ensiz uzun və çıx basıqdır.

Formaları

Oma sümüyü ümumi formasına və oma dəliyinin — lat. hiatus sacralis formasına görə xüsusiyyətlərə malikdir. Sezon-Yaroşeviçə görə oma sümüyü forma cəhətcə iki cür olur:

  1. qısa-enli (platixiyerik) oma sümüyü — yastı çanaq insanlarda rast gəlinir;
  2. uzun-ensiz (dolixoxiyerik) oma sümüyü — dar çanaq insanlarda rast gəlinir.

Bunlardan əlavə orta növ mezoxiyerik oma sümüyü də ayırd edilir. Moskalenko qısa-enli növü intraartikulyar və uzun-ensiz növü isə ekstraartikulyar oma adlandırır. İntraartikulyar növdə oma-qalça oynağında iştirak edən oynaq səth nahiyəsi ondan xaricdə qalan hissəsinə nisbətən böyük olur. Ekstraartikulyar növdə isə əksinə xeyli az olur.

Kamençikə görə oma kanalının aşağı ucunda olan hiatus sacralis üç növ olur: qısa, uzun və orta.

Mənbə

  • Prof. K.Ə. Balakişiyev, İnsanın Normal Anatomiyası, I cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1971

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!