Qızılca — Azərbaycan Respublikasının Göygöl rayonunun Qızılca kənd inzibati ərazi dairəsində kənd.[1]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1087 nəfər əhali yaşayır. Hazırda əhalisi 2703 nəfərdir. Əhalinin əsasını Azərbaycanlılar təşkil edir.[3]
Qızılca kəndi Gəncə–Daşkəsən avtomobil yolunun üstündə, Qoşqarçayın sahilində yerləşir.