Quşçu (Göygöl)

Quşçu
40°28′33″ şm. e. 46°24′20″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 434 nəf. (2009)
Xəritəni göstər/gizlə
Quşçu xəritədə
Quşçu
Quşçu

Quşçu (əvvəlki adları: Quşçu Armavir (? – 29 dekabr 1992); Quşçu Göran (29 dekabr 1992 – 5 oktyabr 1999)) — Azərbaycan Respublikasının Göygöl rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xanlar rayonunun Quşçu Armavir kəndi Quşçu Göran kəndi,[2] Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xanlar rayonunun Qarabulaq kənd inzibati ərazi vahidi tərkibindəki Quşçu Göran kəndi Quşçu kəndi adlandırılmışdır.[3]

Toponimikası

1992-ci ilədək kəndin adı Quşçu Armavir olmuşdur. Oykonim "Goran yaxınlığındakı Quşçu kəndi" mənasındadır.[4]

Tarixi

Erməni–Azərbaycan hadisələri 1989-cu ildən kəskinləşməyə başlamışdır. Ermənistandan gələn qaçqınlarla Xanlarda yaşayan ermənilər arasında danışıqlar gedir, qarşılıqlı köçmələr razılaşdırılırdı. Qarabağ hadisələri başlayandan ötən 2 il ərzində Mirzik, Zurnabad, Qarakeşiş, Əbləh, Kuşi Armavir (indiki Quşçu) kəndləri və Göygöl şəhərinin erməni sakinləri sakit şəkildə Ermənistana köçdülər. Ermənistandan gələn qaçqın azərbaycanlılar isə həmin kəndlərə yerləşdirildi.

Coğrafiyası və iqlimi

Kənd Kürəkçayın sahilində, Kəpəz dağının ətəyində yerləşir.

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 434 nəfər əhali yaşayır.[5]

İstinadlar

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. "Azərbaycan Respublikasının bəzi yaşayış məntəqələrinin tarixi adlarının bərpası və dəqiqləşdirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı". 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-10.
  3. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-10.
  4. Quşçu (Göygöl) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  5. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Xarici keçidlər

Həmçinin bax

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!