Pensilvaniya (ing. Pennsylvania) – ABŞ-də ştat. Mərkəzi Harrisburq şəhəridir. Pensilvaniya sözü İngilis Admiralı Vilyam Pennin soyadının və meşəlik ərazi (woodland) mənasındakı "sylvania" sözünün İngilis kralı Charles tərəfindən birləşdirilməsindən törəmişdir.
Coğrafiya
Pensilvaniya,şərqində Nyu-Cersi,cənub-şərqində Delaver,cənubunda Merilend və cənub-qərbində Qərbi Virciniya,qərbində Ohayo,şimalında Nyu-York və Eri gölü ilə əhatə olunmuşdur.Ştat şimal-cənub istiqamətində 204 km,şərq qərb istiqamətində isə 455 km uzunluğundadır.Ştatın ən böyük çayı Susquehanna çayıdır.Ştatın şərqində Appalaç dağları uzanır.
Demoqrafiya
Pensilvaniyada 12.418.756 nəfər əhali yaşayır.Əhalinin 83,8% ağ dərili,10,4% qara dərili,2,3% monqoloid,0,1% isə hindular təşkil edir.
İstinadlar
- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ 2020 United States Census. / red. ABŞ əhalinin siyahıya alınması bürosu