Bu adın digər istifadə formaları üçün bax:
Ovculu.
Ovcullu — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 noyabr 2002-ci il tarixli, 384-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Ovcullu kəndi Hacıalılı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Mamaylı kəndi mərkəz olmaqla, Mamaylı kənd inzibati ərazi dairəsi yaradılmışdır.[1]
Toponimikası
Yaşayış məntəqələsinin adı ovçulu tayfasının adı ilə bağlıdır. Tayfaya məxsus bir qrup ailə XIX əsrin sonlarında Cavad qəzasında maldarlıqla məşğul olmuşdur. Oykonim müxtəlif mənbələrdə Ovçalu, Ovcullu, Ovçular variantlarında da qeydə alınmışdır. 1933-cü ildə Naxçıvan ərazisində Ovçular adlı kəndin olması haqqında məlumat verilir. Hazırda Şərur rayonunun Dizə kəndində Ovçular məhəlləsi mövcuddur.[2]
Tarixi
Vaxtilə bəyzadələr ailəsinə mənsub olan iki ailə tərəfindən təməli qoyulan bu kəndin ilk nümayəndələri 1920-ci illərdə hakimiyyət dəyişikliyində ərazini tərk etsələr də, bəylərin xidmətçiləri və qohum əqrabaları burada birdəfəlik məskunlaşıblar. Ovçulu nəsli hapıtlıların əsas qollarından biridir. Hapıtlılar səpələnmiş şəkildə Ağdaşın, Zərdabın bəzi kəndlərində də yaşayırlar.[3]
Coğrafiyası və iqlimi
Kənd Alazan-Əyriçay çökəkliyində yerləşir.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 230 nəfər əhali yaşayır.[4]
İqtisadiyyatı
Kənd əhalisinin əsas məşğuliyyətini meyvəçilik, taxılçılıq və heyvandarlıq təşkil edir. Kənddə 52 təsərrüfat mövcuddur. Kəndə 2007-ci ildən mavi yanacaq verilir. İçməli su artezian quyusundan təmin olunsa da, suvarmada əhali Zalam qobusundan istifadə edir. Mənbəyi dağlardan başlayan və sel suları ilə müşayiət olunan bu qobu bir neçə kənd üçün təhlükəli olduğundan kənarında bənd qurulub.
Təhsil
Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramına əsasən (2004-2008) kənddə ibtidai məktəb binası tikilib.
İstinadlar
Həmçinin bax
|
---|
Şəhərlər | | |
---|
Qəsəbələr | |
---|
Kəndlər | |
---|