Bu adda türk mənşəli tayfanın olduğu güman edilir. Toponimikada bu zona üzrə eyni adda köhnə kəndin mövcudluğu da yazılıb. QəbələOğuz yolunun yuxarı hissəsindədir və burada 400 nəfər əhali yaşayır. Əhalinin rifah halının yaxşılaşdırılması məqsədilə həlli vacib olan məsələlərə önəm verilir. Sakinlər tərəfindən fındıq bağları çox salınıb, heyvandarlığın vəziyyəti qənaətbəxşdir. Taxıl əkənlər, tərəvəz yetişdirən camaat torpaqla ünsiyyətdən həzz alırlar. Nəticədə isə hər kəsin qapısında inəyi, süfrəsində ağartısı, qışa tədarükü boldur. Bir sözlə həyat üçün lazım olan bütün nemətlərdən dadırlar. Kənddə narahatlıq doğuran problemlər qısa vaxt ərzində aradan götürülür. Əsas magistral yola yaxın olduğundan gediş-gəlişə problem yoxdur. Kənd başının mərkəzi yolla arası 2 km-dir. Elektron ATS qurulub və elektrik enerjisi fasiləsiz verilir. Sayğaclaşma prosesi aparıldığından camaat işlətdiyi enerjinin pulunu vaxtında ödəyir və işıq sarıdan korluq çəkmirlər. Kənddə icra nümayəndiliyi və bələdiyyə üçün təzə binalar tikilib.[2]
Toponimikası
İmamlı oyk, sadə. Qəbələ r-nunun Mirzəbəyli i.ə.v.-də kənd. Alazan-Əyriçay çökəkliyindədir. Yaşayış məntəqəsini imamlı nəslinə mənsub ailələr saldığı üçün belə adlandırılmışdır.[3]