Bum

Bum
41°00′52″ şm. e. 47°46′41″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 30 avqust 1930
Mərkəzin hündürlüyü 516 m
Saat qurşağı
Əhalisi
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Nəqliyyat kodu 36
Digər
qebele-ih.gov.az
Xəritəni göstər/gizlə
Bum xəritədə
Bum
Bum

BumAzərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Bum kənd inzibati ərazi vahidi tərkibindəki Bum kəndinə qəsəbə statusu verilmiş, Bum kənd inzibati ərazi vahidi Bum qəsəbə inzibati ərazi vahidi adlandırılmışdır.[1]

Tarixi

Toponimik bilgilərə görə türk dillərindəki bum (boom) sözü ilə əlaqələndirilir. Bum sözü əski türk dilində "çaylı dərə, çətin keçilən yer" deməkdir. Kumə dağının ətəyində və çuxurda, iki dağın arasında, Kovdan çayının Bum çayına qarışdığı yerdədir. Mənbələrə görə Altay-türk dillərində bu söz dar dərədə əmələ gəlmiş sıldırım, qayalıq, burun formasında uca qaya, çay ilə dağ arası yer anlamındadır. Necə ki, coğrafi mənası adı ilə eynidir.[2]

Tarixi abidələri

Qəsəbədə IX-XIV əsrlərə aid "Govurqala" memarlıq abidəsi var.[2]

Coğrafiyası və iqlimi

Kənd rayon mərkəzindən 7 km qərbdə, Qəbələ-Qəmərvan şose yolunun kənarında, Baş Qafqaz silsiləsinin ətəyindədir.[2]

Qəsəbədə Bum mineral bulağı və dağlardan axan yağış sel suları ilə qidalanan Bum çayı axır.[2]

Əhalisi

1824-ci il Şəki qəzasının Bum sahəsinin kameral təsvirinə əsasən Bum kəndində 281 təsərrüfatda 1470 nəfər əhali yaşayırdı ki, onların da 788 nəfərini kişilər, 682 nəfərini isə qadınlar təşkil edirdi.[3] Hazırda qəsəbədə 5.095 nəfər yaşayır.

Mədəniyyəti

Qəsəbədə mədəniyyət evi mövcuddur.

Təhsil

Qəsəbədə orta məktəb fəaliyyət göstərir.

Din

Qəsəbədə Bum qəsəbə məscidi dini icması fəaliyyət göstərir.[4]

Səhiyyə

Qəsəbədə ixtisaslaşdırılmış xəstəxana mövcuddur.

İstinadlar

  1. "Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı". 2022-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-10.
  2. 1 2 3 4 Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
  3. Z.Cavadova. Şimal-Qərbi Azərbaycanın əhali tarixi və tarixi demoqrafiyası (XIX əsrin əvvəlləri - 70-ci illəri) Bakı,2002, səh.58
  4. MÜSƏLMAN DİNİ İCMALAR - 2018-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-08 at the Wayback Machine. scwra.gov.az  (az.)

Həmçinin bax

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!