Orta Sibir yaylası

Orta Sibir yaylası
Ümumi məlumatlar
Mütləq hündürlüyü 1800 m
Uzunluğu 2000 km
Eni 2000 km
Sahəsi 3500000 km²
Hündür nöqtəsi Kamen dağı
Yerləşməsi
68° şm. e. 95° ş. u.HGYO
Ölkə
Orta Sibir yaylası xəritədə
Orta Sibir yaylası
Orta Sibir yaylası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Orta Sibir yaylası (saxa Орто Сибиир хаптал хайалаах сирэ) — Şərqi Sibir ərazisində, Rusiyanın şərq hissəsidə, Sibir platforması üzərində yerləşən yayla. İnzibati baxımından Saxa, Krasnoyarsk diyarıİrkutsk vilayəti ərazisinə daxildir.

Cənubda Şərqi Sayan, Pribaikal və Zabaykal silsilələri, qərbdə Yenisey vadisi, şimalda Şimali Sibir ovalığı, şərqdə Lena vadisi ilə məhdudlaşır.

Relyef

Mərkəzi Sibir yaylası geniş yaylalar və silsilələrin növbələşməsi ilə xarakterizə olunur. Ərazinin ən yüksək ərazilərinə Putorana alçaq dağlığı (Kamen dağı - dəniz səviyyəsindən 1701 m yüksəklikdə yerləşir) daxildir. Yaylanın qərb kənarında dəniz səviyyəsindən orta hündürlüyü 900 m olan Yenisey silsiləsinin güclü dağılmış yüksəklikləri keçir. 700–1000 m yüksəkliklərdə olan Orta Anqara silsiləsi aydın şəkildə fərqlənir. Aşağı Tunqus, Anqara və Vilyuynin su ayrıcıları 400–600 m yüksəkliyə sahibdir. Burada qədim lakkolitlərin yerində alçaq silsilələr və qübbəli səthlər xarakterikdir. Düzənliklərin şimal-qərbində buzlaqların fəaliyyət izləri var. Şimal-şərqdə yerləşən Lena-Vilyuy ovalığının (Orta Yakutiya) mütləq yüksəkliyi 100 ilə 200 m, ətrafındakı yerlər isə 400 m-ə qədər yüksəlir[2].

İqlim

Yaylanın əsas iqlim xüsusiyyətləri Şimali Asiyanın orta hissəsindəki coğrafi mövqeyi, isti dənizlərdən uzaqlığı və Şimal Buzlu okeanının təsiri ilə müəyyən edilir. Yayladakı iqlim kəskin kontinentaldır, isti və soyuq mövsümlərin böyük temperatur amplitudları mövsümlər arasında çox qeyri-bərabər paylanır.

Yanvar ayında cənub və cənub-qərbdə orta temperatur -22 °C, şimalda -44 °C, iyul ayının orta temperaturuna gəldikdə isə cənubda + 25 °C, şimalda + 12 °C-dir. Orta Sibir yaylası üçün şərq əyalətlərində iqlim kontinentallığının əhəmiyyətli dərəcədə artması ilə xarakterizə olunur. Yakutiyada mütləq temperaturun amplitudları 100°-ə çatır. Ən isti və ən soyuq ayların orta temperaturlarında fərq 55-65°-dir. Ən şiddətli qışlar Vilyuy platosundadır. Burada minimum temperatur tez-tez 60 °C-dən aşağı olur. yayla ərazisində yağıntının miqdarı qeyri bərabər paylanmışdır - cənubda ildə orta hesabla 250–300 mm, şimalda ildə 400–500 mm (ən çox yağıntı Putorana alçaq dağlığına düşür - ildə 700–800 mm)[3]. Yağıntının çox hissəsi yayın ikinci yarısına düşür: tez-tez iyul və avqust aylarında bütün uzun soyuq dövrlə müqayisədə 2-3 dəfə çox yağıntı düşür. Fərqli illər ərzində yağışların güclü dalğalanması da xarakterikdir. Dudinkada quru bir ildə yalnız 125 mm, yağışlı bir ildə isə 350 mm-ə qədər; Krasnoyarskda illik yağıntının miqdarı 127 ilə 475 mm arasında dəyişir[4].

Faydalı qazıntılar

Yaylanın ərazisində almaz, nikel, mis, dəmiralüminium filizləri, kömür, qrafit, daş duzu, nefttəbii qaz yataqları var.

İstinadlar

  1. 1 2 GEOnet Names Server. 2018.
  2. "Северо-Сибирская низменность. Средне-Сибирское плоскогорье". 2015-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-22.
  3. "Энциклопедия Сибирь-матушка " Среднесибирское плоскогорье". 2015-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-13.
  4. "Средняя Сибирь. общая характеристика". 2022-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-13.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!