Onlayn verilənlər bazası,[1] onlayn məlumat bazası,[2] onlayn informasiya bazası[3] və ya onlayn databaza[4] — fərdi kompüterdə və ya ona əlavə edilmiş yaddaşda (məsələn, CD kimi) lokal formada saxlanılandan fərqli olaraq, lokal şəbəkədən və ya internetdən əldə edilə bilən verilənlər bazası. Onlayn verilənlər bazaları veb-saytlarda yerləşdirilir, veb-brauzer vasitəsilə əldə edilə bilən xidmət məhsulları kimi proqram təminatı kimi təqdim edilir. Onlar pulsuz ola bilər və ya aylıq abunəlik sistemi kimi ödəniş tələb edə bilər. Bəziləri birgə redaktə və e-poçt bildirişi kimi təkmilləşdirilmiş funksiyalara malikdir.[5][6]
Bulud verilənlər bazası lokal yox, internet üzərindən işlədilən və əldə edilən verilənlər bazasıdır. Beləliklə, müştəri verilənlər bazasını bir yerdə saxlamaq əvəzinə, hansısa biznes onun bütün departamentlərinin və ya bölmələrinin ona daxil ola bilməsi və yeniləməsi üçün onun internetdə yerləşdirilməsini seçə bilər. Əksər verilənlər bazası xidmətləri son istifadəçinin verilənlər bazası nümunələrini təminvə konfiqurasiya etmək üçün istifadə edə biləcəyi veb əsaslı konsollar təklif edir.