Nürnberq prosesi

Nasional sosializm
Əsas anlayışlar
İdeologiya
Tarix
Şəxslər
Təşkilatlar
Nasist partiyası və hərəkatı
Yaxın anlayışlar

Nürnberq prosesiIII Reyxin rəhbərləri üzərində baş verən beynəlxalq məhkəmə prosesi.

Hadisələr

Nürnberq prosesi, İkinci Dünya Müharibəsinin qalib Müttəfiq dövlətləri tərəfindən məğlubiyyətə uğradılmış Nasist rejminin öndə gələn şəxsiyyətlərini mühakimə etmək üçün 1945–1949-cu illərdə qurduqları məhkəmədir. Bu məhkəmələr, İkinci Dünya Müharibəsindən sonra Soyuq Müharibənin hələ tam olaraq ortaya çıxmadığı, hüquqiliyin ön planda olduğu dönəmdə Nasist rejiminin şok edici vəhşətlərinə bir reaksiya olaraq qurulmuşlardır. Hərbi məhkəmələr ABŞ, İngiltərə, FransaRusiyanın hakimlərindən təşkil olumuşdu və mühakimə edilən öndə gələn şəxsiyyətlər arasında Martin Borman, Rudolf Hess, Yoahim von Ribbentrop var idi. Bu insanlar ve nasist liderləri dört cinayətlə ittiham olunurdular: 1)Sülhə qarşı sui-qəsd 2)Sülhə qarşı cinayətlər 3)Müharibə cinayətləri 4) İnsanlığa qarşı cinayətlər Ən məşhur olan birinci məhkmədə en yuxarı pillədəki 22 nasist lider mühakimə olundu; 12 nəfər ölüm cəzası, 7 nəfər həbs cəzası aldı, 3 nəfər isə sərbəst buraxıldı. Bu məhkəmənin ardından ümumilikdə 177 nəfərin mühakimə olunduğu 12 məhkəmə daha reallaşdırıldı, 24 nəfər ölüm cəzasına məhkum olundu.

İştirakçılar

Hər dörd ölkə tərəfindən bir baş hakim, alternativ hakim və prokuror təmin edilmişdir. Məhkəmənin hakimləri:

-Geoffrey Lawrence (Böyük Britaniya baş hakimi və məhkəmə sədri) — Norman Birkett (Böyük Britaniya alternativ hakimi) — Francis Biddle (ABŞ baş hakimi) — John Parker (ABŞ alternativ hakimi) — Henri Donnedieu de Vabres (Fransız baş hakim) — Robert Falco (Fransız alternativ hakim) — Iona Nikitchenko (SSRİ hakimi) — Alexander Volchkov (SSRİ alternativ hakimi)

Verilən iddianamə:

1. Sülhə qarşı işlənən cinayətə və ya sui-qəsddə ortaq olmaq 2. Sülhə qarşı döyüş icra, təcavüzkarlıq və digər cinayətləri başlamaq və planlamaq 3. Müharibə cinayətləri 4. İnsanlığa qarşı cinayətlər

Günahlandırılıb bəraət qazanan (I), günahkar olan (G), ittiham olunmayan (O)

Adı Günahlandırmalar Cəzası Qeydlər
1 2 3 4
Martin Bormann I O G G Ölüm Nasional Sosialist Alman Fəhlə Partiyası katibi olaraq Hessin xələfi. Qiyabi ölümə məhkum edildi. Intiharından sonra qalıqları 1972-ci ildə tapdı
Karl Dönitz I G G O 10 il Kriegsmarinein 1943-cü ilə qədər ki lideridir. Hitlerin ölümündən sonra Almaniyanın dövlət başçısı oldu. 1936-cı ildəki London Dəniz Razılaşmasını pozuntu etməkdən günahkar hesab edildi.
Hans Frank I O G G Ölüm 1933–1945-ci illər arası Nasist Almaniyasının hüquq lideri oldu. 1939–1945-ci illər arasında işğal edilən Polşada general və qubernator oldu.
Wilfelm Frick I G G G Ölüm 1933–1945-ci illər arası Nasist Almaniyasında Daxili İşlər Naziri olub.
Hans Fritzsche I I I O Bəraət Populyar radio şərhçisi və Nasist Almaniyası zamanı Propoqanda Nazirliyinin xəbər hissəsi sədri idi. Hitlerin və Joseph Goebbelsin intiharından sonra təslim olmuşdur.
Walther Funk I G G G Ömürlük həbs Hitlerin İqtisadiyyat Naziri olmuşdur. Reichsbank-ın sədri olmuşdur. 16 may 1957-ci ildə səhhətində problemlər olduğu üçün azadlığa buraxıldı. 31 may 1960-cı ildə vəfat etdi.
Hermann Göring G G G G Ölüm Reichsmarschall, 1935–1945-ci illər arası Luftwaffe komandiri, müharibənin son illərində Nasist iyerarxiyasında Hitlerdən sonra ikinci adam idi. Onun xələfi idi. Edam edilməsinə az vaxt qalmış zamanda zəhər içərək intihar etmişdir.
Rudolf Hess G G I I Ömürlük həbs Hitlerin vəkili. 1941-ci ildə İngiltərə ilə sülh görüşmələri etmək üçün təyyarəsi ilə İsveçrəyə getdi və həbs olundu. Ölənə qədər Spandau Həbsxanasında saxlanıldı.
Alfred Jodl G G G G Ölüm 1938–1945-ci illə arası OKW şefi olmuşdur. Edamından sonra 1953-cü ildə Alman məhkəməsi tərəfindən haqlı çıxarıldı.
Ernst Kaltenbrunner I O G G Ölüm 1943–1945-ci illər arasında RSHA-nın sədri oldu. Einsatzgruppen və toplama düşərgələrindəki bir çox ölüm əmrini verdi.
Wilhelm Keitel G G G G Ölüm Adolf Hitlerin ən sadiq və güvənli köməkçilərindən biri. 1938–1945
Gustav Krupp von Bohlen und Halbach I I I I Sağlamlığındakı problemlərə görə iddiası qaldırıldı Böyük Nazi sənayeçisi idi. Krupp şirkətlərinin 1912–1945-ci illərindəki idarəçisi idi. Sağlamlığı məhkəmə araşdırmasına uyğun deyildi. 16 yanvar 1950-ci ildə vəfat etdi.
Robert Ley I I I I Məhkəmə qərarı bildirməmişdən qabaq intihar edib Alman Əmək Cəbhəsinin sədri olub. 25 oktyabr 1945-ci ildə ittiham olunmasından qabaq intihar edərək özünü öldürüb
Baron Konstantin von Neurath G G G G 15 il 1932–1938-ci illər arası Xarici İşlər Naziri işləmiş. 1938-ci ildə vəzifəsini Ribbentropa təhvil verdi. Daha sonra Bohemia və Moraviada qubernator işləmişdir (1939–1943). Hitler ilə anlaşılmamazlıq səbəbi ilə istefa etmişdir. Azadlığa çıxdıqdan sonra 6 noyabr 1954-cü ildə vəfat etmişdir.
Franz von Papen I I O O Bəraət 1932-ci ildə Almaniya kansleri işləmiş. 1935–1938-ci illər arası Avstriyada səfir işləmiş və 1939–1944-cü illər arası Türkiyədə səfir işləmiş . Nürnberq məhkəməsindən bəraət almasına baxmayaraq von Papen Alman de-naziləşdirmə məhkəməsi tərəfindən 1947-ci ildə müharibə cinayətkarı olaraq cəzalandırıldı və 8 il ağır işlərə məhkum edildi. 2 il xidmət etdikdən sonra əhv edildi.
Erich Raeder G G G O Ömürlük həbs 1928-ci ildən 1943-cü ilə kimi Kriegsmarine-də komandir işləmiş.
Joachim von Ribbentrop G G G G Ölüm 1936–1938-ci illər arası Böyük Britaniyada səfir işləmiş. 1938–1945-ci illər arası Almaniya Xarici İşlər Naziri işləmişdir.
Alfred Rosenberg G G G G Ölüm İrq nəzəriyyəsi ideoloqu. Sonradan işğal edilən şərq bölgəsi sədri.(1941–1945)
Fritz Sauckel I I G G Ölüm 1942–1945-ci illər arası Nazi kölə işçi proqramının səlahiyyətlisi idi
Dr. Hjalmar Schacht I I O O Bəraət Tanınmış bankir və iqtisadçı. 1934–1937-ci illər arası İqtisadiyyat Naziri.
Baldur von Schirach I O O G 20 il 1933–1940-cı illər arası Hitler Gəncliyi lideri idi. Məhkəmədə peşman

lığını bildirmişdi.

Arthur Seyss-Inquart I G G G Ölüm 1938-ci ildə Avstriya konsleri 1939–1940-cı iilər arası Polşada Frankın köməkçisi işləyib. Daha sonra 1940–1945-ci illərdə işğal altında olan Hollandiyada Reich Komisarı işləyib. Məhkəmədə peşman

olduğunu bildirmişdir.

Albert Speer I I G G 20 il Hitlerin sevimli memarı və dostu. 1942-ci ildən etibarən Silahlanma Naziri işləmiş. Silahların istehsalında işğal olunmuş ərazilərdə kölə işçilərin istifadəsindən cavabdeh idi. Məhkəmədə peşman

lığını bildirmişdi.

Julius Streicher I O O G Ölüm 1922–1940-cı illər arası həftəlik qəzet Der Stürmer-in nəşiriyyatçısı idi.

İstinadlar

Həmçinin bax

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!