Babi Yar

Babi Yar
İkinci dünya müharibəsi
Kiyev yaxınlığından keçən Babi Yar çayı.
Hücum yeri Kiyev, Ukrayna SSR
Hücum hədəfi etnik yəhudilər və sovet əsgərləri
Vaxt 29-30 sentyabr, 1941
Həlak olanlar 33.771 yəhudi 2 gün ərzində öldürüldü və onlardan cəmi 29 nəfəri xilas olmağı bacardı. Hadisələrin gedişatında 100.000-150.000 nəfərə yaxın ukrayn, yəhudi, roman və sovet əsirləri sonrakı müddət ərzində həlak oldu.
Təşkilatçılar SS, Ordnungspolizei və Einsatzgruppen
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Babi Yar (ukr. Бабин Яр, Babyn Yar; rus. Бабий Яр, Babiy Yar) — 1941-ci ildə Nasist Almaniyası tərəfindən Ukrayna Sovet Sosialist Respublikasına bağlı Kiyev şəhəri yaxınlığında etnik yəhudilərə qarşı gercəkləşdirilmiş qətliam. İki gün ərzində 33.771 etnik yəhudi nasistlər tərəfindən öldürülmüşdür.

Babi Yar qətliamının ən bilinən tərəflərindən biri 1941-ci ilin 29 və 30 sentyabr tarixlərində 33.771 nəfər etnik yəhudinin öldürülməsi faktıdır. Kiyev şəhərində və ətraf ərazilərdə yaşayan bütün etnik yəhudilərinin öldürülməsi ilə bağlı qərarı SS hərbçisi Kurt Eberhard, Cənub Polis Təşkilatının rəhbəri Fredrix Yaklin və Einsatzgruppe C rəhbəri Otto Raşx tərəfindən verilmişdir. Qətliam Sonderkommando 4a birliyinin əsgərləri tərəfindən, yerli polisin dəstəyi ilə gercəkləşdirilmişdir.[1]

Babi Yar Üçüncü Reyxin SSRİ ilə apardığı müharibə dövründə gercəkləşdirilmiş ən böyük qətliam kimi tarixə keçmişdir.[2] Babi Yar eyni zamanda Holokost ərzində gercəkləşdirilmiş ən böyük qətliam hadisədidir.[3] Qətliam öldürülən insanların sayına görə Polşanın işğalı zamanı öldürlən 42–43 min nəfər və 1941-ci ildə törədilmiş Odessa qətliamından (50 min) say baxımından geri qalsada, müharibə tarixində ən qısa vaxtda maksimal dərəcədə ən çox insanın öldürüldüyü cinayət kimi tarixə düşmüşdür.[4]

Ərazidə gercəkləşdirilmiş digər qətliamların qurbanları arasında sovet müharibə əsirləri, kommunistləri, ukrayn millətçiləri və qaraçılar üstünlük təşkil edirdi.[5] Ümumilikdə alman işğalı zamanı Babi Yarda 100.000–150.000 insanın öldürüldüyü təxmin edilməkdədir.[6]

Tarixi arxaplan

Babi Yar sözünə ilk dəfə 1401-ci ilə aid mənbələrdə rast gəlinir. Yerli xalqların dilində qoca qadın ifadəsini verən baba sözü zamanla ərazinin adlandırılmasında da işlənilmişdir.[7] Yar sözü türk mənşəyli bir sözdür və mənası dağ, çay deməkdir. Ərazi tarixən insanların çox məskunlaşdığı yer sayılmırdı. Babi Yarda yerləşmiş Şərqi pravoslav kilsəsinə və yerli yəhudi icmasına məxsus məzarlıqlar bölgədə əsas məkanlardandır. XX əsrdən etibarən Babi Yar və ətraf ərazilərin hərbi məqsədlər üçün istifadə olunmasına başlanılmışdır.

29–30 sentyabr 1941

Paul Blobel Nürnberq prosesi zamanı. (1948, 1 mart)
Kiyevdə təşkil edilmiş hərbi tribunalda Babi Yar qətliamından xilas olmağı bacarmış yəhudi aktrisa Dina Proniçevanın ifadə verməsi. Tribunal zamanı qətliamı törədilməsində təqsirləndirilən Alman polisinin 15 əməkdaşı mühakimə olunurdu. (1946, 24 yanvar)

Tarix ədəbiyyatlarında Berlin-Roma-Tokio oxu kimi bilinən və əsasən almanlardan təşkil olunmuş orduların 1941-ci ilin 19 sentyabr tarixində Kiyev şəhərini işğal etdilər. NKVD-nin təşkil etdiyi əks həmlə zamanı almanların Cənub Ordu Qərargahı zərər görsə də işğalın qarşısını alınmasına mane olmadı.[8] İki gün sonra, 26 sentyabr tarixində SS hərbçisi Kurt Eberhard, Cənub Polis Təşkilatının rəhbəri Fredrix Yaklin ərazidə görüşdülər. Görüş zamanı almanlara qarşı törədilmiş hücumun səbəbkarı kimi Kiyev şəhərinin yəhudi icması göstərildi və cavab həmləsi kimi Kiyev yəhudilərinin tamamilə ilə yox edilməsi məqsədi qarşıya qoyuldu.[9] Qətliamın gercəkləşdirilməsində Paul Blobelin komandiri olduğu Sonderkommando 4a və Otto Raşxın rəhbərlik etdiyi Einsatzgruppe C birliklərində xidmətlərindən istifadə olunmuşdur.

Paul Blobel və Otto Raşx Ukraynada bir çox hərbi cinayətlərin və qətliamların əsas təşkilatçılarından hesab olunurdu və Babi Yarda yaşayan yəhudi icmasının məhv edilməsi tapşırığı da bu iki şəxsə tapşırılmışdır. Prosesin rəhbərliyini SS generalı Kurt Eberhard öz üzərinə götürmüşdü və bu işdə əsas icraçı Paul Blobelin komandiri olduğu Sonderkommando 4a birliyi idi.[10] Almanlar qətliamdan öncə ərazidə yaşayan yəhudilər üçün aşağıdakı kimi bir elan verdilər:

" Kiyev şəhəri və ətaf ərazilərdə yaşayan bütün yəhudilərin 29 sentyabr saat 8:00-da Melinkova və Dorojetzka küçələrinin kəsişməsində (Viskov məzarlığının yaxınlığı) toplaşmaqları tələb olunur. Gələnlərin özləri ilə birlikdə mühüm sənədlərini, isti paltar, pul və qiymətli əşyalarını gətirməkləri vacibdir. Elan olunan vaxtda göstərilən yerdə olmayan yəhudilər görüldükləri yerdə güllənəcəklər. "

1941-ci ilin 26 sentyabr tarixində verilmiş əmrin Kiyevdə və ətraf ərazilərdə yaşayan etnik yəhudilərə, ruslara və ukraynlılara şamil edildiyi göstərilmişdir.[11] 1941-ci ilin 29 sentyabr tarixində SS və xüsusi təyinatlıların hücumu ilə Babi Yarda 33.771 nəfər etnik yəhudi öldürlüdü.[12][13][14][15]

Einsatzkommando zabiti tərəfindən tərtib olunmuş raportda deyilir:

" .Toplaşmaq barədə əmrin verilməsindən sonra, 5-6 min nəfər yəhudinin gələcəyi təxmin edilirdi. Son dərəcə yüksək şəkildə təşkil edilmiş toplama nəticəsində, 30 min nəfər yəhudinin toplanması mümkün olmuşdur. "

Hadisənin axşamı almanlar hücumu nisbətən zəiflədərək öldürülən insanları dəfn etməyə başladılar. Einsatzgruppe's Əməliyyat Raportlarının məlumatına görə 1941-ci ilin 29 və 30 sentyabr tarixləri ərzində Kiyev və ətraf ərazilərdən toplanmış 33.771 nəfər yəhudi mexaniki silahla öldürülmüşdü. Qurbanlara məxsus geyimlər, pullar və qiymətli əşyalara yerli alman əsilli insanlar sahibləndilər və bir qismi də dövlətin hesabına köçürüldü.[16] Ağır yaralanmış bir necə qurban isə diri-diri dəfn edildi.[17]

Xilas olanlar

Babi Yar qətliamının 70 illiyi münasibətilə Ukraynada çap edilmiş poçt markası.

Babi Yar qətliamından xilas olanların 29 nəfər olduğu təxmin edilir. 2006-cı ildə Yad Vaşem adlı holokost qurbanlarının irsini öyrənən təşkilat Babi Yarda öldürülən yəhudilərin adlarını müəyyənləşdirilməsi istiqamətində geniş bir layihəyə start verdi. Bütün cəhdlərə baxmayaraq öldürülənlərin, sadəcə 10% nin adlarını müəyyənləşdirmək mümkün oldu. Babi Yarda öldürürlən 3.000 nəfərin adı ilə yanaşı ümumi Holokost zamanı Kiyev və ətraf ərazilərdə öldürülmüş daha 7.000 nəfərin şəxsiyyəti müəyyənləşdirilmişdir.[18] Qətliamdan sağ çıxan şəxslərdən biri də, müharibədən sonra Kiyev Hərbi Tribunalında şahid kimi ifadə vermiş yəhudi əsilli aktrisa Dina Proniçeva olmuşdur. Proniçevanın sağ qalmaq uğrunda apardığı mübarizə sonralar tanınmış rus yazıçısı Anatoli Kuznetsovun Babi Yarla bağlı yazmış olduğu əsərin də əsas sujet xəttini təşkil edir.[19] Aktrisa onu ölü zənn etməkləri üçün özünü cəsədlərin üzərinə ataraq nasistlərin gözündən yayınmağı bacarmışdır.

Xatırlanma

SSRİ-nin apardığı siyasət Babi Yar və oxşar qətliamların il dönümlərinin qeyd edilməsinə çətinliklər yaradırdı.[20] Sovet rejiminin dağılmasının ardından Ukraynın bir necə bölgəsində Babi Yar qurbanlarının xatirələrinin anılması üçün abidələr uçaldılmağa başlandı. Qətliam eyni zamanda ədəbiyyat da öz təsirini göstərmişdir. 2006-cı ildə qətliamın 65-ci ildönümü xarici dövlət başçılarının iştirakı ilə baş tutdu. Narıncı inqilabın ardından hakimiyyətə gələn Viktor Yuşşenko, İsrail prezidenti Moşe Katsavın iştirak etdiyi görüşdə faciə qurbanlarının xatirəsi anıldı.

İstinadlar

  1. Karel C. Berkhoff. "Babi Yar Massacre" (Google book preview). Ibidem. May 28, 2008. səh. 303. ISBN 0253001595. July 31, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 23, 2013.
  2. Wolfram Wette. The Wehrmacht: History, Myth, Reality. Harvard University Press. 2006. səh. 112.
  3. Wendy Lower, "From Berlin to Babi Yar. The Nazi War Against the Jews, 1941–1944" (PDF). Archived from the original on 2009-03-05. İstifadə tarixi: 2014-04-24. Journal of Religion & Society, Volume 9 (2007). The Kripke Center, Towson University. I. S. S. N 1522–5658. Retrieved from Internet Archive, may 24, 2013.
  4. Browning, Christopher R. "Arrival in Poland" (PDF file, direct download 7.91 MB complete). Ordinary Men: Reserve Police Battalion 101 and the Final Solution in Poland. Penguin Books. 1992–1998. 135–142. October 19, 2013 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: May 24, 2013. Also: PDF cache archived by WebCite.
  5. A Museum for Babi Yar Arxivləşdirilib 2013-06-26 at the Wayback Machine, The Jerusalem Post (23 October 2011)
  6. Magocsi, Paul Robert. A History of Ukraine. University of Toronto Press. 1996. səh. 633. ISBN 978-0-8020-7820-9. 2022-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-04.
  7. Anatoliy Kudrytsky, editor-in-chiev, "Vulytsi Kyeva" (The Streets of Kiev), Ukrainska Entsyklopediya , ISBN 5-88500-070-0
  8. "Remembering the Kyiv Inferno, 1941". Kyiv Post. September 25, 2016`. (#accessdate_missing_url)
  9. Megargee, Geoffrey P. War of Annihilation: Combat and Genocide on the Eastern Front. Rowman&Littlefield. 2006. səh. 95. ISBN 978-0-7425-4481-9.
    Murray, Williamson; Millett, Allan R. A War to be won: Fighting the Second World War. Harvard University Press. 2001. səh. 141. ISBN 0-674-00680-1.
  10. 1941: Mass Murder Arxivləşdirilib 2013-10-29 at the Wayback Machine The Holocaust Chronicle. p. 270
  11. Berenbaum, Michael. The World Must Know, United States Holocaust Memorial Museum, this edition 2006, pp. 97–98.
  12. United States Holocaust Memorial Museum, "Kiev and Babi Yar Arxivləşdirilib 2007-01-03 at the Wayback Machine," Holocaust Encyclopedia Arxivləşdirilib 2011-02-23 at the Wayback Machine.
  13. A Community of Violence: The SiPo/SD and Its Role in the Nazi Terror System in Generalbezirk Kiew by Alexander V. Prusin. Holocaust Genocide Studies, Spring 2007; 21: 1 – 30.
  14. Staff. The Holocaust Chronicle: Massacre at Babi Yar Arxivləşdirilib 2013-10-29 at the Wayback Machine, The Holocaust Chronicle web site Arxivləşdirilib 2008-09-20 at the Wayback Machine, Access 17 December 2007
  15. Victoria Khiterer. "Babi Yar: The tragedy of Kiev's Jews" (PDF). Brandeis Graduate Journal. 2. 2004: 1–16. 2007-11-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2008-01-20.
  16. Nuremberg Military Tribunal, Einsatzgruppen trial, Judgment, at page 430.
  17. Lawrence, Bill. Six Presidents, Too Many Wars. New York: Saturday Review Press. 1972. səh. 93.
  18. Amiram Barkat and Haaretz Correspondent. "Yad Vashem tries to name Babi Yar victims, but only 10% identified". Haaretz. September 2006. 2011-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-03.
  19. "A Survivor of the Babi Yar Massacre Arxivləşdirilib 2008-03-14 at the Wayback Machine," Heritage: Civilization and the Jews (PBS). Gilbert (1985): 204–205.
  20. Postwar: A History of Europe Since 1945 by Tony Judt, Penguin Books, Reprint edition (September 5, 2006), ISBN 0143037757 (page 182 Arxivləşdirilib 2022-05-14 at the Wayback Machine)

Read other articles:

American politician Dustin BurrowsMajority Leader of the Texas House of RepresentativesIn officeJanuary 8, 2019 – August 16, 2019Preceded byCindy BurkettSucceeded byStephanie KlickMember of the Texas House of Representativesfrom the 83rd districtIncumbentAssumed office January 13, 2015Preceded byCharles Perry Personal detailsBornDustin Ray Burrows (1978-11-14) November 14, 1978 (age 45)Lubbock, Texas, U.S.Political partyRepublicanEducationRhodes College (BA)Tex...

 

Toy or commercial device which dispenses gumballs An assortment of modern gumball machines on location in a Dallas storefront A gumball machine is a type of bulk vending machine that dispenses individual gumballs in exchange for money. Originally priced at one penny when introduced in the early 20th century,[not verified in body] the standard cost of one gumball in the United States is now one quarter.[not verified in body] History Although vending machines for stick or block-...

 

مالفيرن بارك أوكس   الإحداثيات 40°40′52″N 73°39′53″W / 40.6811°N 73.6647°W / 40.6811; -73.6647  تقسيم إداري  البلد الولايات المتحدة[1]  التقسيم الأعلى مقاطعة ناسو، نيويورك  خصائص جغرافية  المساحة 0.336736 كيلومتر مربع0.337261 كيلومتر مربع (1 أبريل 2010)  ارتفاع 3 متر  ع...

Đài Loan Tên bản ngữ 臺灣 (tiếng Quan thoại Đài Loan)[I]Tʻaiwan臺灣 (tiếng Nhật)Taiwan 1895–1945 Quốc kỳ Quốc huy Quốc ca: KimigayoQuân chi đạiẤn chương Tổng đốc phủ Đài Loan Đài Loan (đỏ) trong Đế quốc Nhật Bản (đỏ nhạt) ở mức độ xa nhất.Tổng quanVị thếThuộc địa của Đế quốc Nhật BảnThủ đôvà thành phố lớn nhất TaihokuNgô...

 

2022 film score by Robin Carolan and Sebastian GainsboroughThe Northman (Original Motion Picture Soundtrack)Film score by Robin Carolan and Sebastian GainsboroughReleasedApril 15, 2022 (2022-04-15)Recorded2020–2022GenreFilm scoreNordic folkLength74:11LabelBack Lot MusicProducerRobin CarolanSebastian Gainsborough The Northman (Original Motion Picture Soundtrack) is the soundtrack to the 2022 film of the same name directed by Robert Eggers and stars Alexander Skarsgård...

 

Sporting event delegationNigeria at the2022 Commonwealth GamesFlag of NigeriaCGF codeNGRCGANigeria Olympic CommitteeWebsitenigeriaolympic.orgin Birmingham, England28 July 2022 (2022-07-28) – 8 August 2022 (2022-08-08)Competitors92 (41 men and 51 women) in 7 sportsFlag bearers Nnamdi ChinecheremFolashade OluwafemiayoMedalsRanked 7th Gold 11 Silver 9 Bronze 14 Total 34 Commonwealth Games appearances (overview)1950195419581962196619701974197819...

Xanthostemon Xanthostemon paradoxus Klasifikasi ilmiah Domain: Eukaryota Kerajaan: Plantae Upakerajaan: Trachaeophyta Divisi: Magnoliophyta Kelas: Magnoliopsida Subkelas: Rosidae Ordo: Myrtales Famili: Myrtaceae Subfamili: Myrtoideae Tribus: Xanthostemoneae Genus: XanthostemonF.Muell.[1][2][3] Sinonim[2][3] Daftar Metrosideros subg. Xanthostemon (F.Muell.) F.Muell. Nani sect. Xanthostemon (F.Muell.) Kuntze Nania sect. Xanthostemon orth. var. Kuntze Metr...

 

Artikel ini sebatang kara, artinya tidak ada artikel lain yang memiliki pranala balik ke halaman ini.Bantulah menambah pranala ke artikel ini dari artikel yang berhubungan atau coba peralatan pencari pranala.Tag ini diberikan pada September 2015. Arkeologi publik adalah laku arkeologi yang kiblatnya adalah arkeologi untuk masyarakat (Noerwidi. 2006). Latar Belakang Istilah Arkeologi Publik muncul pada di Amerika pada tahun 1972 yang dipopulerkan oleh McGimsey melalui tulisannya. Pada masa itu...

 

Species of spider Two-tailed Spider Scientific classification Domain: Eukaryota Kingdom: Animalia Phylum: Arthropoda Subphylum: Chelicerata Class: Arachnida Order: Araneae Infraorder: Araneomorphae Family: Hersiliidae Genus: Hersilia Species: H. savignyi Binomial name Hersilia savignyiLucas, 1836 Synonyms Hersilia indica Hersilia calcuttensis Hersilia clathrata Hersilia savignyi is a hersiliid spider found in Kerala, Maharashtra, Gujarat, Telangana, Karnataka, West Bengal, Myanmar, Phili...

This article has multiple issues. Please help improve it or discuss these issues on the talk page. (Learn how and when to remove these template messages) This article is written like a personal reflection, personal essay, or argumentative essay that states a Wikipedia editor's personal feelings or presents an original argument about a topic. Please help improve it by rewriting it in an encyclopedic style. (June 2017) (Learn how and when to remove this template message) This article needs addi...

 

Metro station in Catania, Italy For the light rail network in Porto, Portugal, see Porto Metro. PortoGeneral informationLocationCataniaSicily, ItalyCoordinates37°30′06″N 15°05′42″E / 37.50167°N 15.09500°E / 37.50167; 15.09500Owned byFerrovia CircumetneaConstructionStructure typeSurfaceHistoryOpened27 June 1999 (1999-06-27)Closed19 December 2016 (2016-12-19) (due to construction)Rebuilt19 December 2016 (2016-12-19...

 

American Sign Language gesture Not to be confused with kitsune sign, shaka sign, or sign of the horns. This article includes a list of general references, but it lacks sufficient corresponding inline citations. Please help to improve this article by introducing more precise citations. (February 2010) (Learn how and when to remove this template message) The ILY is a common sign in deaf culture meaning, I Love You (informal). The ILY is a sign from American Sign Language which, as a gesture, ha...

2001 single by Lil' Mo featuring FabolousSuperwoman Pt. IISingle by Lil' Mo featuring Fabolousfrom the album Based on a True Story ReleasedMarch 6, 2001[1]RecordedEnterprise Studios(North Hollywood, CA)GenreR&Bhip hopelectroLength4:26LabelElektra/WEASongwriter(s)C. Loving, J. Jackson, E. Shaw, K. IfillProducer(s)DJ Clue, DuroLil' Mo singles chronology Put It on Me (2000) Superwoman Pt. II (2001) I Cry (2001) Fabolous singles chronology Superwoman Pt. II(2001) Can't Deny It...

 

Region in Albania; historic Albanian tribe 42°19′N 19°47′E / 42.317°N 19.783°E / 42.317; 19.783 Part of a series onAlbanian tribes Tribes and regions Malësia e Madhe Hoti Gruda Kelmendi Shkreli Rrjolli Kastrati Trieshi Koja Marsheni Tuzi Gruemiri Reçi Lohja Lepuroshi Boga Dukagjin highlands Bobi Shala Shoshi Shllaku Dushmani Toplana Mavriqi Mazreku Prekali Pult Kiri Plani Xhani Suma Highlands of Gjakova Krasniqi Nikaj Mërturi Gashi Bytyqi Morina Puka-Mirdita...

 

English cricketer Fi MorrisMorris bowling for North West Thunder in May 2023Personal informationFull nameFritha Mary Kie MorrisBorn (1994-01-31) 31 January 1994 (age 29)Reading, Berkshire, EnglandBattingRight-handedBowlingRight-arm off breakRoleAll-rounderDomestic team information YearsTeam2008–2009Oxfordshire2010–2012Gloucestershire2013–2017Berkshire2016Southern Vipers2018–2021Hampshire2018–2019Southern Vipers2020–2022Western Storm2021Southern Brave2022Gloucestershire20...

1975 studio album by Jimmy McGriffStump JuiceStudio album by Jimmy McGriffReleased1975Recorded1975StudioNew York City, NYGenreJazzLength34:54LabelGroove MerchantGM 3309ProducerSonny LesterJimmy McGriff chronology The Main Squeeze(1974) Stump Juice(1975) The Mean Machine(1976) Stump Juice is an album by American jazz organist Jimmy McGriff recorded in 1975 and released on the Groove Merchant label.[1][2][3] Reception Professional ratingsReview scoresSourceRating...

 

Music festival Advertisement for this festival and several others in Chicago The Chicago Jazz Festival is an admission-free, four-day annual jazz festival in Chicago's Millennium Park. It is run by the Department of Cultural Affairs and Special Events and programmed with the assistance of Jazz Institute of Chicago during Labor Day weekend, integrating international and local artists playing many forms of jazz music. Inaugural event Shortly after Duke Ellington's death in 1974, a festival was ...

 

Private university in Los Angeles, California For other universities also known as USC, see USC (disambiguation). University of Southern CaliforniaMottoLatin: Palmam qui meruit feratMotto in EnglishLet whoever earns the palm bear itTypePrivate research universityEstablishedOctober 6, 1880; 143 years ago (1880-10-06)AccreditationWSCUCReligious affiliationNonsectarian, historically MethodistAcademic affiliationsAAUAPRUNAICU[1]Sea-grantSpace-grantEndowment$7.6 bill...

Church in Birstall, Leicestershire ChurchChurch of St James the Great, BirstallDenominationChurch of EnglandHistoryDedicationSt James the GreatAdministrationDioceseLeicesterArchdeaconryLeicester[1]ParishBirstall, LeicestershireClergyRectorAmanda Digman[2] The Church of St James the Great is a church in Birstall, Leicestershire. It is a Grade II listed building.[3] History The church dates from the Early English period, though an earlier church was thought to stand on t...

 

2009 single by Lil Wayne featuring DreHot RevolverSingle by Lil Wayne featuring DreReleasedMarch 17, 2009Recorded2008GenreRock, rap rock, pop rockLength3:11 (single version)4:46 (extended version)LabelYoung Money, Cash Money, Universal MotownSongwriter(s)Dwayne Carter, Jr., Andre LyonProducer(s)Cool & DreLil Wayne singles chronology Every Girl (2009) Hot Revolver (2009) Always Strapped (2009) Hot Revolver is a song by American recording artist Lil Wayne, released March 17, 2009, it wa...

 

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!