Alfred Ernst Rozenberq (alm. Alfred Ernst Rosenberg; rus. Альфред Эрнст Вольдемарович Розенберг; 12 yanvar 1893[1][2][…], Revel[3] – 16 oktyabr 1946[3][1][…], Nürnberq, Almaniyanın Amerika tərəfindən ələ keçirilmiş ərazisi[d][3]) — Nasional Sosialist Alman Fəhlə Partiyasının (NSDAP) rəhbər şəxslərindən biri.
Həyatı
Alfred Rozenberq bir ayaqqabı təmirçisinin oğlu idi. Oktyabr inqilabına qədər Moskvada memarlıq təhsili aldı. 1918-ci ildə memar oldu. Daha sonra Riqada tekniki rəsm müəllimi oldu. 1918-ci ildə Münhenə köçdü. Orada Adolf Hitler, Ernst Röhm və Rudolf Hesslə tanış olaraq qısa müddət öncə qurulmuş olan Nasional Sosialist Alman Fəhlə Partiyasına (NSDAP)a qatıldı. Thule dərnəyinə üzv oldu. Partiya qəzeti Völkischer Beobachterin nəşr redaktoru olaraq, irqçi görüşləriylə tanınan Houston Stewart Chamberlainin düşüncələri altında propaqanda yürütdü. Yəhudilərin dünya hegemonluğu üçün gizlincə çalışdıqları fikrini irəli sürdü. 1921-ci ildə SA-ya daxil oldu. Pivə qiyamı (noyabr 1923) olaraq tarixdə tanınmış olan dövlət çevrilişinə cəhdin ardından həbs edilən Hitler, onu öz nəzarəti altında tuta biləcəyini düşünərək partiyanın liderliyinə gətirdi.
Alfred Rozenberq Der Zukunftsweg einer deutschen Aussenpolitik (1927; Almaniyanın xarici siyasətinin gələcəkdəki istiqaməti) adlı kitabında Polşa və Rusiyanın fəth edilməsini müdafiə etdi. Der Mythus des 20. Jahrhunderts (1934; XX Yüzilin Mifi) adlı kitabında isə, sadə bir yaklaşım təməlində, Almanların irqçilik ideyalarına bağlı görüşlərini ortaya qoydu.
Alfred Rozenberqə görə almanlar şimallı ari bir irqdən gəlirdilər, bu irqin xarakteri isə artıq var olmayan saf, soyuq və yarı-Arktika bir qitə ortamından qaynaqlanmışdı. Almanlar bu səbəblə Avropaya hegemon olma haqqına sahibdirlər. Düşmənləri isə Rusiya Tatarları və Samilər idi. Sami Yəhudiləri, Latın xalqlarını, Xristiyanlığı, xüsusilə də Roma-Katolik kilsəsini əhatə edirdi. Alfred Rozenberqin antisemitizmi və şimallı ari yayılmaçılığını müdafiə etməsi, Hitlerin aqressiv antisemitizminin istiqamətlənməsinə bəlli ölçüdə təsir etmişdir.
Alfred Rozenberq 1929-cu ildə Alman mədəniyyəti üçün savaş birliyinin qurucusu oldu. 1930-cu ildə Reyxstaqın millət vəkili, Nasistlərin iqtidara gəlməsindən sonra aprel 1933-cü ildə Nasional Sosialist Alman Fəhlə Partiyasın Xarici Siyasət Bürosunun rəhbəri olmuşdur. iyun 1933-cü ildə Reyx Yöneticisi rütbəsi, 1934-cü ildən etibarən Hitlerin göstərişi ilə partiyanın bütün mənəvi və ideoloji təhsil və təlim işlərinin təcrübəsindən (Rozenberq Bürosu) sorumlu, cavabdeh oldu. Rozenberq bir anlamda partiyanın rəhbər ideoloqu kimi bir çox vəzifə daşıyırdı.
Rosenberg II Dünya müharibəsinin başlangıcında Hitlerin, Norveçli faşist Vidkun Quisling (Norveçdə həyata keçiriləcək olan nasistyönümlü dövlət çevrilişi planının təşkilatçılarından biri) ilə görüşməsini təmin etmişdir. Fransanın məğlubiyyətə uğramasından sonra, ələ keçirilən sənət məhsullarının Almaniyaya gətirməyə təyin edildi. 17 iyun 1941-ci ildə işğal edilən şərq torpaqlarının idarəsi ona tapşırıldı.
Alfred Rozenberq savaşın sonunda 1945-ci ilin may ayında Holsteinə qaçdı. ABŞ hərbi polisləri tərəfindən yaxalandı. Nürnberq prosesində savaşın günahkarları dan biri olaraq hökm aldı və edam edildi. Blut und Ehre (1934–1941; Qan və Şərəf) adlı kitabı, məqalələriylə çıxışlarının bir dərləməsidir.
Həmçinin bax
Reyx işğalı altındakı Şərq regionları Nazirliyi
İstinadlar
Ədəbiyyat
- Hitler Kitabı Sh:430, Yazarlar: Henrik Eberle / Matthias Uhl (ed.)
Xarici keçidlər
|
---|
Rəhbəri | | |
---|
Tarixi | |
---|
Nəşrləri | |
---|
Görkəmli üzvləri | |
---|
Törəmələri | |
---|
Əlaqəli | |
---|
|
---|
Ölüm hökmü alanlar | |
---|
Həbs cəzası alanlar | |
---|
Bəraət qazananlar | |
---|
Qərar qəbul edilməyib | |
---|
Təqsirləndirilən şəxslərin siyahısına salınıblar, lakin məhkəmə qarşısında cavab verməyiblər | |
---|
|