Məmməd Həsən oğlu Əsgərov (25 dekabr 1918, Naxçıvan qəzası – 27 iyul 1988, Bakı) — Azərbaycan SSR kənd təsərrüfatı naziri (1977–1985), Azərbaycan Kommunist Partiyası Şamxor Rayon və Ağcabədi Rayon komitələrinin birinci katibi, Azərbaycan SSR yüngül sənaye nazirinin müavini, Naxçıvan MSSR Nazirlər Sovetinin əvvəlcə sədrinin birinci müavini, sonra isə sədri, Bərdə Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri.
Həyatı
Məmməd Əsgərov 1918-ci ildə Culfa rayonu Yaycı kəndində anadan olub.
Məmməd Əsgərov 1943–1944-cü illərdə Tovuz MTS-in baş aqronomu, 1944–1948-ci illərdə Cəbrayıl MTS-də, 1948–1954-cü illərdə Bərdə MTS-in direktoru olmuşdur. 1954–1958-ci illərdə Bərdə rayonu Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olmuşdur. 1958-ci ildən Naxçıvan MSSR Nazirlər Sovetinin sədrinin birinci müavini vəzifəsini daşımışdır. 1959-cu ildə isə Naxçıvan MSSR Nazirlər Sovetinin sədri olmuşdur.
1964-cü ildən Ağdaş rayon kolxoz-sovxoz istehsalat idarəsinin rəisi seçilmişdir.
1965–1968-ci illərdə Ağcabədi Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində, 1968–1970-ci illərdə Azərbaycan SSR Yüngül sənaye nazirinin müavini, 1970–1977-ci illərdə Şamxor (Şəmkir) Rayon Partiya Komitəsinin birinci katibi, 1977–1985-ci illərdə, yəni vəfat edənədək Azərbaycan SSR Kənd təsərrüfatı naziri vəzifəsini icra etmişdir.
SSRİ Ali Sovetinin (6-cı çağrış) Azərb. SSR Ali Sovetinin (4–11-ci çağrış) deputatı olmuşdur.
Azərbaycan KP MK-nın üzvü(1960–1983)
Məmməd Əsgərov dövlətə xidmət sahəsində qazandığı nailiyyətlərə görə bir çox orden və medallarla təltif edilmiş,1968-ci ildə Azərbaycan SSR əməkdar aqronomu fəxri adına layiq görülmüşdür. Daha sonra 4-dəfə "Lenin" ordeni, 2-dəfə "Qırmızı əmək bayrağı" ordeni ,"Oktyabr inqilabı" ordeni ən əsası O,1973-cü ildə sovet dövrünün ən yüksək adlarından biri olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.
Mənbə
İstinadlar
|
---|
Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920) | Əkinçilik Nazirliyi | |
---|
Əkinçilik və Dövlət Əmlakı Nazirliyi | |
---|
|
---|
Azərbaycan SSR (1920–1991) | Xalq Torpaq Komissarlığı | |
---|
Kənd Təsərrüfatı Nazirliyi (1946–1962; 1965–1985) | |
---|
Kənd Təsərrüfatı Məhsulları İstehsalı və Tədarükü Nazirliyi (1962–1965) | |
---|
Meyvə-Tərəvəz Təsərrüfatı Nazirliyi | |
---|
Ət və Süd Sənayesi Nazirliyi | |
---|
Yeyinti Sənayesi Nazirliyi | |
---|
Kənd Tikintisi Nazirliyi | |
---|
Pambıqtəmizləmə Sənayesi Nazirliyi | |
---|
Üzümçülük və Şərabçılıq Dövlət Komitəsi | |
---|
Taxıl Məhsulları Nazirliyi | |
---|
Dövlət Aqrar-Sənaye Komitəsi (1985–1991) | |
---|
|
---|
Azərbaycan Respublikası (1991–) | |
---|
|
---|
Azərbaycan SSR | Rayon Partiya Komitəsinin birinci katibləri | |
---|
Kolxoz-Sovxoz İstehsalat İdarəsi Partiya Komitəsinin katibləri | |
---|
Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri | |
---|
|
---|
Azərbaycan Respublikası | Rayon İcra Hakimiyyəti başçıları | |
---|
|
---|
Qeyd 1: Şəmkir rayonu 8 avqust 1930-cu ildə Şamxor rayonu adı ilə təşkil olunmuşdur. 7 fevral 1991-ci ildə Şamxor rayonunun adı Şəmkir rayonu olaraq dəyişdirilmişdir. Qeyd 2: Xalq Deputatları Soveti 1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti adlanmışdır. |
|
---|
Azərbaycan SSR | Rayon Partiya Komitəsinin birinci katibləri | |
---|
Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri | |
---|
|
---|
Azərbaycan Respublikası | Rayon İcra Hakimiyyəti başçıları | |
---|
|
---|
Qeyd 1: Ağcabədi rayonu 1930-cu ildə təşkil olunub. Ağcabədi rayonu 4 yanvar 1963-cü ildə Ağdam rayonuna birləşdirilmişdir. 1965-ci ildə yenidən müstəqil rayon olmuşdur. Qeyd 2: Xalq Deputatları Soveti 1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti adlanmışdır. |