Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax:
Məmməd Orucov.
Məmməd Behbud oğlu Orucov (20 dekabr 1907, Sərdarlı, Qaryagin qəzası – 18 sentyabr 1961, Bakı) — Azərbaycan Kommunist Partiyası Quba Rayon, Ağdam Rayon və Jdanov Rayon komitələrinin birinci katibi, Sosialist Əməyi Qəhrəmanı
Həyatı
Orucov Məmməd Behbud oğlu 20 dekabr 1907-ci ildə Füzuli rayonunun Sərdarlı kəndində anadan olmuşdur[1]. 1935-ci ildə APİ-nin tarix fakultəsini bitirmişdi. O, 1942-ci ildə Xindiristan MTS-ın də çalışmış, sonra irəli çəkilərək Jdanov (indiki Beyləqan) RPK-nın birinci katibi seçilmişdi. 1947-ci ildə Jdanov rayonunda pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. Jdanov rayonundakı fəaliyyətinə görə 1948-cü ildə Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülüb.
1948-ci il fevralın 7-8-də Ağdam rayon partiya komitəsinin X konfransından sonra keçirilən plenumda Məmməd Behbud oğlu Orucov Ağdam rayonunun birinci katibi seçilir.
Ağdamdan sonra M.Orucov bir müddət Quba RPK-nın birinci katibi və Azərbaycan KP MK-da şöbə müdirinin müavini vəzifələrində çalışmışdı.
1951-ci ilin noyabrın 30-da Ağdam RPK-nın növbəti plenumu keçirilir. Plenum təşkilat məsələlərinə baxır və M.Orucov başqa işə keçməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilir və yerinə isə Məmməd Əliyev seçilir.
1943-1961-ci illərdə Azərbaycan KP Jdanov, Ağdam, Quba RK-nın birinci katibi, Azərbaycan KP MK k.t. şöbəsinin müdir müavini və s. vəzifələrdə işləmişdir. Azərbaycan KP MK üzvü (1951-1960), Azərbaycan SSR Ali Sovetinin Deputatı (2-5-ci çağırış) seçilmişdir. Qırmızı Əmək Bayrağı, “Şərəf nişanı”ordenləri və medallarla təltif edilmişdir[2].
18 sentyabr 1961-ci ildə Bakı şəhərində vəfat etmişdir.
İstinadlar
|
---|
Azərbaycan SSR | Rayon Partiya Komitəsinin birinci katibləri | |
---|
Kolxoz-Sovxoz İstehsalat İdarəsi Partiya Komitəsinin katibləri | |
---|
Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri | |
---|
|
---|
Azərbaycan Respublikası | Rayon İcra Hakimiyyəti başçıları | |
---|
|
---|
Qeyd 2: Quba rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. Qeyd 2: Xalq Deputatları Soveti 1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti adlanmışdır. |
|
---|
Azərbaycan SSR | Rayon Partiya Komitəsinin birinci katibləri | |
---|
Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri | |
---|
|
---|
Azərbaycan Respublikası | Rayon Sovetinin sədrləri | |
---|
Rayon İcra Hakimiyyəti başçıları | |
---|
Prezidentin xüsusi nümayəndəsi | |
---|
|
---|
Qeyd 1: Ağdam rayonu 1930-cu ildə təsis olunmuşdur. Ağcabədi rayonu 4 yanvar 1963-cü ildə Ağdam rayonuna birləşdirilmişdir. 1965-ci ildə yenidən müstəqil rayon olmuşdur. Qeyd 2: Xalq Deputatları Soveti 1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti adlanmışdır. Qeyd 3: Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi vəzifəsi 24 may 2021 tarixində təsis edilsə də, 1 dekabr 2021 tarixində ləğv edilmişdir. |
|
---|
Azərbaycan SSR | Rayon Partiya Komitəsinin birinci katibləri | |
---|
Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri | |
---|
|
---|
Azərbaycan Respublikası | Rayon İcra Hakimiyyəti başçıları | |
---|
|
---|
Qeyd 1: Beyləqan rayonu 24 yanvar 1939-cu ildə inqilabçı Andrey Jdanovun şərəfinə Jdanov rayonu adı ilə təşkil olunmuşdur. Jdanov rayonu 4 yanvar 1963-cü ildə ləğv edilərək İmişli rayonu ilə birləşdirilmişdir. 6 yanvar 1965-ci ildə yenidən müstəqil Jdanov rayonu təşkil olunmuşdur. 19 mart 1989-cu ildə rayonun adı Beyləqan rayonu olaraq dəyişdirilmişdir. Qeyd 2: Xalq Deputatları Soveti 1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti adlanmışdır. |