Məmməd Mustafa oğlu Babayev 1926-cı ildə Lənkəran qəzasınınDaşdalıqcar kəndində kəndli ailəsində anadan olmuşdur. 1934-cü ildə orta məktəbə daxil olmuş, lakin müharibənin başlanması səbəbilə təhsilini başa vura bilməmişdir. Yalnız 1943-cü ildə üçaylıq rayonarası kolxoz məktəbini bitirmiş və Mamusta kəndindəki kolxozun hesabdarı kimi əmək fəaliyyətinə başlamışdır.[1]
Bir müddət sonra Bakıya köçərək neft emalı zavodunda fəhlə işləyən Məmməd Babayev müharibə başa çatdıqdan sonra doğulduğu kəndə qayıdaraq yenidən kolxoz hesabdarı olmuş və heyvandarlıq fermasına başçılıq etmişdir. 1947-ci ildən isə Kirov adına kolxozda çalışmış və çayçılıq briqadasının briqadiri olmuşdur.[1] Həmin illərdə o, orta təhsilini davam etdirmiş, 1950-ci ildə Gərmətük qəsəbə məktəbində orta təhsilini başa vurmuş[2] və Gürcüstan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuşdur. Aqronom diplomu ilə Azərbaycana qayıdaraq Astara rayonundakı subtropik bitkilər sovxozunun baş aqronomu olmuş, 1958-ci ildə isə həmin sovxozun direktoru təyin edilmişdir.[1]
Məmməd Babayev 1970–1999-cu illərdə Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunun Lənkəran filialında seleksiya şöbəsinin müdiri işləmişdir. O, 51 elmi məqalənin müəllifi olmuş, 1964-cü ildə biologiya elmləri namizədi elmi dərəcəsini almışdır. Müəllifi olduğu 10 feyxoa və 4 çay sortu dövlət sort sınaq stansiyası tərəfindən qəbul edilmiş və 3 feyxoa sortu rayonlaşdırılmışdır.[2]
Məmməd Babayev 31 mart 2003-cü ildə Lənkəran şəhərində vəfat etmişdir.[2]
İstinadlar
↑ 123Мәммәд Мустафа оғлу Бабајев // Азәрбајҹан ССР Али Совети депутатларынын тәрҹүмеји-һаллары. Бешинҹи чағырыш: 15 март 1959-ҹу ил. Бакы. 1960. С. 262.
↑ 123Talışlı, M.; Əhədov, E. Lənkəran: Ensiklopedik məlumat. Bakı. 2014. səh. 60.
↑Бабајев Мәммәд Мустафа оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Једдинҹи чағырыш. Бакы: Азәрбајҹан ССР Али Советинин нәшри. 1968. С. 45.
Qeyd 1: Lənkəran rayonu 8 avqust 1930-cu ildə təşkil edilmişdir. Astara rayonu 4 yanvar 1963-cü ildə ləğv edilib Lənkəran rayonuna birləşdirilmiş, 6 yanvar 1965-ci ildə ayrılaraq yenidən müstəqil rayon olmuşdur. 28 iyul 1971-ci ildə Lənkəran şəhəri respublika tabeli şəhər statusu almışdır. Qeyd 2: 1991-ci ildən etibarən isə Lənkəran Şəhər İcra Hakimiyyəti həm Lənkəran rayonuna, həm də Lənkəran şəhərinə xidmət göstərir. Qeyd 3: Xalq Deputatları Soveti 1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti adlanmışdır. 29 noyabr 1991-ci ildə Lənkəran rayon və Lənkəran şəhər xalq deputatları soveti vahid Lənkəran Şəhər Xalq Deputatları Soveti adı altında birləşdirilmişdir.
Qeyd 1: Astara rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. Astara rayonu 4 yanvar 1963-cü ildə ləğv edilib Lənkəran rayonuna birləşdirilmiş, 6 yanvar 1965-ci ildə ayrılaraq yenidən müstəqil rayon olmuşdur. Qeyd 2: Xalq Deputatları Soveti 1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti adlanmışdır.
Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!