Şahbazov Ələsgər Abbas oğlu (1898, Bakı – 9 may 1973, Bakı) — Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının (bolşeviklər) üzvü, Azərbaycan Kommunist (bolşevik) Partiyasının Mərkəzi Komitəsinin üzvü, Azərbaycan Kommunist (bolşevik) Partiyasının müxtəlif bölgələrdə məsul katibi, 1930–1932-ci illərdə Azərbaycan SSR-in Xalq Təsərrüfatı Ali Sovetinin sədri, 1932-ci ildə Azərbaycan SSR-in Yüngül sənaye üzrə xalq komissarı, 1933-cü ildə Kirovabad (Gəncə) iplik və toxuculuq kombinatının direktoru, 1933-1935-ci illərdə Azərbaycan SSR-in Maşın Traktor Stansiyasının Siyasi bölməsinin rəisi, Yardımlı Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, Tağı Şahbazinin qardaşı.
1898-ci ildə anadan olub. 1937-ci ilin avqust ayında həbs edilir, 1939-cu ildə 10 illiyə azadlıqdan və 5 il də hüquqlarından məhrum etmə cəzasına məhkum edilib. 1941-ci ilin fevralında cəzası 8 ilə qədər azaldılıb. 1945-ci ilin avqustunda azad edilib. 1948-ci ildə yenidən həbs edilib. 1949-ci ilin yanvarında yenidən 10 il azadlıqdan məhrum edilib, 1955-ci ildə azadlığa çıxıb. 1967-ci ildə təqaüdə çıxıb. 1973-cü il may ayının 9-da vəfat edib.
Naxçıvan Kommunist Partiyasının diyar — vilayət — respublika komitəsi