| Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Məhəmməd Rza oğlu Rzazadə (1890, Kolagir, Bolnisi bələdiyyəsi – 1942) — Borçalıda doğulub Gürcüstanda fəaliyyət göstərən azərbaycanlı mətbuat xadimi.
Həyatı və təhsili
Məhəmməd Rza oğlu Rzazadə 1890-cı ildə Borçalı mahalının Kolayır kəndində dünyaya gəlib. Yeddi yaşında köhnə üsulla işləyən məktəbə gedib. İki il burada oxuyandan sonra atası vəfat etdiyindən məktəbi yarımçıq qoymaq məcburiyyətində qalıb. 1902-ci ildə qonşu Arıxlı kəndindəki rus-tatar məktəbində müəllim işləyən Hüseyn Əfəndinin yanında dərs alıb, sonralar özü evdə bir neçə şagirdə dərs verib.[1]
Fəaliyyəti
Çox erkən yaşlarında şeir yazmaqla bədii yaradıcılığına başlayan Məhəmməd Rzazadə özünə Mühəqqər təxəllüsünü götürüb və bu adla tanınıb. (Mühəqqər sözü – həqir, aciz, anlamlı deməkdir.) 1920-ci ildə Mühəqqəri Tiflisdə ərəb hürufatı ilə nəşr olunan "El şeirləri" kitabı ədibin yaradıcılığının çox dəyərli bir hissəsidir. 1920–1921-ci illərin ərəb əlifbasıyla nəşr olunan "Vətən" dərgisində 1920-ci illərdə Tiflisdə işıq üzü görüb, "Əşar məcmuəsi" kitabında, ərəb əlifbası ilə "Yeni fikir", latın qrafikasıyla "İşıq yolu" qəzetlərində Mühəqqərin xeyli əsərləri işıq üzü görüb. Mühəqqərin “Molla Nəsrəddin” dərgisində az sayda yazısı dərc olunub. Şairin yazıları əsasən "Yeni fikir", "Vətən", "Gənc nəsl", "İşıq yolu", "Dan Ulduzu", "Qızıl Şəfəq" kimi o dövrün mətbuat orqanlarında geniş yer alıb.[1]
Ölümü
Məhəmməd Rzazadə Mühəqqər 1942-ci ildə dünyasını dəyişib.[1]
İstinadlar
- ↑ 1 2 3 Nizami Məmmədzadə, Mahmud Kamaloğlu "Gürcüstanın azərbaycanlı jurnalistləri" Tiflis 2015