Musa Nəbioğlu

Musa Nəbioğlu
Musa Nəbi oğlu Çobanov
Doğum adı Musa
Təxəllüsü Nəbioğlu
Doğum tarixi 26 dekabr 1958(1958-12-26) (65 yaş)
Doğum yeri
Milliyyəti Azərbaycanlı
Uşaqları Elşad, Rəşad
Atası Nəbi
Təhsili Azərbaycan Dövlət Pedaqoji İnstitutu
Fəaliyyəti jurnalist, yazıçı
Fəaliyyət illəri 1980 – indi
Əsərlərinin dili Azərbaycanca
Üzvlüyü
Mükafatları Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Musa Nəbioğlu (azərb. Musa Nəbi oğlu Çobanov‎; 26 dekabr 1958, Darbaz, Bolnisi rayonu) — "Əməkdar mədəniyyət işçisi" (2015), Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü və Azərbaycan Aşıqlar Birliyinin katibi, "Ozan dünyası" jurnalının baş redaktoru.

Həyatı

Musa Nəbioğlu 1958-ci il dekabrın 26-da[1] Borçalı mahalındaGürcüstan SSR-nin Bolnisi rayonunun Darvaz kəndində anadan olub. 1975-ci ildə həmin kənddəki orta məktəbi, 1980-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu (indiki ADPU) bitirib. İnstitutu bitirdikdən sonra Gürcüstan Maarif Nazirliyinin sərəncamına göndərilib və bu nazirliyin təyinatı ilə Zalqa rayonundakı Tecis kənd orta məktəbində müəllim, direktor müavini kimi fəaliyyət göstərib. 19861997-ci illərdə pedaqoji fəaliyyətini Darvaz kəndində davam etdirib.[2]

Uzun illərdir ki, həm də jurnalistlik fəaliyyəti məşğul olur. O, pedaqoji fəaliyyətlə yanaşı Gürcüstanda Azərbaycan dilində nəşr olunan qəzetlərlə müntəzəm əməkdaşlıq edib, Gürcüstan Radiosunun Azərbaycan dilində verilişlər redaksiyasında çalışıb.

1997-ci ildən Bakıda yaşayıb fəaliyyət göstərən Musa Nəbioğlu bir sıra mətbuat orqanlarında çalışıb. 2003-cü ildən isə təsisçisi olduğu "Ulu körpü" qəzetinə redaktorluq edib. 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Eyni zamanda Azərbaycan Jurnalistlər Birliyinin də üzvüdür.

2009-cu ildən Azərbaycan Aşıqlar Birliyinin katibi, "Ozan dünyası" jurnalının baş redaktorudur.[3]

Mükafat və təltifləri

Əsərləri

  1. Lətifələr. Bakı: "Araz", 2001, 68 səh.
  2. Ulu Borçalı: ömrə ömür calayanlar. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" nəşriyyatı, 2002, 352 səh. (M. Sarvanla birlikdə)
  3. Borçalı. Bakı: "Nurlan", 2003, 660 səh. (M. Sarvanla birlikdə)
  4. Buta dünyası. Bakı: "Nurlan", 2004, 230 səh.
  5. Ləkəsiz bir vicdan, böyük bir ürək. Bakı: "Nurlan", 2005, 320 səh. (S. Məmmədovla birlkdə)
  6. Rəfiq Sarıvəlli. Bakı: "Nurlan", 2005, 248 səh. (Ş. İsmayılova ilə birlkdə)
  7. Dəniz qartalı. Bakı: "Nurlan", 2007, 208 səh. (Q. Mansurova ilə birlikdə)
  8. Ömrümüzdən keçən qatar. Bakı: "Nurlan", 2008, 288 səh.
  9. Alışmaqdı Səməndərin peşəsi. Bakı: "Nurlan", 2009, 188 səh.
  10. Haqdan gələn saz. Bakı, "Elm və təhsil", 2009. – 216 səh. (nəşrə hazırlayanı və redaktoru)
  11. Ozan-aşıq dünyası. Bakı: "Nurlan", 2010, 144 səh.(şəkilli), 1000 tiraj.[6]
  12. Sazımız-sazbəndimiz. Bakı: "Elm və təhsil", 2011, 140 səh.(şəkilli), 1200 tiraj. Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
  13. Aşıq Ələsgər. Bakı, "Elm və təhsil", 2012. 280 səh. (Tərtib edəni və nəşrə hazırlayanı)[7]
  14. Xan Kamandar. Bakı, "Elm və təhsil", 2012. 392 səh. (+16 səh. şəkil) (Tərtib edəni və nəşrə hazırlayanı)
  15. Haqdan pay olan Göycə. Bakı, "Elm və təhsil", 2014. 148 səh. (+4 səh. şəkil) (Tərtib edəni və nəşrə hazırlayanı)
  16. "Sözün Zəlimxan zirvəsi". Bakı, "Vətən" nəşriyyatı, 2015, 174 səh. 500 tiraj.[8]
  17. Hüseyn Saraçlı. Bakı, "Elm və təhsil", 2016. 368 səh. (+8 səh. şəkil)
  18. "İnsan əzizlənər eldən gedəndə". Bakı, "Elm və təhsil", 2018, 216 səh. (+ 8 səh. şəkil) 500 tiraj.
  19. "Saza baxsın tariximi yazanlar". Bakı, "Elm və təhsil", 2018, 304 səh. 300 tiraj. ISBN 978-9952-8176-0-7
  20. "Ləyaqət simvolu". Bakı: "Avropa", 2019, 210 səh.
  21. "Borçalı aşıqları". Bakı: "3 saylı Bakı Mətbəəsi", 2020, 352 səh. (Mahmud Kamaloğlu ilə birlkdə)
  22. "Dədə Şəmşirin hikmət dünyası". Bakı, "Elm və təhsil", 2020, 88 səh. (Redaktor: Qəzənfər Paşayev)
  23. "Hidayət Nur — nur parçası". Bakı, "Elm və təhsil", 2021, 228 səh.
  24. Borçalıdan Şuşaya gedən yol. I kitab. Bakı, "Elm və təhsil", 2021, 308 səh.
  25. Borçalıdan Şuşaya gedən yol. II kitab. Bakı, "Bakı Mətbəəsi" ASC, 2023, 228 səh.
  26. "Sazbəndlik sənəti və sazbəndlər". Bakı: "Bakı Mətbəəsi" ASC, 2023, 128 səh.
  27. "Şair Ağacan: ömür yolu, mühiti və sənəti". Bakı: "Bakı Mətbəəsi" ASC, 2023, 192 səh. ISBN 589-968-230-2
  28. Darvaz. Bakı, "Bakı Mətbəəsi" ASC, 2023, 520 səh.

İstinadlar

  1. Elbəyi Cəlaloğlu. "Ömür qatarının tanrı vağzalı (Dostum Musa Nəbioğlunun 50 illik yubileyinə)" (az.). borchali.net. 13 Yanvar 2009. 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-30.
  2. "Azərbaycan Aşıqlar Birliyi:Quruluş". Azərbaycan Aşıqlar Birliyinin rəsmi saytı (az.). azab.az. 2009. 2015-04-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-30.
  3. ""Ozan dünyası" jurnalı". Azərbaycan Aşıqlar Birliyinin rəsmi saytı (az.). azab.az. 2011. 2015-04-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-30.
  4. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2015-ci il tarixli Sərəncamı". Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı (az.). president.az. 30 dekabr 2015. 2019-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-30.
  5. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı. əmr № 184
  6. Vahid, T. "Ozan — Aşıq Dünyası": [Milli Kitabxanada şair Musa Nəbioğlunun eyni adlı kitabının təqdimat mərasiminin keçirilməsi haqqında] //Mədəniyyət.- 2010.- 10 noyabr.- S. 14.
  7. "Azərbaycan Aşıqlar Birliyi: Ozan dünyası. №3(10)" (PDF) (az.). "Ozan dünyası" jurnalı. 2012. Archived from the original on 2023-07-01. İstifadə tarixi: 2017-07-02.
  8. Səməndər Məmmədov, UCA SÖZÜN İŞIĞNDA YAZILAN KİTAB Arxivləşdirilib 2016-08-11 at Archive.today. "Ozan dünyası" jurnalı, № 1(22). 2015.

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!