Film-portret Sosialist Əməyi Qəhrəmanı, məşhur pambıq ustası, Puşkin rayonundakı (indiki Biləsuvar) Telman adına kolxozun sədri Qızqayıt Həsənova, onun keçdiyi şərəfli əmək yolu barədə söhbət açır. Filmin əsas hissəsi qəhrəmanın bugünkü həyatına, onun rəhbərlik etdiyi kolxozun işlərinə həsr olunmuşdur.