Mikayıllı — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd.
1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 19–20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır.
Kənd 1990-cı ildə ermənilərlə mübarizədə helak olmuş polis baş leytenantı, Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılovun şərəfinə Mikayıllı adlandırılmışdır. Bu kənd ermənilər tərəfindən yandırılmışdır.[1]