Dəmirçilər — Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsində kənd.[1]
Kənd Qarabağ silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi dəmirçilər nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. XVI əsrdə qızılbaş tayfaları sırasında adları çəkilən dəmirçilər sonralar qazax tayfa birliyinin ən qüdrətli tirələrindən biri olmuşdur.[2]
1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 9 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad etmişdir.[3]