1.Первоначальный Училище - İbtidai Məktəb (1856 - 1900-cu illərin əvvəlləri) 2.Городское Училище - Şəhər Məktəbi (1900-cu illərin əvvəlləri - 1918) 3.Şəhər Məktəbi (1918-1920) 4.1 dərəcəli məktəb (Sovet Dönəminin əvvəlləri) 5.2 dərəcəli məktəb (Sovet Dönəminin əvvəlləri) 6.Lənkəran şəhər Şirəli Axundov adına 1 nömrəli tam orta məktəb (Sovet Dönəminin əvvəlləri-1993)
Lənkəran şəhər Mehman Bağırov adına 1 nömrəli tam orta məktəb - Lənkəran şəhərində ümumi təhsil müəssisəsi[1][2][3][4][5][6]
1827-ci ilin oktyabr ayında xalq maarifi nazirliyinə müraciət edilərək Zaqafqaziyada qəza məktəblərinin açılması xahiş olunur və Peterburqda bu xahişin yerinə yetirilməsinə razılıq da verilir. Lakin həmin illərdə Lənkəranda məktəb açmaq üçün əlverişli bir bina tapılmır. 1850-ci ildə Nuxa (Şəki) və Salyanla yanaşı Lənkəranda da “Müsəlman məktəbi” açıldı. Lənkəran məktəbinin təşkilində Mir Əlibəy Talışxanovla Mirzə Məmmədəli Səfiyevin xüsusi xidməti olmuşdur. Onlar məktəb üçün mebel əldə etmiş, Səfiyev həm də rus dilini pulsuz tədris etməyi öhdəsinə götürmüşdü.[1][1]
1853-cü ildə qəbul edilmiş yeni məktəb nizamnaməsinə əsasən Quba, Ordubad (1854) və Lənkəranda (1856) birsinifli ibtidai, Şamaxıda isə ali dördsinifli məktəb (1854) açıldı. 1856-cı il sentyabrın 21-də ibtidai məktəbin fəaliyyətə başlaması ilə Lənkəranda ümumi təhsil verən ilk dövlət məktəbinin əsası qoyuldu. Məktəbin ilk direktoru Çeripov olmuşdur. 1870-ci ildə Lənkəran birsinifli ibtidai məktəbi ikisinifli ibtidai məktəbə çevrildi.[1]
Məktəbin XIX əsrin sonlarında yeri dəyişsədə 1907-ci ildə Mirzə İsmayıl Qasirin Lənkəranda açdığı Üsuli-Cədid məktəbi ilə indiki Lənkəran şəhər 1 nömrəli məktəb əvvəlki yerlərinə köçmüş, beləliklə məktəbdə azərbaycandilli və Rus dilli şöbələr fəaliyyət göstərmişdir.[1]
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətində məktəbin bir hissəsi Qış Teatrı kimi fəaliyyət göstərmişdir. Elə bu ildə oğlanlarla birgə qızlarında dövlət məktəbində təhsil alması qanunu qəbul edilmişdir. Amma, 1919-ci ildə Muğan Sovet Respublikası qurulandan sonra bu qanun ləğv olur. 1919-cu il 15 may tarixindən 18 maya qədər MSR-ın qurultayıda elə burada keçirilir.[1][6]
1922-ci ildə SSRİ-də də qızların dövlət məktəblərində təhsil hüququ qanununun qəbulu ilə qızların dövlət məktəblərindəki təhsili bərpa olunmuşdur. Elə bu ildə məktəbin yeni binası açılmış və bu məktəbdə müəllim və şagird sayının artmasına səbəb olmuşdur.[5]
Məktəbdə 3 əməkdar müəllim, 2 metodist müəllim, şair müəllimlər və çoxlu ali savadlı müəllim təhsil vermişdir.
Məktəb 1973-cü ilədək indiki Lənkəran şəhər Mərkəzi Parkında fəaliyyət göstərsədə, o il Zabitlər Evinin həyətinin artırılması və şəhərdə park açmaq məqsədi ilə məktəb indiki binasına köçürülmüşdür.[1]
1982-ci ilin mart ayında Azərbaycan Xalq Maarifi məktəbin 125 illiyinin keçirilməsi qərarını qəbul edir.
30 sentyabr 1982-ci ildə məktəbin 125 illiyi səbəbi ilə məktəb AzSSR Rəyasət Heyyətinin Fəxri fərmanı ilə, 2 müəllimi AzSSR-nin əməkdar müəllimi mükafatı ilə və 3 müəllim AzSSR Rəyasət Heyyətinin Fəxri fərmanı ilə təltif olunmuşdur.
5 aprel 1993-cü ildə Lənkəran şəhər sovetinin bələdiyyə iclasının qərarına əsasən, məktəbə, məktəbin məzunu, Birinci Qarabağ müharibəsi şəhidi Mehman Bağırovun adı verilmişdir. Məktəb 2023-cü ilin yanvar ayından sentyabr ayına qədər qəzalı vəziyyətə və alət çatışmamazlığına görə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunub. 18 sentyabr 2023 tarixində məktəbin təntənəli açılışı olmuşdur.[1][2][6]
Məktəbdə cavan nəsil müəllimlər o cümlədən Əhmədova Vəfa, Hüsenyova Leyla, Adıgözəlova Günel, Axundova Gülnar, Kərimova Nərmin, Həsənova Günay, Kazımova Pərvinə, Şahbazlı Validə və sairə müəllimlər məktəbdə ictimai işlərdə nəinki rayonda o cümlədən respublikada fərqlənir. Məktəbdə psixoloji işlərin gedişatı, şagird və müəllimlərin psixoloji tarazılığı məktəb psixoloqu Kəmalə Miriyeva tərəfindən mükəmməl yerinə yetirilir. Psixoloji tədbirlər mükəmməl vəziyyətdə keçirilir. Məktəbdə o cümlərdən tərbiyəvi işlərin yerinə yetirilməsi, mədəni, irsi, mənəvi tədbirlərin yetirilməsi və iştirak edilməsi Tərbiyə işləri üzrə Direktor Müavini Nüşabə Cabbarova tərəfindən, informatik, intellektual, təlim tipli ədbirlərin yetirilməsi və iştirak edilməsi Tərbiyə və Təlim üzrə Direktor Müavini Ruhəngiz Həsənova tərəfindən yerinə yetirilir. Məktəbdə xarici nümayəndələr o cümlədən Avropa Şurasının, Xarici dövlətlərin Azərbaycan konsulluq və səfirliklərinin təhsil və təlim proqramlarında məktəblilər və müəllimlər aktiv iştirak edir.[3]
Məktəbdə 25 yanvar 2023-cü ildə məktəb müəllimi Gülnar Axundova tərəfindən "Yarışçı" adlanan yarış komitəsi quruldu və o zamandan hər ay məktəbdə şagirdər arasında könüllülər dəstəsi ilə əməkdaşlıqla yarışlar keçirilir.
Məktəbin "ZƏFƏR Lənkəran" komandası 2023-cü ildə Respublika üzərində 13-cü, Region üzərində 1-ci yeri tutmuşdur. Region üzrə liderlik komandanın artıq bir neçə ildir ki, ənənəsinə çevrilmişdir.
Məktəbin ağbirçək müəllimlərindən biri texnologiya fənn müəlliməsi Sədaqət Kazımovanın başçılığı altında məktəb şagirdlərinin əl işləri isə Zaqafqaziyada ün salmışdır.[1]
Məktəbin 11 aprel 2023-cü ildə qəbul etdiyi loqoda Dəfnə yarpağı, "1856" yazısı, 4 ədəd 8-guşəli ulduz,Azərbaycan bayrağı rənglərində olan 3 çevrə, 11 ədəd halqa (içəridə), Kitab, "1 №" yazısı və Məktəb binası vardır. Dəfnə - Tərəqqi, Qalibiyyət və Rifahı;
"1856" - Məktəbin yaradıldığı 1856-cı ili;
8-guşəli ulduz - Azərbaycan Respublikasını;
Azərbaycan bayrağı rənglərində olan 3 çervə - Azərbaycan bayrağını və ona əsasən; Mavi - Türkçülüyü;
Qırmızı - Müasirliyi;
Yaşıl - İslam dinini;
11 ədəd halqa - Məktəbin 11 sinifini, məktəb-təhsil pillələrini, şagird, müəllim və məktəb işçilərini;
Kitab - Təhsili;
"1 №" - Məktəbi (1 nömrəli olmağını)
Məktəb binası - Məktəbi bildirir.
Loqoda Azərbaycan dilində (Lənkəran şəhər Mehman Bağırov adına 1 nömrəli tam orta məktəb) və İngilis dilində (Full secondary school number 1 named afer Mehman Bagirov, Lankaran city) məktəbin adı yerləşir.
"Könüllülər" Dəstəsinin 11 aprel 2023-cü ildə qəbul etdiyi loqoda Dəfnə yarpağı, "1856" yazısı, 4 ədəd 8-guşəli ulduz,Azərbaycan bayrağı rənglərində olan 3 çevrə, 11 ədəd halqa (içəridə), Kitab, "1 №" yazısı və Məktəb binası vardır.
Dəfnə - Tərəqqi, Qalibiyyət və Rifahı;
8-guşəli ulduz - Azərbaycan Respublikasını və gücü;
Loqoda Azərbaycan dilində (Lənkəran şəhər Mehman Bağırov adına 1 nömrəli tam orta məktəb) və "Könüllülər" yazısı vardır.
"ZƏFƏR Lənkəran" Komandasının 11 aprel 2023-cü ildə qəbul etdiyi loqoda Dəfnə yarpağı, "1856" yazısı, 4 ədəd 8-guşəli ulduz,Azərbaycan bayrağı rənglərində olan 3 çevrə, 11 ədəd halqa (içəridə), Kubok və Məktəb binası vardır.
Kubok - Zəfəri(qələbəni) və komandanı
Loqoda Azərbaycan dilində (Lənkəran şəhər Mehman Bağırov adına 1 nömrəli tam orta məktəb) və "Zəfər 1 nömrəli yarış komandası" yazısı vardır.
"Yarışçı" 25 yanvar 2023 tarixində qəbul etdiyi komitəsinin loqosunda "Yarışçı" yazısı, məktəb binası təsvir edilmişdir.
"Yarışçı" - Komitəni;
1982-ci ilin mart ayında Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi Lənkəran şəhər 1 nömrəli tam orta məktəbin 125 illiyi təntənə ilə keçirmişdir.[1]
2021-ci ilin sentyabr ayında Lənkəran Şəhər Təhsil Şöbəsi Lənkəran şəhər 1 nömrəli tam orta məktəbin 165 illiyi təntənə ilə keçirmişdir.[1]
Qüdrət Bağırov - Birinci Qarabağ müharibəsi şəhidi[1]
Mais Abbasov - 1999-cu ildə Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində keçirilən hərbi əməliyyatlarda şəhid olmuşdur.[1]
Mehman Bağırov - Birinci Qarabağ müharibəsi şəhidi[1]
Ramiz Mustafayev - Birinci Qarabağ müharibəsi şəhidi[1]
Şahin Məmmədov - 20 yanvar şəhidi[1]
Əli Mehtizadə - İkinci Qarabağ müharibəsi şəhidi[1]
Elşad Zeynallı - İkinci Qarabağ müharibəsi şəhidi[1]
Səməd bəy Mehmandarov
Əkbər xan Talışinski
Şirəli Axundov
Əlimuxtar Qasımov (Dossent)
Xudaverdi Kələntərli (Professor)
Əliəkbər Əliyev
Mirzə Ağaəli Əliyev
Mirzə İsaq Mövsümzadə
Həzi Aslanov
Mirməmməd Cavadzadə
Teymur bəy Bayraməlibəyov
Müslüm Maqomayev (Bəstəkar)
Pənah Qasımov
Mirhaşım Talışlı