Luis Barraqan (9 mart 1902[1][2][…], Quadalaxara[3] – 22 noyabr 1988[1][2][…], Mexiko[4][3]) — Meksikalı memar.
Həyatı
Luis Barraqan 1923-cü ildə Meksikanın Quadalahara şəhərində yerləşən "Escuela Libre də Ingenieros" məktəbindən mühəndis olaraq məzun oldu. Sonrakı illərdə özünü memar olaraq tanıtdı. Məzun olduqdan sonra İspaniya, Fransa (burada Le Korbusierin dərslərinə qatılmışdır.) və Mərakeşi gəzir. Fransada ikən alman mənşəli bir fransız yazıçı Ferdinand Bakin əsərləri ilə tanış olmaq fürsəti tapır və bu əsərlər memarlıq karyerası üçün dönüş nöqtəsi oldu.
1927–1936-cı illər arasında Meksikanın Quadalahara şəhərində öz memarlıq dizaynlarını tətbiq etmək fürsəti əldə edən Luis Barraqan bu tarixdən sonra Mexikoda memarlıq işlərinə davam etdi.
Luis Barraqánin əsərlərinin arasında 3.5 metrdən daha yüksək və fərqli rənglərdə boyanmış divarlar aiddir. Bu dizayn elementinə ənənəvi Meksika strukturlarından almışdır. Əsərlərində, vulkanik süxurların və ya ölü ağac kökləri kimi təbii mühitlərdə reallaşdırmağı seçmişdir.
1975-ci ilə qədər çox tanınmayan Luis Barraqanın adı bu tarixdə Nyu-Yorkda yerləşən Müasir İncəsənət Muzeyində özünə həsr olunmuş bir sərgidən sonra olduqca səslənildi. 1980-ci ildə Pritsker mükafatı qazandı. 1948-ci ildə Mexikoda inşa etdiyi evi və studiyası UNESCO tərəfindən 2004-cü ildə Dünya irsi siyahısına alınmışdır.[5]
Tanınmış layihələri
- 1947–1948 Luis Barraqanın evi, Mexiko, Meksika
- 1954–1960 Tyalpan məbədi, Mexiko, Meksika
- 1955 Qalvez Evi, Mexiko, Meksika
- 1955–1961 Las Arboledas, Mexiko, Meksika
- 1957–1958 Torres de Satelite, Meksika
- 1966–1968 Suadra San Kristobal, Mexiko, Meksika
- 1975–1977 Gilardi Evi, Mexiko, Meksika
Şəkillər
Xarici keçidlər
İstinadlar