Kenzo Tanqe (yap.丹下健三; 4 sentyabr1913[1][2][…], Sakay[d], Yaponiya imperiyası – 22 mart2005[2][3][…], Minato) — Yaponiyalı memar. Kenzo Tanqe XX əsrin ən önəmli memarlarından biri hesab olunur. Belə ki, yapon memarı Modernizm cərəyanı ilə ənənəvi yapon memarlığını birləşdirərək özünə məxsus yeni arxitektur cərəyan yaratmışdır. Memar tərəfindən layihələndirilən tikililər dünyanın beş qitəsində ucaldılmışdır. Eyni zamanda Kenzo Tanqe memarlıq sahəsinin ən nüfuzlu mükafatlarından olan Pritsker mükafatının 1987-ci ildə qalibi olmuşdur.[5]
Kenzo Tanqe 1913-cü ilin 4 sentyabr tarixində YaponiyanınOsaka prefekturasının Sakayi şəhərində dünyaya gəlir. Atası bank işçisi olduğu üçün ailə o dövrdə Çin Respublikasının təkribində yer alan Vuhan şəhərində yaşayırdı. İş səbəbindən ailə müxtəlif vaxtlarda Şanxay və İngiltərə köçməli olur. 1920-ci ildə isə Kenzo Tanqe ailəsi ilə birlikdə yenidən Yaponiyaya qayıdır. Hələ məktəbli olduğu dönəmlərdə Le Korbuzye tərəfindən yazılan kitablardan təsirlənir və memar olmağa qərar verir. 1935-ci ildə Tokio Dövlət Universitetin Mühəndislik faklütəsinə daxil olan Kenzo Tanqe burada memarlıq sahəsində ali təhsil almağa başlayır.
Təhsilini başa vurandan sonra Kunio Maekawa adlı qrumda ixtisasına uyğun olaraq işə başlayır. Bir necə il işlədikdən sonra təhsil aldığı Tokio Dövlət Universitetinin magistr proqramına müraciət edir və qəbul olur. 1946-cı ildə həmin universitetdə asistent vəzifəsinə gətirilən gənc memar elə həmin il öz adına olan Kenzo laboratoriyasını yaradır. 1963-cü ildə isə Şəhər Mühəndisliyi və şəhərsalma ixtisası üzrə professor ünvanını qazanır. Kenzo Tanqenin tələbələri arasında onun memarlıq stilin və fəlsəfəsini davam edirən şəxslərdən Sachio Ōtani, Kishō Kurokawa , Arata Isozaki və Fumihiko Maki kimi nüfuzlu memarlar misal göstərilə bilər.
1949-cu ildə YaponiyadaXirosima şəhərinə atom bombasının atılmasından 4 il sonra xatirə kompleksinin yaradılması ilə bağlı tender keçirilir. Tenderdə iştirak edənlər arasında olan Kenzo Tanqe tenderdən qalib çıxır və Xirosima Sülh Xatirə Parkının layihələndirilməsinə başlayır. Parkın dizayn elementləri arasında İsveçrəli memar Le Korbuzyenin izləri görünür.
1961-ci ildə Kenzo Tange & Urtec (Kenzo Tanqe və Ortaqları) şirkəti yaradılır. Adı ilə bağlı olan şirkətə rəhbərlik edən memar özünün bütün dünyada məşhurlaşmasına səbəb olacaq layihəsi Yaponiyanın Tokio şəhərində təşkil edilən 1964 Yay Olimpiya Oyunları üçün nəzərdə tutulmuş (yap.Kokuritsu Yoyogi Kyōgijō) Yoyoqi Dövlət İdman Kompleksini inşa edir. Pritsker mükafatının verdiyi məlumatda tikili XX əsrin ən gözəl dizayn edilmiş komplekslərindən biri elan olunur.
Kenzo Tanqenin məşhur layihələri arasında 1960-cı ildə təklif edilən Tokio şəhərin radikal şəkildə yenidən qurulması ilə bağlı olan Tokio Planı da vardır. Bu planın həyata keçirilməsi hər nə qədər mümkün olmasda planın mövcudluğu dünyanın müxtəlif bölgələrində yaşayan memarlar üçün yeni ilham qaynağına çevrildi. 1963-cü ildə zəlzələ nəticəsində böyük ölcüdə məhv olan Makedoniya Respublikasının paytaxtı Skopye şəhəri üçündə Yenidən qurma üzrə baş plan hazırlasada layihə qismən icra edilmişdir.
2005-ci ilin 22 mart tarixində ölkə paytaxtında vəfat edən Kenzo Tanqenin cənazəsi bir zamanlar özü tərəfindən dizayn edilmiş Tokio Kafedralında[6] təşkil edilən dini mərasimin ardından torpağa verilmişdir.[7]