Love is Forever (azərb. Sevgi əbədidir) — Danimarkanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.[1]
Leonora "Love is Forever" mahnısı ilə Danimarkanın Melodi Grand Prix yarışmasında qələbə qazanaraq Danimarkanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmək hüququ əldə etmişdir. Mahnı 2013 Avroviziya Mahnı Müsabiqəsində Danimarkaya qələbə qazandıran "Only Teardrops" mahnısının bəstəkarı Liza Kabbl və eyni zamanda Melani Vehpe və Emil Rozendal Ley tərəfindən bəstələnmişdir. Mahnıda ingilis dili ilə yanaşı fransız, danimarka və alman dilində olan sözlərdən də istifadə olunmuşdur.