Roi (azərb. Kral) — Fransanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Bilal Həsəni "Roi" mahnısı ilə Fransanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmək hüququ əldə etmişdir. Mahnı 2018 Avroviziya Mahnı Müsabiqəsində Fransanı təmsil edən Madame Monsieur dueti və Bilalın əməkdaşlığı nəticəsində ərsəyə gəlmişdir. Mahnının əsas mövzusu özünü olduğu kimi qəbul etmək və stereotiplərə qarşı mübarizə aparmaqdır. Mahnıya çəkilmiş olan klip dörd gün ərzində 1 milyondan artıq izləyici kütləsi qazanmışdır. İki həftə ərzində rəqəm 6 milyonu keçmişdir.[1]
İstinadlar
Xarici keçidlər
|
---|
Final | |
---|
I yarımfinal | |
---|
II yarımfinal | |
---|