Roma imperiyası dövründə Lixtenşteyn Reyita bölgəsində yerləşən kiçik yaşayış məntəqəsi idi. Ərazi tarix ərzində heç vaxt mübahisəyə yol açmamışdır. Lixtenşteyn hər hasısa xüsusiyyətinə görə fərqlənmədiynə görə Avropada olan heç bir dövlər bu əraziləri işğal etməyə maraq göstərmirdi. Lixtenşteyni idarə etmiş ilk sülalə Hohenms sülaləsi olmuşdur. Lixtenşteyn adını ölkəyə hakimiyyətə gəlmiş ikinci ailə tərəfindən veridiyi ehtimal edilir. Adın mənası parıltılı daş mənasısı verirdi. Ailə ilk vaxtlar Lixtenşteyn ərazilərindən uzaq məsafədə yerləşən Aşağı Avstriya bölgəsində yaşayırdılar. Ərazidə hündür qala inşa edilmişdir. Qala 1140 və 1807-ci illər arasında ailənin nərazəti altında qalmışdır. Əsrlər ərzində ailənin siyasi təsir dairəsi günclənmişdir. Qısa zamanda Aşağı Avstriya, Moravya və Silezinya kimi bölgələr ailənin nəzarəti altına keçmişdir. Bütün bunlara baxmayaraq ailənin nüfuzu XIX əsrdən etibarət zəifləməyə başlamışdır. Habsburqlar sülaləsiLixtenşteyn şahzadələrinin özlərinə mənsub əraziləri az olduğuna görə parlamentdə iştirak etmək üçün Lixtenşteyn şahzadələrinə yer verilməmişdir.
Yeni dövr
Parlamentdə təmsil ediləcəkləri halda nüfuz dairələrinin daha da genişlənəcəkərini anlayan hakim sülalənin nümayəndələri qarşılarına qısa zamanda Parlamentə nümayəndə göndərmək vəzifəsini qoyurlar. Lixtenşteyn sülaləsi daimi yaşamaq üçün ərazi axtarışına başlayır. Onların Aşağı Avstriya bölgəsində geniş əraziləri var idi, lakin həmin torpağlar qanuni formada Prussiya dövlətinin əraziləri hesab edilirdi. Belə olan halda Parlamentdə iştirak etmək hüquqlarını itirən Lixtenşteyn ailəsi Avropada özlərinə məxsus ola biləcək bölgə axtarmağa başlayırlar. Ailə 1699 və 1712-ci illərdə apardığı mübarizədən sonra Şkelberg hersoqluğunu və Vadus şəhərini Honemslər sülaləsinin nümayəndələrindən almağı bacırır. Hər iki ərazi ailənin axtardığı kimi kiçik lakin Parlamentdə təmsil edilə biləcək, gücdə olan ərazilər idi. Bütün sənədləşmə işləri bitdikdən sonra 23 yanvar1719-cu ildə Müqqədəs Roma İmperatoru IV Karl Şkelberg və Vadus ərazilərinin Lixteynşteyn ailəsi tərəfindən birləşdirildiyini və ailə tərəfindən idarə edilən Lixteynşteyn Krallığı yaradıldığını elan etdi.
Bununla LixtenşteynMüqəddəs Roma imperiyası dövründə ərazilərə verilən ən böyük muxtar status olan krallıq stasusnu qazanır. Ancaq Lixtenşteyn ailəsinin qarşısana yaxın 120 il ərzində stastusun artırılmaması şərti qoyulur. Həmin şərt ailə tərəfindən qəbul edilir. 1806-cı ildə Müqəddəs Roma imperiyasının böyük hissəsi Napoleon Bonapart tərəfindən işğal edildi. Müqəddəs Roma imperiyasının bütün siyasi sistemləri çökməyə başlayırdı, imperator II Frans taxtdan imtina etdi. Bütün baş verən hadisələri diqqətlə izləyən Lixtenşteyn ailəsi, tabe olduqları dövlərin süqutundan sonra gələcək siyasi durumlarının hansı səviyyədə olaçaqları ilə marağlanırdılar. Ailə Müqəddəs Roma imperiyasının süqutundan sonra heç bir dövlətdən asılı deyildi. Artıq öz siyasətlərini müstəqil formada icra etməyə başlamışdılar. Bir çox tarixcilər Lixtenşteyn dövlətinin yaranmasını Müqəddəs Roma imperiyasının süqutundan sonra Lixtenşteyn ailəsinin vassal aslılığından azad olması ilə izah edirlər. Lixtenşteyn25 iyul1806 və 19 oktyabr1813-cü ilə qədər Napoleon Bonapartdan vassal aslılığında qalmışdır. Lakin daxili müstəqillik qorunub saxlanılmışdı. Bütün daxili məsələlər ailə tərəfindən həll edilirdi. 20 iyun1815-ci ildə LixtenşteynAvstriya imperiyası tərəfindən Alman ittifaqına qatıldı. 1866-cı ilə qədər Alman ittifaqının üzvü olan Lixtenşteyn, 24 avqust tarixində ittifaqdan ayrıldı. 1818-ci ildə kral I Yohan özünü idarə, qanunların qəbul və icra edilməsi kimi maddələrdən ibarət Konstitusiya qəbul etdi. Bununla Lixtenşteyn müstəqillik yolunda daha bir uğurlu addım atmış oldu. XIX əsrdə Lixtenşteyn siyasi və iqtisadiyyat sahəsində bir sıra uğurlar əldə etdi. 1836-cı ildə Keramika zavodunun açılması, 1861-ci ildə Kənd təsərrüfatı sahəsində çalışan bankın fəaliyyətə başlaması və ilk dəfə olaraq pambıq təmizləmə zavodunun yaranması iqtisadiyyat sahəsində görülən işlərə misal olaraq göstərmək olar. 1868 və 1872-ci illər ərzində Reyn çayı üzərində Lixtenşteyn hesabına iki körpü inşa edildi. Lixtenşteyn tarixi ərzində baş vermiş ən böyük siyasi təhlükə Avstriya və Prussiya arasında baş vermiş müharibədir. Müharibənin sonunda Prussiya müharibənin başlamasının səbəbi kimi Lixtenşteyni göstərmişdir. Prussiya müharibə ilə bağlı keçirilmiş referendum zamanı səslərin səhv hesablandığını və bunun da günahkarının Lixtenşteyn olduğunu bəyan etmişdir. Prussiya tərəfindən irəli sürülmüş ittihamdan sonra LixtenşteynPrussiya ilə sülh müqaviləsi imzalamadan imtina etmişdir. Hər iki dövlət arasında uzun müddət münasibətlər kəskin olmuş, hətta bəzi vaxtlarda müharibə səviyyəsinə çatmışdır. Lakin heç vaxt tərəflər arsında müharibə baş verməmişdir.
Lixtenşteyn XX əsrdə
Birinci Dünya müharibəsi zamanı Lixtenşteyn Avstriya-Macarıstan imperiyasının siyasi təsir dairəsi altında idi. Avstriya-Macarıstan imperiyasının Birinci Dünya müharibəsində məğlub olması Lixtenşteynnin iqtisadiyyatının məhv olmasına səbəb oldu. 1923-cü ildə Lixtenşteyn gömrük və valyuta sahəsində İsveçrə ilə birləşir. Müharibədən sonra Avstriya-Macarıstan imperiyası dağıldı və müstəqil Avstriya yaranmağa başladı. Bu dövrlərdə LixtenşteynAvstriyaya birləşməyi rədd etdi və tarixi köklərini əsas gətirərək, müstəqil dövlət olduğunu bildirir. 1938-ci ildə II Frans – İosif hakimiyyətə gəlmişdir. II Frans – İosif hakimiyyətə gələn zaman I Fransı əvəz etmişdir. I Fransın 84 yaşı vardı və o, hakimiyyətdən getməsini yaşı ilə əsaslandırmışdır. I Fransın taxtan getməsinin əsil səbəbi isə 1938-ci ildə Anşlüs adı altında AvstriyanınAlmaniyaya birləşdirilməsi idi. Bu hadisədən sonra I Frans yaxın vaxtda LixtenşteynindəAvstriya kimi işğal ediləcəyni düşünürdü o dövlətin süqutu zamanı hakimiyyətdə olmaq istəmədiyindən taxtan könüllü sürətdə uzaqlaşmışdır. Bu fikir bir çox tarixçilər tərəfindən qəbul edilir. II Frans 1929-cu ildə əslən yahudi olan qadınla evlənir, bu addım Nasistlər tərəfindən mənfi qarşılanır. Üçüncü Reyx zamanı Lixtenşteyndə Nasist təşkilatı olmamışdır, lakin hakim sülalə daim Nasistlərə sadiq qalmışdılar.
İkinci dünya müharibəsi zamanı Lixtenşteyn bitərəf olduğunu elan etmişdir. Müharibə vaxtı Lixtenşteyn ailəsinə məxsus tarixi əşyaları qorumaq məqsədi ilə əşyalar gizli şəkildə Lixtenşteyn və Londona göndərilmişdir.