“Tarixdə bir hadisə o birisinin ardınca gəlir, bir yerdə onlar bütöv bir zəncir təşkil edirlər. Keçmişin səhvləri gələcək nəsillərə təsir edir. Əgər dövlət müstəqilliyini itirirsə, sonralar o ya bərpa olunur, ya da birdəfəlik dünya xəritəsindən silinir, xalq isə məhv olur.” Bunu Litvanın İntibah dövrünün tətqiqatçılarından biri, fəlsəfə doktoru, professor Bronoslav Qenzelis belə təsdiq edir.
Mindauqasın Litvası qılınc, qan və kül ilə yaradılırdı. Litvanın Mindauqasın hakimiyyəti altında yaranması, dövlətin yaranması demək idi. Bir millətin ərazisində, başda monarx olmaqla, mülkədarlar sinfinin hakimiyyəti yarandı. Bu təsərrufat, siyasi kommunikasiya və Qərb feodallarının Şərq ölkələrinə törətdiyi təzyiqin qarşısında, ölkəni xarici təhlükədən qorumaq üçün əlverişli şərait yaratdı. XI-ci əsrin sonundan bu ölkələri kəndli üsyanları bürüdü, şəhərlər daha güclü surətdə özlərini bürüzə verməyə başladılar. Bu müəyyən mənada feodal istismarın qarşısını alırdı, dünyəvi və kilsə feodallarını isə başqa ölkələrdə varlanmaq mənbəsi axtarışına sövq edirdi. Bu məqsədə nail olmaqa, səlib yürüşləri ideoloqiyası kömək edirdi ki, bütün yerin və göyün varını, tanrının onu sevən insanlara bəxşişi elan edirdi. Bu ideologiyaya əsasən bütün bütpərəst və müsəlmanlar tanrının və kilsənin düşmənidir və yerin nemətlərinə layiq deyillər. Səlib yürüşlərində müxtəlif təbəqələrin və sosial vəziyətlərin insanları iştirak edirdilər ki, bunlar tanrı qarşısında öz borclarını yerinə yetirmiş olduqlarına inanırdılar. Fələstinə olan uğursuz yürüşlərdən sonra Qərbi Avropa feodalları, papa və müqəddəs Romanın təsiri ilə, Avropanın bütpərəst xalqlarına tərəf çevrildilər. XII-ci əsrin sonunda Baltikaya silahlılarla birgə alman tacirləri və missionerləri gəlməyə başladı. Torpağa müqəddəs su çiləyirdilər, insanları isə xristian edib, onda bir(üşr) verqisi qoyurdular. 1201-ci ildə papanın göndərdiyi yepiskop Albert, Dauqavanın suqovşağında qala tikdirir və Xristos Döyüşçüləri Qardaşları ordeni yaradır. Ağ plaşlarının üstündə qırmızı qılınc təsvirinə görə bunları Qılınclılar Ordeni adlandırmağa başladılar. 12 il ərzində Qılınclılar Ordeni adlandırdıqları, livlərin yaşadığı torpaqları işğal etdilər. Bura estonların və latışların da torpaqları əlavə olundu. 1226-cı ildə Vislanın yaxınlığında, Polşa və Litvada Xaçlılar adlandırılan, Müqəddəs Məryəm Tefton Ordeninin yerləşməsinə icazə verildi. Bunlar, hərbi təcrübələri az olmayan, fanatik rahiblər(dərvişlər) ordeni idi. Xaçlılar və qılıncdaşıyanlar Dauqava və Visladan hərəkət edərək prussları, litvalıları və kurşları san ki, dəmir məngənəyə alırdılar.
Ordenlə mübarizə
Zəbt olunmuş torpaqlarda cəngavərlər qalalar tikir və zəbtlərini qonşu əyalətlərdə davam etdirirdilər. Öz növbəsində papa və orden maqistrları kəndliləri və sənətkarları yeni ərazilərə köçməyə sövq edirdilər. Gələnlər torpaqla təmin olunurdu, lakin vergi ödəməli və qismən hərbi mükəlləfiyyətli idilər. Cəngavərlər yürüşlərini davam etdirirdilər. Jemaytlar və litvalılar müqavimətə hazırlaşırdılar. 1236-cı ilin sentyabrın 22-ində, Şyaulyay(Saule) yaxınlığında, tərəfində 3 min döyüşçü olan Orden ilk dəfə məğlub oldu. Qoşunun ancaq ondan bir hissəsi qaldı, imperatorun özü belə öldürüldü. Bu uğursuzluqdan sonra qılınclılar və xaçlılar ordenləri birləşdi. Bu Litva üçün daha böyük təhlükə idi. Lakin prusslar və litvalılar öz torpaqlarını qorumaqda təkid edirdilər. Əksəriyyət monarx Mindauqasın tərəfində idilər. Lakin onu siysətini bəyənməyənlər və ondan narazı olanlar da var idi. Məsələn, Litvadan qovulub, xristianlığı qəbul edən və, Polotskda qərarlaşan Tatvilastorpaqlarını qaytarmaq üçün Livoniyadan yardım gözləyirdi. Onu Jemaytiyanın ən nüfüzlu knyazlarından olan Vikantas dəstəkləyirdi. Orden üçün belə durum sərfəli idi. Və Litva knyazlarının yardımı ilə Livonia ordeni Litvaya hucum edib Mindauqası Voruta qalasında mühasirəyə aldı. Ordenin maqistrı Mindauqasa xristianlığı qəbul etmək şərti qoydu. Koalisiyaya qarşı hərbi dəstək müqabilində Mindauqas xristianlığı qəbul edəndən sonra, ordenə Jemaytiyanın yarısını boyun oldu. Tam hakimiyyətin onun əlində olması üçün o bir siyasi addım da atdı. Roma papasından onun və onun dövlətinin müqəddəs Pyotrun mülkiyətində olmaq hüququ təmin edən məktub verildi. Bu isə o demək idi ki, Litva papanın mülkiyətində və ondan asılı qalır. 1253-c cü ildə, xristianlığı qəbul edəndən iki il sonra, Mindauqas Litvanın kralı elan edildi. Litva xristian ölkəsi kimi qəbul olunurdu, ancaq bunun üçün yepiskopluq yaradılmalı idi. Bununla bağlı isə problemlər yarandı, çünki jemaytlar yepiskopu onların torpağının yeni ağası kimi qəbul etmək istəmirdilər. Papa Mindauqası yepiskopluğu bütpərəstlərdən qorumağa sövq edirdi. Bu arada Litvada başqa yepiskopda peyda oldu, bu bütpərəstlərin ərazilərinin mübahisəsi ilə əlaqədar idi. Bu polyak dominikançısı Vitt idi. Ancaq heç bir yepiskopa Litvada təsdiq olunmaq müyəssər olmadı. 1256-cı ildə papa IV Aleksandr səlib yürüşü elan etdi. Bütpərəstlərlə müqəddəs savaşa gedən bütün iştirakçılara papa bol ənamlar, günahkar və cinayətkarlara günahlarını bağışlanmasını vəd etdi. Jemaytiyaya hucum edən qoşun onu 9 gün ərzində dağıtdı... Bir yürüş o birisi ilə əvəzlənirdi. Jemaytlar papadan sülh istəməyə məcbur oldular. Sülh qəbul olundu. Lakin iki il keçməmiş papa yeni səlib yürüşü elan etdi. Bu il monqol-tatarlar artıq Litvaya aid rus torpaqlarına və Polşaya yürüş etmişdilər. Baltikada bütpərəst xalqlardan, tabe olunmamış, yalnız litvalılar qalmışdır. Bunlar barədə, tatarlar haqqında olduğu kimi qorxulu şeylər danışırdılar.
Və yenə də böyük qüvvələr cəlb olundu, bu dəfə ordenin döyüşçülərindən başqa yürüşdə şahzadə Karlın başçılıqı ilə isveçli və danimarkalılar iştirak edirdi. Qüvvələri Klaypedada birləşdirmək qərara alındı. Lakin bu dəfə də, bütpərəst tanrılar özününkülərinə tərəf oldu. 1261-ci il Durbe yaxınlığında baş verən döyüş səlibçilərin görünməmiş və sarsıdıcı məğlubiyəti ilə qurtardı. Jemaytlar xaçlıların zərbəsinin istiqamətini dəyişdilər və onları bataqlıqda məğlub etməyə nail oldular. Döyüşdə şahzadə Karl da, Livoniya ordenini maqistriBurqxard da, alman ordenininmarşalıHenrix də öldürüldülər. Duysbur ordeninin salnaməçisi, Durbe döyüşündə dörd bütpərəstin yüz xaçlını öldürdüyünü yazmaqdan belə çəkinmədi. Tarisdə Durbe döyüşü hərbi möcüzə kimi qiymətləndirilir. Ehtimal olunur ki, jemaytları qələbəyə knyaz Treniota aparırdı.
Bu qələbədən sonra prusslardan estonlara qədər bütün baltikyanılılar mübarizə yolunu seçdilər. Lakin...Cəngavərlərin Durbedəki qəzasından sonra Mindauqas xristianlıqdan imtina etdi.1263-cü ildə Mindauqasın keçmiş müttəfiqi Treniota və Nalşanın knyazı Daumantis Mindauqası öldürdülər. Onunla birlikdə onun iki oğlu da öldürüldü. Volın salnaməsində Mindauqasın yalandan xristianlığı qəbul etdiyinə, gizlində yenə də öz tanrılarına ibadət etdiyinə, onlara qurban gətirdiyinə və kraliça Morta öləndən sonra onun bacısı və Daumantasın arvadını qaçırdığına görə onun tərəfindən öldürüldüyü bildirilir. Onun öldürülməsindən sonra onun pravoslav qaydalarla xristianlığı qəbul edən oğlu və Qara Rusiyanı idarə edən Vayşelqaya, rus salnamələrində ehtiram bildirilir. Atasının öldürülməsindən sonra Vayşelqa rus boyarlarının və knyazlarının köməyi ilə Litvaya qayıdıb taxtı özünə qaytarır və atasının qatillərinin qisasın alır. Düşmənləri ilə bacarandan sonra o monastra qayıdır lakin buna baxmayaraq burada öldürülür.
Belə vəziyyətdə Litvada bütpərəst Tryaydanis irəli çıxır (1270-1282)[1]
XIV əsr
Böyük Litva knyazı və onu yeddi oğlu
Yeddi oğul motivi tez-tez Litva xalq nağıllarında səslənir. Sual olunur bu motiv, Qediminasın oğullarının hakimiyyəti bölə bilməməsi dövrünün hadisələrinin təsirindən mi, qaynaqlanır? Qediminas 1341-ci ildə xaçlılarla, Veliuona yaxınlığındaki baş verən döyüşdə öldürülür. Taxta adətlərə görə böyük oğlun vərəsəlik haqqına zidd olaraq, atası ilə Vilnyusda yaşayan kiçik oğlu Yaunutis yiyələnir.(Qediminas oğlanlarını, daimi qarnizonlara ehtiyacı olan əhəmiyyətli qalalara komandan kimi göndərir). Oğullar arasında çəkişmələr başlayır. Bundan xaçlılar istifadə edir. Jemaytiyanı zəbt etməyə çalışaraq, Kaunasdan Qardina qədər Nyamunasın son sahilini tuturlar. Litva Baltik dənizinə çıxışını itirir. Təhlükı çox böyük idi, belə ki Orden Polşa kralı Böyük Kazimirlə bağlıdıqı sazişə görə, dəniz sahilinə çıxış əldə edirdi. Yaranməş vəziyyətdə Qediminasın ölümündən üç il sonra onun böyük oğulları Yaunutisi taxtdan salırlar, amma öldürmürlər, hakimiyyəti aralarında bölürlər. Yaunutisi isə Zaslavla göndərirlər. Alqirdas özünü böyük knyazı elan etdi, Kastutis isə Trakaya knyazı adlandırıldı, çunki Trakay Litvanın qədim paytaxtı olmuşdur. Onların knyazlıqları siyasi və təsərrüfat baxımından eyni əhəmiyyətli deyildi. Kastutis Trakay və Qardinin, ayrıca vahid olaraq Jemaytiyanın sahibi idi, Alqirdas isə Böyük Litva knyazlıqının paytaxtı Vilnüsun, Vilnüs knyazlıqının və Rus knyazlıqının sahibi idi. O vaxt Orden Macar və Çex kralları ilə birgə bir neçə dəfə Litvaya hucum etmişdi, lakin uğursuz. Çox guman ki, orden maqistrları Böyük Litva knyazlıqını bir həmlə ilə tutulmasının mümkünsüz olduğunu anlayıb taktikalarını dəyişdilər, və kiçik amma tez-tez təşkil olunan hucumlarla diyarı əldən salmaq yolunu seçdilər. Guman olunur ki, Ordenin Böyük Maqistrı, Böyük Litva knyazları olan qardaşların arasındaki ədavətə ümüd bağlayırdı. Kastutis əsir götürülür və Mariyenburq qalasında dustaq edilir. Ancaq qaçmağa müvəffəq olur və ara vermədən xaçlılarla mübarizə aparır. Şiddətli döyüşlər Kaunas qalası ətrafında gedirdi, belə ki, o çox vacib strateji məntəqədə, Nyamunas və Neris çaylarının qovuşduğu yerdə yerləşirdi. Ordenlə müharibə yüz əlli il davam etdi. Bu dövr tarixdə litvalıların ölüm-dirim mübarizəsi kimi səciyyələndirilir. O dövrdə Roma papası, və Almaniya imperatoru Böyük Litva knyazlıqı ilə danışıqlar aparmağa cəhd etdilər. 1358-ci ildə Vilnüsə imperator IV Karlın nümayəndələri gəldi.
Qerman Vartberqin salnamələrində deyilir ki litvalılar, Böyük Litva knyazlıqının sərhədlərinin tanınmasını, Ordenin cəngavərlərinə isə knyazlıqın ucqar hüdudlarında yerləşib monqol xanlarından xristianları müdafiə etmək təklif olundu. Bundan başqa Alqirdas rus torpaqlarına olan bütün iddiaları da rədd etdi. Belə tələblər Orden üçün qəbuledilməz idi. Danışıqlar uğursuz oldu.
1362-ci ildə xaçlılar dörd dəfə Böyük Litva knyazlıqına hucum etdilər. Burada xüsusi ilə Kaunas qalasının müdafiəşilərinin taleyini qeyd etmək lazımdır. 1362-ci ilin qışı hər iki ordenin cəngavərləri Kaunas qalasını mühasirəyə aldılar. Onun müdafiəsinə Kastutisin oğlu Vaydotas başçılıq edirdi. Qalanın mühasirəsi bir neçə həftə davam etdi. Qalanın müdafiəçiləri son dərəcə qətiyyətlə müdafiə olunurdular, lakin aclıq onlara güc gəlirdi. Qalanı yandırandan müdafiəçilərinin bir hissəsi odda yandı. Tarixi mənbələrə görə cəmi otuz altı nəfər sağ qaldı. Ola bilsin ki, odda Knyaz Vaydotasda məhv oldu, çün ki, sonraki mənbələrdə onun barəsində məlumatlara rast gəlinmir. Kastutisa başqa zərbə oğlu Butautasdan gəldi. Orden təmsilçiləri onu atasına qarşı qaldırmağa nail oldular. Bir qrup boyarla o Mariyenburqa qaçdı burada Henrix adı ilə xristianlığı qəbul etdi, və həmin il Karalyauçusdan Litvaya böyük düşmən qüvvəsi gətirdi. Ancaq bu tarixi kəsimi nəzərdən keçirəndə elə bir təəsürat yaranmasın ki, Böyük Litva knyazlıqı ancaq müdafiə olunurdu. Litvalılar dəfələrlə Ordenin torpaqlarına, əksər halda uğurlu hucumlar etmişlər. Lakin bu hucumlar Ordenin qüdrətini sarsıtmaq üçün kifayət deyidi. Bundan əlavə Alqirdas və Kastutisin 1370-ci il Karalyauçusdaki birgə əməliyyatı da nəzərə almaq lazımdır. Karalyauçus qalasını həmlə etmək qərara alındı. Hər iki knyazın qoşunları müxtəlif yollarla hərəkət edirdi: şimaldan və cənub- şərqdən Karalyayçus yaxınlığında onlar birləşməli idi. Lakin Ordenin Maqistrı bunu anlayıb kiçik qalaların dəstələrinə onların yollarını kəsmək əmri verdi. Kastutisin qoşunları geri döndü, Alqirdas isə Rudava yaxınlığında döyüşə girdi. Bu döyüş bir neçə illiyə Ordeni zəiflətdi. Döyüşdə marşal və qalaların komut rəisləri öldürüldü.
XIV –cü əsr Böyük Litva knyazlığı üçün həm də ona görə əhəmiyyətli idi ki, Böyük Moskva knyazlıqı rus torpaqlarının birləşdirən mərkəzə çevrilirdi. Knyazlıq İsveç, Orden və Litvaya getdikcə daha uğurlu müqavimət göstərirdi. Alqirdas, rus torpaqlarının birləşdirilməsinin mərkəzi olmaq uğrunda, Moskva ilə Tver arasında olan ziddiyətdən istifadə edib buna mane olmağa çalışırdı. Lakin Litva zadəganlarının Rusiyanın şimal-qərb torpaqlarını zəbt etmək cəhdləri uğursuz idi. Bu həm də xaçlılara müqaviməti zəiflədirdi.
XIV –cü əsrdə Qızıl Orda ilə döyüşlər davam edirdi. Bu əsrdə Ordunu daxili çəkişmələr əldən salırdı, Alqirdas bundan istifadə edə bildi. Alqirdasın qoşunları Şərqi Avropanın əhəmiyyətli iqtisadi və siyasi mərkəzi olan Kiyevi tutdu. Onun oğlu Vladimir bura hakim təyin olundu, sonralar Vladimir Podola tatar knyazlarının qardaşlarının üstünə bir yürüş təşkil etdi. 1363-cü ildə Siniye Vodı yaxınlığında xanların qoşunu darmadağın olundu, knyazlığın əraziləri Qara dənizə qədər uzandı. Tarixçilər bildirir ki, Alqirdasın ölümündən sonra Litvada siyasi krizis baş verdi. Böyük knyaz kimi Alqirdasın ikinci arvadı, Tver knyaqinası Yulionadan olan Yoqaylo təsdiq olundu. Baxmayaraq ki, Kastutisi boyarla dəstəkləyirdi, Ordenlə mübarizədə nailiyyətləri vardı, təcrübəli doyüşçü idi və yaşça da böyük idi, o elə Trakay və Jemayçunun hakimi olaraq qaldı.
Kastutis Yoqaylonun hakimiyyətini tanıdı, lakin həmişə olduğu kimi çəkişmələr başladı, bu isə mərkəzi hakimiyyəti zəiflədirdi və müstəqilliyi itirmək təhlükəsi yaradırdı. Böyük Litva knyazlıqının siyasətində ziddiyətlə əmələ gəldi. Eyni vaxtı Ordenlə mübarizə aparmaq və rus torpaqlarını zəbt etmək mümkün deyildir. Müharibələrin ağır nəticələri Böyük Litva knyazlıqının şəhərlilərinin çiyninə böyük yük kimi düşürdü. Onda Yoqayla Ordenlə 10 illik müqavilə bağladı. Kastutis bunu təqdir etdi. Lakin 1380-ci, tarixi xəyanət adlandırılan ildə Yoqayla Livoniya Orden ilə gizli saziş bağladı. Bu sazişə görə Yoqayla ordenin hucumu zamanı Kastutisə kömək etməməyi boyun oldu və Jemaytiya, Trakaya və Qardin barədə Alman ordeni ilə saziş bağladı. Bir ildən sonra Kastutis Yoqaylanın xəyanəti barədə xəbər tutub, onun hakimiyyətdən güclə məhrum edib, Vitebska hakimlik etməyə göndərdi. Yoqayla sonralar da almanlarla gizli sövdələrdən çəkinmirdi, onu qardaşları Skirqayla və Kaributas dəstəkləyirdi. Kastutis Kaributaya qarşı çıxanda Vilnüsda Yoqaylanın xeyrinə çevriliş baş verdi. Yoqayla xaçlıların köməyi ilə Trakaya daxil oldular. Kastutis və onun oğlu Vitautas hiylə ilə ələ keçirilib Kreves qalasının qazamatına göndərildi. Kastutis boğularaq öldürüldü, Vitautas isə arvadının köməyi ilə qaçdı.
Yoqayla hakimiyyətə qayıtdı, lakin Vitautas və Rus knyazları onun hakimiyyətini tanımırdılar. 1382-ci ildə Ordenlə sazişə görə litvalıları xristianlığa qəbul etməyi və Dubisə qədər Jemaytiyanı ona verməyə boyun oldular. Xəyanətlər davam edirdi.
Vitautas
İstedadlı sərkərdə və siyasətçi olan Vitautasın xasiyyəti çox qəliz şəraitdə formalaşırdı. Onun nüfuzlu müəllimləri olub, ölkənin müdafiəsinə başçılıq edən atası Kastutis, Böyük Litva knyazlıqının hüdudlarını uzağa şərqə genişləndirən əmisi Algirdas. Bildiyiniz kimi 1368-ci ildə atası ilə Moskvaya yürüş vaxtı Trostnı yaxınlığındaki döyüşdə Vitautas öz hərbi xeyir-duasını alır. O taxt uğrunda dramatik bir mübarizənin şahidi və iştirakçısı olmuşdur. Əmisi oğlu Yaqaylanın xəyanətinin qurbanı olmuşdur. Onun atası xaincəsinə öldürülmüş, özü az qala həyatını itirəcəydi. Litva taxtına yiyələnmək məqsədi ilə o iki dəfə zalım düşmən olan Ordenlə qarşılaşıb, onu aldatmalı və Yaqayla ilə saziş bağlamalı idı. Vitautasın həyat yolu çox çətin və keşməkeşli idi. O manipulyasiya etməyə, vəziyyətə uyğunlaşmağa, məqsədinə çatmaq üçün istənilən imkandan istifadə etməyi yaxşı öyrənmişdi. Onun həyatında qələbələr və məğlubiyyətlər olub. Ən böyük məğlubiyyəti, Vorskla çayında tatarlara yenilməsi idi. Lakin Vitautas məğlubiyyətlərindən də dərs çıxarırdı. Və bu onu bir müddət sonra məğlubedilməz sərkərdə və diplomat etdi. Ən əsası isə o idi ki, onun maraqları Litvanın maraqları ilə üst-üstə düşürdü. Onun həyatının məqsədi Litvanı alman ordenlərindən qurtarmaq idi. O həmişə Yaqaylaya üstünlük görüntüsü yaradıb onu istiqamətləndirməyə çalışırdı. Polşa ilə birlikdən məharətlə yararlanan Vitautas bu şansdan Litvanın möhkəmləndirilməsi üçün istifadə etdi. O Polşanın üstünlüyünü sözdə qəbul edib, hətta Yaqaylanın Litvada canişini olmağı da özünə sıxışdırırdı. Bunun nəticəsində Litvanı möhkəmləndirdi. Müasirləri onu qücünə və nüfuzuna görə imperatorla müqayisə edirdilər.
Litvanın xristianlığı qəbul etməsi
Bu mövzu ancaq tək bir adlardan, tarixlərdən və faktlardan ibarət deyil. Bu daha artıq bir şeydir. 2009-cu il iyulun 17-də Niddəki Tommas Mann festivalında fransiskanlı rahib Yulius Sasnauskas demişdir: "Avropanın son bütpərəstləri olaraq, bizi xaç suyuna salmağa gəlmişlərlə qəddar rəftarın nəticəsində, deyəsən zərbə bizim öz başımıza dəyib, o vaxtdan bəri biz ənləyaqətli katoliklik ilə ən qatı bütpərəstlik arasında dövrə vururuq. Biz bəzən indi də xurafata, mövhumata və müasir dünyanın bizə hazırladığı başqa şeylərə də aludə oluruq, eynilə o vaxt bizi dinə gəlmək istəmədiyimiz kimi. İndi Brunonun faciyəvi yürüşünü yad edərək, ümid edirik ki, haradsa ağacların və dünlərin altında hələ də onların və bizim müqəddəs qanımız axır. O bizi qoruyur və bizə allahla əlaqə yaratmaq imkanı verir."
1387-ci ildə Polşa kralı polşa ruhanilərinin əhatəsində Litvaya gələndə hələ uzun müddət bütpərəst məbədləri yanırdı və qızdırırdı, insanların isə qanı axıdılırdı. Zadəganlar fərdi qaydada xristianlığı qəbul edirdilər. Kəndliləri isə kralın, öz əlindən, köynəklə şirnikləndirirdilər. Deyirlər ki, insanlar topa-topa gəlirdilər bəzilə bir neçə dəfə. Beləliklə gələnlərin sayı xeyli artdı. Onları dəstə dəstə çaya tərəf aparırdılar. Xaç suyuna salandan sonra onlara xristian adı verirdilər. Bir qrup Pyatris, Yonas, Yokubs. Qadınlar isə Marqarita, Katrina, Dorata.
Bəzi tarixçilər iddia edirlər ki Yanoş Dluqoş Krakov kanoniki olduğu üçün bütpərəstləri sevmirdi, onların acgözlüyünü qeyd edir və köynəyə görə xristian olduğunu deyirdi. Lakin o biri tərəfdən, bütün bunlar xristianlığa qəbulu formal bir şey olduğunu da ortaya çıxarır. Yan Dluqoş öz yazılarında məhz hansı dini Yaqayla və onu müşayiət edən yepiskoplar tərəfindən məhv edildiyi də qeyd edilir. "Bu bütpərəstlər müqəddəs meşələrdə alov yandırır ona sitayiş edirdilər, ilnlar ilahiləşdirilirdi. Kahinlər daim alovun keşiyini çəkirdi".
Beləliklə Yaqayla Vilnüsda yanan Jiniça adlanan müqəddəs alovu söndürməyi əmr etdi. Müqəddəs ormanları və meşələri məhv etdi, ilanları öldürdü. Bu dəfə heç kim kralın əmrindən boyun qaçıra bilməzdi. Litvada yeni dinin mövqelərinin möhkəmləndirilməsi üçün Yaqayla Vilnüsda Müqəddəs Üçlük kilsəsi tikdirir, və onu Stanislava, məşhur polyak övliyasına həsr etdi. Bu o demək idi ki, indi artıq litvalıların da , polyakların da himayəçisi bir adamdı. Bu litvalılara polyaklarla daim ittifaqda olmalarını, və onların litvalıları qaranlıq bütpərəstlikən xilas etdiklərini xatırlatmalı idi.
Bütün bu məlumatlrın hansının doğru, hansının yalan olduğu bilinmir. Və Yaqaylanın tikdirdiyi kafedralın yerində əvvəl müqəddəs ocağın yandığı da indi dəqiq məlum deyil. Arxeoloqlar təsdiq edirlər ki burada meşə olmayıb. Amma bilmək olmaz, bilmək olmaz...
Ancaq bir neçə ailəyə ümumi ocaq və evdə ilan saxlamağı qadağan etmək inanclarda ciddi çevrilişə səbəb olmadı. Xristianığın qəbulu ilə əlaqədar Yaqaylanın elan etdiyi üç hüquqi akt bunlardan daha əhəmiyyətli idi. Xristianlığın qəbulu ilə bağlı əsas akt Vilnüs yepiskopuna imtiyazların verilməsi barədə idi. Bu kilsə torpaq mülkiyətinin təsis olunması idi. Yepiskop Vilnüs şəhərinin bir hissəsini ətrafı ilə birlikdə Tauraqnay qalasını, Labanorase və Moletayda mülklər. İkinci imtiyaz Vilnüs şəhərinin özünüidarəsi ilə əlaqədar idi, bu onlara zadəganlardan ayrı məhkəmə hüququ verirdi. Amma şəhərlər hərbi mükələfiyyətdən, töyçü və vergidən azad olunmurdu. Üçüncü imtiyaz xristianlığı qəbul etmiş zadəganlarla bağlı idi, onların mülkiyətində olan torpaq və onun üstündə yaşayan insanlar onların xüsusi mülkiyəti elan edilirdi və nəsildən nəsilə ötürülürdü və onunla istədiyi kimi rəftar edirdi.
Zadəganlar yalnız hərbi mükələfiyyət yerinə yetirirdilər və hərbi yürüşlərdə iştirak etməli idilər. Bu üç aktla, Litva dövlətində təbəqələrin qanuniləşdirilməsinin başlanğıcı idi.
Litva kəndlilərini də xristianlığa qəbul etdilər, amma onlara heç kim imtiyaz vermədi. Atalarından onlara çatan və üzərində işlədikləri torpaq onlara verilmədi. Yaqaylanın sonraki qanunlarında o kəndlilərin üzərinə daha da ağır vergilər qoydu. Prixodların təşkil olunması haqda kralı fərmanı elan olunandan sonra, kəndlilər ksenzlar üçün 6 qrivna tökmə,onda bir və bir boçka bal verməli idilər. İki mehtər təyin olunmalı idi. Kilsəyə aid göldən kəndlilər istifadə edə bilməzdilər. Kilsəyə isə bir korçma açıb orada pivə satmaq icazə verilirdi. 1392-ci ildə fərman verdi ki, gələn yepiskopu kəndlilər qalmağa evlə, yeməklə özünü və atla itini və sairə təmin etməlidirlər. Jemaytlar Ordenin tərkibində olduqlarına görə onlar xaç suyuna salınmadılar. Orden onlardan xristianlıqdan başqa itaətkarlığı da tələb edirdilər. Jemaytlar müqavimət göstərirdilər. Onlar ən islah olunmaz bütpərəst hesab olunurdular.
Bu arada Orden Litvanın xaç atası olmasının öz nailiyyəti kimi qəbul edirdi. Böyük maqistr papaya sübut etmək istəyirdi ki, Yaqayla ilə Vitautas əsl xristian deyillər. O Mindauqasun 8 il xristian olub sonradan dindən döndüyünü və xristianlara hucum etdiyini, və indikilərində onun kimi olduğunu sübut etməyə çalışırdı. Amma papa artıq səlib yürüşü elan etmədi.
Polşa krallığı ilə ittifaqa doğru addımlar
Vitautas zindandan qaçandan sonra yaxınlarının dəstəyini almadı. Hətta öz bacısının əri Mazura knyazı Yanuş ona dəstək olmadı. Onda Vitautas, sonralar onun adı Böyük Vitautas oldu, Ordenin himayəsinə qayıdır və ona gələcək hərbi yardımın müqabilində bütün şərtlərini qəbul edir, hətta onun vassalı olmağa belə boyun olur. Xristianlığı qəbul edir və Viqandas adını alır.
Böyük Litva knyazlıqını, atasından qalan örnəyə görə, Yoqayla qardaşı Skirqayla ilə birgə idarə edirdi. Onlar heç bir şərtlə, hətta Ordenin zəmanəti ilə, Vitautası Böyük Litva knyazlıqına buraxmağa razı deyidilər. Jemayça isə onların kimin tərəfindən satılmasından, əmanət qoyulmasından və peşkəş edilməsindən asılı olmayaraq Ordeni ölkəyə buraxmırdılar. Orden Jemayça ilə bacara bilmirdi, buna görə Vitautasın köməyinə ehtiyacı vardı, o hətta Jemayçanı Vitautasa len (iqta) kimi verməyə razı idi. Lakin buna Yoqayla razılaşmırdı. Jemayça yalnız Skirqaylanı özlərinə hakim kimi tanıyırdılar, lakin bundan o yana heç nə qəbul etmirdilər. Vitautasa atasından qalan mirasdan savayı heç nə düşmürdü. Orden onun bu haqqını tanıdı. 1383-cü ildə Vitautas böyük olmayan ordu ilə Tarkaya daxil oldu və Vinüsə hucum etdi. Lakin müqavimətlə qarşılaşıb buradan, ona həvalə olunmuş Yeni Mariyenburq qalasına çəkilməli oldu. Burad Vitautas gizli olaraq qardaşı Yoqayla ilə danışıqlara başladı. O Yaqaylanın hakimiyyətini tanımağa o şərtlə boyun oldu ki, Yaqayla Kastutisə aid Böyük Litva knyazlarının torpaqlarını ona qaytarsın. Yaqayla onu hələlik, qardaşı Skirqayladan Trakayanı almaq imkanı olana qədər, Brest və Qardinlə kifayətlənməyə razı saldı. Bu sövdələşmədən sonra Vitautas bir para, o cümlədən ona həvalə olunan, xaçlı qalasını yandırıb Litvaya qayıtdı.
Polşa krallığının ən böyük qayəsi, alman aqressiyasını dəf etmək idi. Polşa və macar sülalə əlaqələrinin qırılmasından sonra, feodalların əksəriyyəti Mazur knyazı Zemovitin tərəfdarları idi. Onun seçilməsi Mazuriyanın Polşaya birləşdirilməsi demək idi, bu isə Ordenə müqaviməti gücləndirirdi. Lakin “kiçik polyaklar” (Kiçik Polşa ölkənin cənub-şərqinə verilən addır) adlandırılanlar qalib gəldi. Onlar isə Litva ilə ittifaqın tərəfdarları idi. Onlar taxtın varisi kimi, Lyüdviqin qızı Yadviqanı seçmək istəyirdilər. Avstriyanın şahzadəsi Qabsburqlu Vilqelm ilə nişanlanan Yadviqa az qaldı Polşa dövlətinin müstəqilliyinin itirilməsinin baiskarı olsun. Litva boyarları və şəhərliləri isə Polşa ilə ittifaqın tərəfdarları idi, xüsusən ticari əlaqələrin genişlənməsinin. Onda Polşa feodalları Litva ilə uniya ideyasını ortaya atdılar ki, bu da Litvanın Polşa ilə birləşməsi anlamına gəlirdi. Lakin bununla Litva feodalları razılaşa bilməzdilər. Yaqayla Böyük Moskva knyazı Dimitrinin qızı Sofiya ilə evlənməli və Litvada pravoslavlığı qəbul etdirməli idi. Lakin Dimitrinin onu “kiçik knyaz” olaraq qəbul etməsi niyyəti, onu Polyakların təklifini qəbul etməyə və Yadviqa ilə evlənmək qərarına sövq etdi. 1385-ci ildə Yaqayla Krevos qalasında xristian olmağı, Yadviqanın nişanlısına 200min florin güzəşt bahası ödəməyi, bütün xristian əsirlərin buraxmağı və Litvanın Polşaya birləşdirilməsinə boyun oldu. Bir ildən sonra Yaqayla Krakovda xaç suyuna salındı, Yadviqa ilə evləndi, Vladislav adını qəbul etdi və taxta çıxarılıb kral elan olundu. Litvada isə öz yerinə Skirqaylanı canişin qoydu.
Avropada dalğa kimi şaiyələr və söz-söhbət yayıldı. Bir qism deyirdi ki, litvalılar əslində danışıldığı kimi vəhşi barbar deyil. O biriləri Polşa feodallarını, Yadviqa üçün kral kimi Yaqaylanın seçilməsində, günahlandırırdılar. Üçüncülər isə Yadviqanın anasının gizli olaraq hamama casus göndərdiyini deyirdilər, çünki elə bilirdilər ki, litvalılar ayıların ölkəsində yaşadıqlarından orada, insanlar tüklü olur. Bu evlilikdən sonra Polşa salnaməçiləri bütpərəstlər haqqında bu fikirləri təkzib etmək qərarına gəldilər. O vaxtın ən məşhur polyak tarixçisi Yan Dluqoş, sülh müqaviləsinin bağlanmasını nəzərdə tutaraq, 1325-ci ildə bağlanan sazişin şərtlərinə görə Qediminas tərəfindən buraxılan əsirlərin çoxusu “evlərinə sağ salamat qayıtmasını” xüsusi vurğulayır. Bununla o alman salnaməçisi Dusburqun bütpərəstlərin guya xristianları öz tanrılarına qurban gətirilməsi barədə yazdıqlarının yanlış olduğunu bildirir. Kral Yaqayla polyak hərbi qüdrətinə arxalanmağa başladı bu isə Litva boyarlarının xoşuna gəlmirdi. Bu qarmaqarışıqlıqdan istifadə edən Vitautas paytaxt Vilnüsu tutmaq qərarına gəlir. Lakin 1389-cu ildə qəsdin üstü açılır və Vitautas yenə Ordenə müraciət etməli olur. Amma bu dəfə Orden ondan zəmanət kimi, arvadı Onanı,qardaşı Jiqimuntası, bacısı Rinqaylen, oğlu Mikolası və 100 boyar tələb edir. Ordenin maqistrı ona Kaunas yaxınlığında Ritsverder qalasını verir. Burada Yaqaylo və Skirqaydaya qarşı yürüşə hazırlıq gedir. Rus torpaqlarının Litva üçün əhəmiyyətini anlayaraq Vitautas Moskva knyazı I Vasili ilə saziş bağlayır və qızı Sofiyanı ona ərə verir. Ancaq həm Yaqayla, həm Vitautas ayrı-ayrılıqda heç birinin Litvada hakimiyyəti öz əllərində saxlaya bilməyəcəklərini anlayırlar. 1392-ci ilin yayında Vitautas Litvaya qayıdır. Astrava qalasında bağlanan sazişə əsasən o atası Kastutistan ona qalan mirası Trakayı özünə qaytarır. Polşa feodalları onu Böyük Litva knyazı adlandırırlar o isə Yaqaylanın süzerenliyini qəbul edir. Bu o demək idi ki, Vitautasın ölümündən sonra onun bütün mülkləri Polşaya qalır. Böyük knyaz olandan sonra o qətiyyətlə öz hakimiyyətini möhkəmləndirməyə başlayır. Dövlətdə hakimiyyəti öz əlində saxlamaq üçün o knyazları orduya komandanlıqdan uzaqlaşdırır, onların yerinə voyevodalar(ordu başı)təyin edir. Vitautasın hakimiyyətinin möhkəmlənməsi Polşa feodallarını narahat etməyə başlayır. Onların təhriki ilə Yadviqa ondan xərac istəyəndə o xərac verməkdən imtina edir və bununla Litvanın tam müstəqil olduğunu bildirmək istəyir.
Ordenlə o tam başqa siyasət aparırdı. 1398-ci ildə Kaunas yaxınlığındaki Salində, maqistrla müqaviləyə əsasən, o Jemaytiyanı Nevejisə qədər Ordenə güzəştə getdi. Müqavilədə həm də hər iki tərəfin rus torpaqlarında möhkəmlənməsində qarşılıqlı yardım məsələsi də öz əksini tapıb. Sazişin bağlanmasında Polşa nümayəndələri iştirak etmirdilər. Sazişin bağlanması münasibətilə,maqistrın təşkil etdiyi ziyafətdə boyarlar Vitautası kral elan etdilər. Bu elan eləcə də masa arxasında səslənən niyyət kimi qaldı. Hərbi yürüşlər isə şərqə də olmasa cənuba doğru davam edirdi. Vitautas Qara dəniz sahilində möhkəmlənməyə çalışırdı. XIV –ci əsrin əvvəlində Qızıl Orduda hərc-mərclik başladı, Qutluq İnanc Toxtamışı devirdi. O da Ryazan vasitəsi ilə Litvaya Vitautasın yanına qaçdı. Vitautas onu qəbul edib, Qara dənizə böyük yürüş təşkil etdi. Cənubi Rusiyaya həmlə etdi. Geriyə dönərkən o bir çox Toxtamış tərəfdarı olan tatar və qaraimləri özü ilə aparıb onları Vilnüs və Trakay ətrafında yerləşdirdi (tatar və qaraimlər indi də bu torpaqlarda öz adətlərini qoruyaraq yaşayırlar). Lakin Vitautas və Yaqaylanın ümumi yürüşü tam və sarsıdıcı məğlubiyyətlə bitdi. Birləşmiş qoşunun az qala üçdən biri məhv oldu 20 knyaz öldü. Vorskla yaxınlığında ki məğlubiyyət göstərdi ki, Litva knyazlıqı Moskva ilə münasibətləri dəyişməlidir. Tezliklə Nauqardukasla yeni saziş bağlandı. Polşa zadəganları iki ölkə arasında daha sıx ittifaq tələb etdilər. Özündən sonra varis qoymayan kraliça Yadviqanın ölümündən sonra, Yaqaylanın kral kimi qalmasında şübhələr yarandı. Litva və Belarus boyarlarının qurultayından sonra Vitautas yazılı formada təsdiq etdi ki, onun ölümündən sonra bütün Böyük Litva knyazlıqının torpaqları və bütün hakimiyyət Polşa taxtı-tacının varislərinə keçəcək.