Litva Avroviziya Mahnı Müsabiqəsinə 1994-cü ildə qoşulmuş və ümumilikdə 20 dəfə müsabiqədə iştirak etmişdir. Ölkənin müsabiqədəki ilk təmsilçisi Ovidiyus Vışnyauskas litva dilində ifa etdiyi "Lopšinė mylimai" mahnısı ilə heç bir ölkədən səs almayaraq, sonuncu yerdə qərarlaşmışdır. Məyusedici nəticənin ardınca Litva 1999-cu ilədək Avroviziyada iştirak etməmişdir. Bundan başqa ölkə göstərdiyi zəif nəticələrə görə 2000 və 2003-cü illərdə müsabiqədən kənarlaşdırılmışdır.
Litva Avroviziyada iştirak etdiyi illər ərzində heç vaxt qalib olmamışdır və əldə etdikləri ən yüksək nəticə 2006-cı ildə LT United qrupunun ifa etdiyi "We Are the Winners" mahnısı ilə tutduqları 6-cı yerdir.
Qalib İkinci yer Üçüncü yer Sonuncu yer
QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.