İqtisadi bərabərlik, genişləndirilmiş təhsil imkanları və kooperativ həmrəylik ilə yanaşı mütərəqqi gəlir vergiləri və sosial sığorta sxemləri kimi mütərəqqi vergitutmanı, xarici siyasətdə isə güclü Millətlər Birliyi və məcburi arbitrajı, nəzarətdə olan silahsızlanma, iqtisadi sanksiyalar və bəlkə də beynəlxalq hərbi qüvvə yolu ilə barışı təbliğ edib.
Parisdə anadan olan Burjua, hüquq təhsili alıb. İctimai işlər şöbəsinə tabe ofisdə (1876) çalışıb. Ardıcıl olaraq Tarn (1882) və Yuxarı Qaronnanın (1885) prefekti olan Leon Burjua Daxili İşlər Nazirliyində çalışmaq üçün Parisə qayıdıb. 1887-ci ilin noyabrında Jül Qreyvinin prezidentlikdən istefa verdiyi zaman Polis Prefekti olub. Növbəti ildə Ceorci Bulanjeyə rəqabəttə Marnaya millət vəkili seçilərək Palataya girərək, Radikal Solçulara qatılıb. 1888-ci ildə Şarl Floqenin nazirliyində Daxili İşlər üzrə müşavir olub. 1889-cu ildə onunla birlikdə istefa verdikdən sonra Reyms üçün palataya geri dönüb. Müvəffəq olan Piyer Tirar nazirliyində Daxili İşlər naziri və daha sonra, 18 mart 1890-cı ildə Şarl Luis de Freysin kabinetində İctimai İşlər nazir seçilib. Leon Burjua yəhudi idi.[3]
1892-ci ildə, Panama qalmaqalları ofisdə müəyyən çətinliklərə səbəb olanda Emile Loubet kabinetindəki yerini qoruyan Burjua, həmin ilin sonunda Aleksandr Ribot rəhbərliyində Ədliyyə naziri olub. Panama ittihamında fəal iştirak edən Burjua, daha çox dəlil toplamaq üçün müttəhimlərdən birinin arvadına haqsız təzyiq göstərməklə günahlandırılıb. İttihamı səbəbi ilə 1893-cü ilin martında istefa versə də, müəyyən müddət sonra yenidən vəzifəsini icra etməyə başlayıb.
1895-ci ilin noyabrında öz kabinetini qursa da, konstitusiya böhranı nəticəsində kabineti düşür.[4] O,tanınmış mason idi və kabinet üzvlərindən səkkizi mason idi.[5]
Haaqa Sülh Konvensiyasında ölkəsini təmsil edən Burjua, 1903-cü ildə daimi hakim heyəti üzvlüyünə namizəd göstərilib.
Xaricə tez-tez səyahət edərək Valdek-Russo və Komb nazirliklərinin siyasi mübarizələrindən bir qədər uzaq duran Burjua, 1902 və 1903-cü illərdə Palatanın prezidenti seçildi. 1905-ci ildə Odiffre Marna departamentinin senatoru, 1906-cı ilin mayında Sarrien kabinetində Xarici İşlər naziri oldu. 1899 və 1907-ci illərdə keçirilmiş hər iki Haaqa Konfransında nümayəndə heyətinin üzvü olub. Burjua da Paris Sülh Konfransında nümayəndə heyətində idi və Yaponiyanın İrqi Bərabərlik təklifini, "mübahisəsiz ədalət prinsipi"ni dəstəkləyib.[6]
Sosial respublikaçı Burjua, "solidarizm" adlandırdığı sosializmlə kapitalizm arasında ortaq zəmin axtarırdı. Zənginlərin yoxsullara borc vergisi ilə ödəməli olduqları sosial borcu olduğuna inanırdı, beləliklə, yoxsulluq yaşayan insanlar üçün sosial tədbirlərin maliyyələşdirilməsi üçün dövlətə lazımi gəliri təmin edir.
Zənginlərin yoxsullara borc vergisi ilə ödəməli olduqları sosial borcu olduğuna inanırdı, beləliklə, yoxsulluq yaşayan insanlar üçün sosial tədbirlərin maliyyələşdirilməsi üçün dövlətə lazımi gəliri təmin edir. Lakin Senat onun təklifinə qarşı çıxdı və baş nazirlikdən istefasına qədər qarşıdurma artdı.
↑Conférence de paix de Paris, 1919–1920, Recueil des actes de la Conférence, "Secret," Partie 4, pp. 175–176. as cited in Paul Gordon Lauren (1988), Power And Prejudice: The Politics And Diplomacy of Racial Discrimination Westview Press ISBN0-8133-0678-7 p.92
↑Yves Laissus, "Cent ans d'histoire", 1907-2007 - Les Amis du Muséum, centennial special, September 2007, supplement to the quarterly publication Les Amis du Muséum national d'histoire naturelle, n° 230, June 2007, ISSN 1161-9104.