Yuxarı Qaronna (fr.Haute-Garonne, oks.Nauta Garona, Auta Garona) — Fransa cənub-qərbində yerləşən, Oksitaniya regionun departamentlərindən biri. Sıra nömrəsi — 31. İnzibati mərkəzi — Tuluza. Əhalisi - 1,268,370 nəfər (departamentlər arasında 14-cü yer, 2010-cu ilin məlumatları).
Sahəsi — 6309 km². Qaronna çayı departametin ərazisində axır. Cənub bölgələri Pireney dağıdır. Ən yüksək nöqtəsi — Perdiger dağıdır (3222 m).
Departamentə 3 rayon, 53 kanton və 588 kommuna daxildir.
Tarixi
Yuxarı Qaronna — 1790-cı ilin martındaBöyük Fransız İnqilabı dövründə yaranan ilk 83 departamentdən biridir. Keçmiş Langedok vilayətinin ərazisində yerləşir. Adı Qaronna çayından gəlir.