Jozef Bayza (mac. Bajza József ; 31 yanvar 1804[1][2][…] – 3 mart 1858[1][2], Peşt[d], Peşt medyesi) — macar şair və tənqidçi.
Həyatı
Jozey Bayza Macarıstanın Heveş medyesində Dyöndyöş bölgəsində anadan olmuşdur. İlk əsərləri 1830-1837-ci illərdə Karoy Kişfaludinin Aurora ədəbi qəzetində dərc edilmişdir. Bundan əlavə, Kritikai Lapok, Athenaeum və Figyelmező qəzetləri üçün də məqalələr yazırdı. Onun dram əsərləri ilə bağlı tənqidi araşdırmaları bu janrda o dövrün ən yaxşı yazıları hesab olunur. 1830-cu ildə xarici dram əsərlərindən ibarət tərcümələrini "Ausländische Bühne" adı altında və 1835-ci ildə isə öz əsərlərini nəşr etdirdi. 1837-ci ildə Peştdə yeni yaradılmış milli teatrın direktoru təyin edildi.
Daha sonralar, özünü tarixi əsərlərə həsr etdi və “Tarixi kitabxana” (Történeti Könyvtár), 6 cilddə 1843–1845; “Müair Plutarx” (Uj Plutarch), 1845–1847; və “Universal tarix” (Világtörténet), 1847 kitablarını nəşr etdirdi. Bu əsərlərin bəzi hissəsi alman müəlliflərin əsərlərinin tərcüməsidir. 1847-ci ildə Barza Leypsiqdə müxalif Ellenor jurnalının redaktoru oldu və 1848-ci ilin martında Layoş Koşut onu öz Kossuth Hirlapja qəzetinin redaktoru təyin etdi. 1850-ci ildə beyin xəstəliyinə tutuldu və 1858-ci ildə Peştdə vəfat etdi.
Həmçinin bax
İstinadlar
|
---|
Erkən dövr | |
---|
XV — XVII əsrlər | |
---|
XVIII — XIX əsrlər | |
---|
XX əsr | |
---|
Müasir dövr | |
---|
|
Lüğətlər və ensiklopediyalar | |
---|
Şəcərə və nekropolistika | |
---|
|