Dyöndyöş (mac. Gyöngyös) — Macarıstanda Şarhegi və Matra dağlarının ətəyində, paytaxt Budapeştdən 80 km aralıda yerləşən kiçik bir şəhərdir. Bir çox ərzaq istehsalı ilə məşhur olan şəhər daha çox süd məhsulları, kolbasa fabrikləri, eləcədə şərab istehsalı ilə ölkədə mühüm yer tutur.
Qısa tarix
1917-ci ildə yerli xəstəxanaların birində baş vermiş güclü yağından sonra, şəhər mərkəzinin ətrafında olan evlərin əksəriyyətinə xəsarət yetirmişdir. Yanğıdan sonra xəsarət almış binalar yenidən tikilib istifadəyə verilmişdir.
Adı
Şəhərin adı Azərbaycancaya tərcümədə “Mirvaridən hazırlanan” mənasını verir. 17-ci əsrdə Macar tarixçisi Mikloş İştvanfinin yazdığına görə, şəhər adının kökü yerli meşələrdə çoxluq təşkil edən "bağambürc bitkisi" (fagyöngy) sözündən gəlir.
Tanınmışlar
Macrıstanın tanınmış üzgüçüsü Qabriyella Çepe, məşhur sosioloq və konsfrans təşkilatçısı Gyöngyi Horvat, eləcə də Yobbik partiyasının sədri Qabor Vona bu şəhərdə dünyaya gəlmişlər.
Beynəlxalq əlaqələr
2013-cü il may ayının 8-də, Dyöndyöş şəhəri Azərbaycanla Macarıstan əlaqələrinə töhfə verərək, Şuşa şəhəri ilə qardaş şəhər elan olundu.[2]
Qardaş şəhərlər
Qalereya
Həmçinin bax
İstinadlar
Xarici keçidlər